Cümə günü, 03 aprel 2026
     

Azərbaycanda yeni doğulan uşaqlar arasında oğlanların payı 53 faizə çatdı - bir neçə il əvvəlki vəziyyət dəyişir

Image


Əhalinin sayının artması ölkənin demoqrafik inkişafı, güclənməsi, xalq, millət kimi sözümüzün çəkisinin daha da artması deməkdir. Savadlı, təhsilli, müasir dünyagörüşlü insanlarımızın sayı nə qədər çox olarsa, ölkə bir o qədər inkişaf edər, dünyada nüfuzu daha da artar. Ona görə də bu hadisə hər bir Azərbaycan vətəndaşını sevindirməlidir.

Açıqlanan statistik rəqəmlərə əsasən, ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 129183 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3102-si əkiz, 102-si üçəm, 8-i isə dördəm doğulanlardır.

Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

Təəssüf ki, hələ də yeni doğulan körpələr arasında oğlan uşaqlarının faiz nisbəti çoxluq təşkil edir. Belə ki, körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.

  • “Ailələrdə qız uşaqlarına münasibəti dəyişmək üçün sosial çarxların, kütləvi tədbirlərin köməyilə ciddi maarifləndirmə işləri aparmaqla yanaşı…”

“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan ailələrində "mənim niyə oğlum yoxdur" sualı populyardır: “Sırf oğlu olmadığına görə psixoloji problemlər yaranan ailələr yetərincədir. Bəzən Azərbaycan ailələrində oğlu olmayan qadına sonsuz kimi baxır, onu qınaq obyektinə çevirirlər. Oğlan uşağı dünyaya gətirməyən gəlinlər ən arzuolunmaz gəlinlərdir”.

Həmsöhbətimiz hesab edir ki, ailələrdə qız uşaqlarına münasibəti dəyişmək üçün sosial çarxların, kütləvi tədbirlərin köməyilə ciddi maarifləndirmə işləri aparmaqla yanaşı, qaydaları sərtləşdirmək lazımdır: “Müasir ailələrdə qız uşaqları üçün münasib həyat şəraiti standartları yaratmaq lazımdır. Başlıca problem ailənin qız övladına normal həyat şəraiti yaratmamasındadır. Oğlan uşaqları üçün ev, torpaq payı, miras nəzərdə tutulduğu halda, qız uşaqları mülkiyyət hüquqlarından məhrum olur”.

Birlik sədri onu da əlavə etdi ki, qızların sayının azalması cəmiyyətdə kəskin sosial problemlər yarada bilər: "İlk növbədə, dünyaya uşaq gətirən anaların sayı azalacaq. Gələcəkdə oğlanlar ailə qurmaq istərkən çətinliklə üzləşəcəklər. “Əgər qızdırsa, onun dünyaya gəlməsini istəmirik" fikrindən insanları çəkindirmək lazımdır. Nəzərə almaq lazımdır ki, hər il oğlan uşaqlarının sayı artır, qız uşaqlarının sayı isə azalır. Evlənmə yaşına çatanda oğlanların sayı qızlardan çox olacaq. Belə olan halda isə subayqalma halları olacaq, oğlanlar başqa ölkələrdən, başqa millətdən olan qızlarla evlənəcək, nikahların milliliyini qorumaq çətinləşəcək. Milli mentalitetin qorunması üçün atanın da, ananın da eyni millətdən olması vacibdir, xüsusən də bunun bizim kimi o qədər də böyük olmayan və gənc ölkə üçün böyük əhəmiyyəti var".

Ekspertin sözlərinə görə, hazırda cəmiyyətdə, televiziyalarda və sosial şəbəkələrdə əxlaqsızlığın təbliği gedir: “Bu isə ailələrdə qız uşaqlarının olmasına böyük qorxu yaradır. Onlar fikirləşirlər ki, indiki dövrdə qız uşaqlarını tərbiyə etmək çox çətindir. Burada əsas faktorlardan biri də ailələrdə sosial problemlərin olmasıdır. Ailədə sosial problemlər varsa, onlar düşünürlər ki, qızı olduqdan sonra böyütməli, oxutmalı, cehiz verməlidir və s. Ona görə də bu yükləri öz üzərlərinə götürmək istəmirlər. Ancaq onlar oğlan olduqda düşünürlər ki, böyüdəcəklər və gələcəkdə də övladları onlara dayaq olacaq. Bundan əlavə, qadınlara qarşı olan davranışlar da öz işini görür. Cəmiyyətdə qadınlara edilən zorakılıqları görürük. Biz indi müasirləşməliyik, avropalaşmalıyıq, ancaq, əksinə, radikal dinlər, stereotiplər bizi geri atır”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Sovet rejimindən qalma titullar ləğv edilməlidir

İran müharibəsi Azərbaycan sərhədlərində “narkotrafiki” dəyişdi...

Azərbaycan Şərqdəki müharibənin təsirlərinə çoxdan hazırlaşırdı...

