Bazar günü günü, 27 sentyabr 2026
     

DİN rəhbəri Yol Polisi əməkdaşlarının cərimələrdən qanuni bəhrələnmək mexanizmində köklü dəyişiklik etdi...

Image


Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Ramil Usubov Daxili İşlər naziri vəzifəsindən azad edilərək, Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin olundu.

Onun yerinə isə Daxili İşlər nazirinin birinci müavini vəzifəsini tutan Vilayət Eyvazov gətirildi. Peşəkar və bir o qədər də qətiyyətli kadr kimi tanınan Eyvazovun polisdə islahatlar aparacağı gözlənilən idi. Yeni nazirin islahatlara Yol Polisi sistemindən başlaması təəccüblü görünmədi.  Çünki son illər polis orqanlarının nüfuzuna ən çox xələl gətirən sahə kimi adı çəkilən Yol Polisində islahatların həyata keçirilməsi əsas hədəflərdən biridir.

Son dövlər ölkə rəhbərliyi sosial problemləri dərinləşdirən, vətəndaş-məmur təmasının intensiv olduğu sektorlarda dəyişikliklər apardığı, müsbətyönümlü islahatlara start verdiyi göz önündədir. İndi bu siyasətin Yol Polisi sistemində də davam etdirilməsinə zərurət yaranıb. Azərbaycanda vətəndaş-məmur ünsiyyətinin ən çox olduğu sahələrdən biri də Yol Polisi Xidmətidir. Onu da xatırladaq ki, mətbuatda Daxili İşlər Nazirliyi və polis sistemi ilə bağlı yazılan tənqidi materialların böyük əksəriyyəti məhz Yol Polisinin fəaliyyəti ilə bağlı olur. Sürücülərin yollarda əsassız saxlanması, yeri gəldi-gəlmədi, sənədlərin tələb olunması halları artıq Yol Polisində dəyişiklikləri labüd edir.

Təkcə bu neqativ hallar deyil: "MERO”larda bazar açılıb, sürücülük vəsiqəsi 1000-1200 manatdan satılır, sürücünün məlumatı olmadan sistemə vurulan cəriməyə görə faizlə ödəyənlər, maşını cərimə meydançasına salınanlar var.

Əslində, bu günün tələb və zərurəti DYP sistemində Qərb standartlarına və modelinə uyğun iş qurmağı tələb edir. Bunun üçün kifayət qədər vəsait qoyulubsa, niyə DYP əməkdaşları ilə sürücülərin birbaşa təması minimuma endirilmir? Dünyanın əksər ölkələri ilə müqayisədə bizim Yol Polisi ən son model avtomobillərdə xidmət aparır. Onların texniki təchizatı ən yuxarı səviyyədədir. Onda isə niyə bu qurum əhalini narazı salmalıdır?

DYP-dən olan narazılıqların boyuk bir hissəsi də yollarda, xüsusilə də respublika əhəmiyyətli traslarda həddindən çox DYP naryadlarının xidmət aparmasıdır. Bir müddət biz araşdırma aparmışdıq ki, təkcə Bakıdan Sumqayıta getmək üçün iki post, 10 yaxın DYP naryadını ötüb keçməlisən. Halbuki, dünyanın inkişaf etmiş ölkələrində minlərlə kilometr məsafəni qət edəndə belə DYP əməkdaşlarına nadir hallarda rast gəlinir. Əvvəllər DYP əməkdaşlarının cərimə yazmağa daha meylli olması onların daha çox pul qazanmaq istəyilə əlaqələndirilirdi. Burada söhbət heç də qanunsuz əməldən getmirdi. Ancaq dərin kökündə bir sosial ədalətsizlik vardı.

Bu günlərdə “Bakı-Xəbər TV”nin  studiyasında qonaq olan yol hərəkəti üzrə ekspert Elməddin Muradlı müsahibəsində artıq bu sistemə də yeniliyin edildiyini bildirdi. Bunu bir qədər detallı başa salaq ki, hamı anlasın. Əvvəl DYP əməkdaşı yazdığı cərimələrə görə faiz əldə edirdi. Həmin pul birbaşa onun əməkhaqqı kartına otururdu. Bu səbəbdən də əməkdaş cəriməni çox yazmaqda maraqlı görünürdü. Elməddin Muradlı bildirdi ki, Bakı şəhər DYP-sinin rəhbərliyi özlərinə yaxın olan əməkdaşları daha çox cərimənin yazılması mümkün olan yerlərdə naryad aparmağa təyin edirdi, digərlərini isə yolu tənzimləməyə göndərirdi. Bunun da nəticəsində iki əməkdaşın qazancı arasında kəskin disbalans yaranırdı. Ekspert bildirdi ki, artıq nazir Vilayət Eyvazov bu sistemə yenilik edib və bununla da sosial ədalət prinsipi qorunub. Yenilk belədir ki, əməkdaşların yazdığı bütün cərimələrdən gələn qazanc bir yerə toplanıb, bütün şəxsi heyət arasında bərabər şəkildə bölünür. Bununla da bütün əməkdaşlar, demək olar ki, eyni qazancı əldə etmiş olur. Təqdir olunası haldır.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