21/09/2020 22:25
728 x 90

Türkiyədə qadağan olunub, Azərbaycanda marketlərdə satılır – “Rivera” zeytun yağı…

Eyyub Hüseynov: “Ölkədə təhlükəli malın bazardan çıxarılması üçün cəld mexanizm yoxdur”

img

“Rivera" markalı zeytun yağının istifadəsinə Türkiyədə qadağa qoyulub. Adıçəkilən ölkədə bu yağdan istifadəyə icazə verilmir. Həmin yağın insan sağlamlığı üçün təhlükəli olduğu bildirilir. Qeyd edək ki, Türkiyədə Kənd və Meşəçilik Nazirliyi "Rivera" zeytun yağının satışını insan həyatı üçün təhlükə vəd edən maddələrə görə qadağan edib.

Ancaq bizim marketlərdə “Rivera" markalı zeytun yağ hələ də satışdadır. Qeyd olunan yağ  Bakının “Araz” marketlər şəbəkəsində satılır.

Maraqlıdır, Azərbaycanda bu məhsulun yığışdırılmama səbəbi nədir?

  • “Bəzən belə mallar bazardan çıxarılır, ayrı-ayrı qablara tökülür və yenidən istifadəyə verilir”

“Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov bildirdi ki, aşkar olunan yağ zərərli olan partiya mala aid olmaya bilər. Bunu müəyyənləşdirmək üçün öncə AQTA araşdırma aparmalıdır: “Bu partiya” sözü mala aid olan anlayışdır. Demək olmaz ki, bir marka elə həmişə təhlükəlidir. Ola bilsin ki, aşkar olunan yağ həmin partiya mala aid deyil. Bunu AQTA araşdırmalıdır. Əgər həmin partiya malından Azərbaycan bazarında varsa, əlbəttə ki, çıxarılmalı, mütləq Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı iş aparmalıdır. Ölkədə təhlükəli malın bazardan çıxarılması üçün cəld mexanizm yoxdur. AQTA yalnız ictimai məlumat verməklə problemi bildirir. Amma məlumat geniş şəkildə işlənib hazırlanmalıdır ki, məhsulu bazardan geri yığmaq mümkün olsun. Mallar məhv edilirsə, kütləvi şəkildə məhv edilməlidir. Təəssüf ki, bu məsələ də qaranlıq qalır və bəzən belə mallar bazardan çıxarılır, ayrı-ayrı qablara tökülür və yenidən istifadəyə verilir. Ölkədə zərərli mallar məhv edilməsi yox, Lomonosovun qanunu işləyir, yəni heç nə dəyişmir, maddə bir haldan digər hala çevrilir”.

Günel CƏLİLOVA

Son xəbərlər