SON XƏBƏRLƏR

02.04.2026 / 23:26
Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər: Şamaxı soyqırımı (Mart-aprel 1918-ci il)

02.04.2026 / 22:10
Mənim yadkən doğma anam

02.04.2026 / 20:57
Paşinyan Putinin sirrini açdı - “siz bunu mənə həm də şəxsən demişdiniz”...

02.04.2026 / 20:45
Pezeşkian Prezident İlham Əliyevə zəng etdi

02.04.2026 / 19:44
Tramp ABŞ-ın ən “qədim” müttəfiqi ilə də münasibətləri pozdu

02.04.2026 / 19:15
Putin etiraf etdi - “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...

02.04.2026 / 18:52
Rusiya sahibkarları Paşinyan hakimiyyətinə qarşı üsyana qaldırır...

02.04.2026 / 18:41
Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir

02.04.2026 / 18:28
İnklüziv inkişafda özəl sektorun rolu - Elnar Musayev yazır

02.04.2026 / 18:14
İrəvana hibrid təhdid oyunu - Zaxarova nəyi nəzərdə tutdu...

02.04.2026 / 17:35
Hörmüzdən sonra Bab əl-Məndəb boğazı da bağlana bilər – qlobal neft böhranı daha da dərinləşəcək...

02.04.2026 / 17:21
Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edildi

02.04.2026 / 17:08
Sürücülər üçün yeni sığorta formulu tətbiq edildi...

02.04.2026 / 16:56
“Bizdə media azaddır, seçki var, rus pasportluları seçkiyə buraxmarıq” - Paşinyan Putini həssas yerlərdən vurdu...

02.04.2026 / 16:40
Biləsuvarın Çaylı kəndində doğuldu, Qarabağımızda Zəfər tarixini yazanlardan oldu – Amid Əliyev

02.04.2026 / 16:33
Azərbaycanda TikTok istifadəçiləri üçün yeni qayda tətbiq olundu

02.04.2026 / 16:17
Paşinyan Moskvaya mesaj - "Rusiya şirkəti ilə sazişi pozmaq üçün rıçaqımız var, ancaq..."

02.04.2026 / 16:01
Namiq Dəlidağlının Qırğızıstanda kitabı nəşr edilib

02.04.2026 / 15:25
Vensin İrəvanda imzaladığı nüvə sazişinə Kreml dərhal “kontr” qoydu...

02.04.2026 / 15:08
Bu universitetdə dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb olunur - Dövlət Agentliyindən açıqlama...

02.04.2026 / 14:55
Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol...

02.04.2026 / 14:55
Nizami Kino Mərkəzi müdaxilə - polis araşdırmaya başladı- FOTO

02.04.2026 / 14:35
Paşinyan Putinə üz-üzə mesaj verdi - "biz bu hərəkatı davam etdirməyəcəyik"...

02.04.2026 / 14:23
NATO və AB-nin acığına Tramp Rusiya ilə "Dostluq sazişi" imzalayacaq...(?)

02.04.2026 / 14:20
"Orta Dəhliz hər birimizin marağına cavab verir" - Prezident

02.04.2026 / 14:07
Prezident İlham Əliyev: "Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir"

02.04.2026 / 14:03
Sabiq prezident Sarkisyanın partiyası 7 iyun seçkisindən imtina etdi - Kreml taktika dəyişir?...

02.04.2026 / 14:01
"Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq" - Prezident

02.04.2026 / 13:57
Prezident: "Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir"

02.04.2026 / 13:55
"Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək" - Prezident

02.04.2026 / 13:52
TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edildi

02.04.2026 / 13:33
Yeni nazirlik İcbari Tibbi Sığortada nələri dəyişməlidir?..

02.04.2026 / 13:21
Tramp İranla bağlı aprelin 6-nı gözləməyəcək...

02.04.2026 / 13:18
Paşinyandan Putinə “tərs sillə”...

02.04.2026 / 12:58
Müharibə başlayandan Türkiyənin 60 ton qızılı hara yox oldu?..

02.04.2026 / 12:34
Türk dünyasının ortaq ali təhsil məkanının yaradılması təklif olunur

02.04.2026 / 12:22
İranda müharibənin miqyası genişlənir, BƏƏ Hörmüz boğazına görə savaşa daxil olur...

02.04.2026 / 12:16
Putinlə Paşinyan Kremldə “atışdı”, iki ölkənin ziddiyyətləri daha da dərinləşdi...

02.04.2026 / 12:03
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - FOTO

02.04.2026 / 11:57
Növbəti köç karvanı Kəlbəcərə yola salındı

02.04.2026 / 11:43
Əli Əsədov TDT hökumət başçılarının görüşündə Zəngəzur dəhlizinin əhəmyyətindən danışdı...

02.04.2026 / 11:27
Bakıda TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidentlərnin görüşü keçirilib - YENİLƏNDİ

02.04.2026 / 11:16
İlham Əliyev TDT üçün yeni strateji hədəfi göstərdi - "bunu birlikdə etməliyik..." - FOTO/YENİLƏNDİ

02.04.2026 / 11:04
Tramp indi də “göylə əlləşməyə” qərar verdi...

