“Azərbaycan Polisindən razıyam ki, məni qızımın yanında utandırmadı…” - Sənət adamından təşəkkür…

“Mən Azərbaycan Polisindən razıyam. Çünki o məni övladımın yanında utandırmadı. Qızıma demişdim ki, sənin oğurlanmış telefonunu polislər mütləq tapacaqlar. Polisin peşəkarlığı nəticəsində telefon tapıldı və bizə qaytarıldı.
Bu fikirləri “Xüsusi təyinatlı İbad” filmindən yaxşı tanıdığımız, “Məhbuslar”, “Tələ” seriallarının baş produseri-rejissor, aktyor Rəşad Nuri bildirib. O qeyd edib ki, qızına hədiyyə aldığı “İphon 11” markalı telefon ötən il dekabrın 13-də Nərimanov rayonu ərazisində avtobusda oğurlanıb. Bununla bağlı “102” Xidməti Zəng Mərkəzinə məlumat veriblər. Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırma başlanıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində telefonu oğurlayan şəxs müəyyən edilib.
T.Hafiz