20/02/2020 21:42
728 x 90

Hökməli kənd sakinlərinin ittihamı – iki il əvvəl işıq xətlərimiz tam yeniləndi, ancaq külək əsən kimi…köhnə hamam…

img

Abşeron rayonu Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolu 19-cu km yaşayış massivinin sakinləri elektrik enerjisinin təminatında problem yaşandığını iddia edirlər.

Sakinlər bildirirlər ki, iki il öncə avqust ayında elektrik xətləri dəyişdirilərək izolyasiyalı elektrik xətləri ilə əvəz edilib. Bununla yanaşı, bütün transformatorlarda yeniləri əvəz olunub. Ancaq buna baxmayaraq, elektrik enerjisinin təminatında hələ də problem yaşanır: “Bu hal daha çox 2018-ci ilin oktyabr ayından etibarən qeydə alınmağa başladı”.

Qəsəbə sakinləri şikayətlərində bildirirlər ki, qış aylarında həftə ərzində 3-4 dəfə işıqları sönür. Eyni zamanda, sakinlər onu da deyirlər ki, onlar elektrik enerjisinin mütəmadi olaraq keçməsi ilə bağlı elektron ünvana yazılı şəkildə müraciət etsələr də, şikayətçilərə hər hansı bir cavab verilməyib.

  • Tanrıverdi Mustafayev: “Bizim elə xətlərimiz var ki, hasara alıblar, dəyişdirə bilmirik”

Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, problemdən xəbərləri var və həlli istiqamətində bütün real işlər həyata keçirilir: “Məlumat üçün bildirim ki, həmin ərazidə bütün işıq xətlərinin altında evlər tikilib, artıq yer yoxdur. Biz dekabr ayının 5-dən məlum ərazidə təmir işləri aparırıq. Vətəndaşlar üzərimizə bel vasitəsilə hücum çəkib, əməkdaşlarımıza xəsarət yetirməyə çalışırlar. Bizim elə xətlərimiz var ki, hasara alıblar, dəyişdirə bilmirik. Yüksək gərginlikli xətlərin altında ev tikəndə bu problemlər, təbii ki, meydana çıxacaq. Hazırda həmin ərazidə xətlərimizi zəbt edən evlərdə yaranan problemlərin həlli və xətlərin dəyişdirilməsi prosesi həyata keçirilir. Orada ayyarımdır yenidənqurma işləri aparırıq. İşlər qısa müddət ərzində tam şəkildə yekunlaşacaq və məsələ birdəfəlik öz həllini tapacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər