21/09/2020 23:35
728 x 90

Zakir Qaralov Qobustan və Xızı rayon sakinlərini qəbul edəcək

img

Baş prokuror Zakir Qaralov yanvarın 31-də saat 10:00-da Qobustan Rayon Prokurorluğunun inzibati binasında Qobustan və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qobustan rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər