20/02/2020 21:14
728 x 90

Təbriz-Culfa turist qatarı İran daxilində fəaliyyət göstərəcək

img

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan qatar istismara verilib. Trend-in məlumatına görə, bunu İranın Azərbaycan Dəmir Yolları İdarəsinin baş direktoru Şapur Arslani deyib.

Ş.Aslaninin sözlərinə görə, turist qatarı Araz Azad Ticarət Zonasının əməkdaşlığı və bölgədə turizmin inkişafı istiqamətində istifadəyə verilib.

Aslani əlavə edib ki, bu qatar gündəlik 5 vaqonla turistləri iki istiqamətdə daşıyacaq.

İdarə rəsmisi bildirib ki, bu qatarla gündəlik 800 nəfər daşınacaq: “Qatar hər gün səhər 07:30-dan Culfa istiqamətində, 19:00-da isə İran Culfasından Təbriz istiqamətində hərəkət edəcək”.

Son xəbərlər