21/09/2020 23:40
728 x 90

Deputatlığa namizəd Rizvan Qənbərovdan unikal addım - uşaqlara kitab payladı...

img

85 saylı seçki dairəsindən deputatlığa namizəd Rizvan Qənbərov qeyri-adi seçki kampaniyası keçirib. Belə ki, seçicİlərlə görüşlərə başlayan namizəd uşaqlara kitablar paylayıb.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, özünün Facebook sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Rizvan Qənbərov yazır: “Seçicilərlə görüşlərə gedərkən harda uşaq görsəm, dayanıb onlara kitablar verirəm. İstəyirəm ki, oxusunlar. İyirmi il sonra Şamaxını, Azərbaycanı onlar inkişaf etdirəcək. Şamaxı sağlam böyüməsini, keyfiyyətli təhsil almasını istədiyimiz, gözünün içi gülsün deyə çalışdığımız bütün uşaqlarındır”.

Son xəbərlər