02.04.2026 / 10:57
Mərkəzi Bank inflyasiya gözləntilərini açıqladı...

02.04.2026 / 10:23
Azərbaycanın da iştirak etdiyi böyük enerji platforması qurulur

02.04.2026 / 08:29
İsrailin Xəzərdə ticarətə yaratdığı təhdidlər qəbuledilməzdir - Rusiya XİN

02.04.2026 / 08:14
Trampın NATO ilə bağlı şikayətləri bloku zəiflətmək planının bir hissəsi ola bilər - Kaja Kallas

02.04.2026 / 07:56
“İranı yaxın həftələrdə "Daş dövrü"nə - layiq olduğu yerə qaytaracağıq” - Tramp

02.04.2026 / 07:37
ABŞ İsfahanı müvəqqəti işğal altında saxlayacaq - zənginləşdirilmiş uranı çıxarmaq üçün…

02.04.2026 / 07:20
İranın sabiq XİN rəhbərinin evi bombalandı

02.04.2026 / 00:23
Bu gün aprel zəfərindən 10 il ötür

02.04.2026 / 00:13
İsrail Hizbullah Cənub cəbhəsinin komandirini öldürdü

01.04.2026 / 23:44
Turizmin Cənnəti Türkiyə: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Şəhərlər…

01.04.2026 / 23:31
AB Kiyevə dondurulmuş Rusiya aktivlərindən 1,4 milyard avro verəcək

01.04.2026 / 23:19
Abşeron nahiyəsinin Xəzər dənizi sahilləri... XX əsrin əvvəlləri... Qanlı sənələr

01.04.2026 / 21:39
Ağ Ev İran müharibəsinin xərcini körfəz ölkələrindən tələb etdi...

01.04.2026 / 21:16
Lavrov 3-cü dünya müharibəsini rəsmən bəyan etdi...

01.04.2026 / 20:43
Trampın “İranı məhv etmişik” yalanlarının konkret hədəfi var...

01.04.2026 / 20:17
Rusiya Ukraynanın Luqansk bölgəsini tam ələ keçirdi…

01.04.2026 / 19:57
İran ABŞ-la bağlı Bolqarıstana nota verdi - Hava limanlarınızı onlara açmayın...

01.04.2026 / 19:38
Azərbaycanda hüquq-mühafizə orqanlarının adı ilə minlərlə vətəndaşı aldatmağa cəhd edildi

01.04.2026 / 19:25
"Prezident İlham Əliyev və Paşinyanın səyləri ilə Azərbaycan-Ermənistan münasibətləri sabitləşib" - Putin

01.04.2026 / 19:07
Əvvəlki illərdə ÜDM artımı 7 faizə yaxın idi, indi isə...

01.04.2026 / 18:42
Əli Əsədov TDT-nin baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib

01.04.2026 / 18:30
Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul etdi

01.04.2026 / 18:16
Amerikada Tramp əleyhinə etiraz hərəkatı geniş vüsət alır

01.04.2026 / 18:04
Husilər neft qiymətlərinin daha sürətlə bahalaşmasını tətikləməyə başladılar

01.04.2026 / 18:00
İranın ballistik raketləri Tramp üçün daha ciddi problemə çevrilir

01.04.2026 / 17:55
"Aprel döyüşləri şanlı Zəfərə gedən yolun başlanğıcı idi" - Vüqar Rəhimzadə

01.04.2026 / 17:46
SOMDA-da 31 Mart Sоyqırımı Günü ilə əlaqədar anım tədbirləri kеçirildi - FOTO

01.04.2026 / 17:11
Rusiyada ətlə bağlı böyük təhdid yaranıb…

01.04.2026 / 17:09
İran müharibəsi NATO-nu parçalayır - ABŞ NATO-dan çıxa bilər...

01.04.2026 / 16:27
Körfəz ölkələrindəki 2800 "Patriot" raketinin 2400-nü İran məhv edib?..

01.04.2026 / 16:11
Nazir Vilayət Eyvazov Cəlilabadda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

01.04.2026 / 15:57
Azərbaycan İran müharibəsinə xeyli önləyən kurs müəyyənləşdirdi...

01.04.2026 / 15:42
BƏƏ İrana qarşı müharibəyə qoşulur - yarım əsrlik ada mübahisəsi yenidən gündəmə gəldi...

01.04.2026 / 15:35
Ağdərə sakini Suqovuşanda minaya düşdü....

01.04.2026 / 15:21
İranda ABŞ-ın quru əməliyyatının 2 ağlasığmaz hədəfi - "uran oğurluğu" və ...

01.04.2026 / 15:11
Rusiyadan Azərbaycana nağd pul axınının qarşısı alınacaq...

01.04.2026 / 14:50
İran nüvə silahına doğru böyük bir addım atdı...

Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir

XƏBƏR ARXİVİ