12/07/2020 23:02
728 x 90

Rüstəm Usubov Tovuz və Gədəbəy sakinlərini qəbul edəcək

img

Baş prokurorun birinci müavini Rüstəm Usubov yanvarın 24-də saat 10:00-da Tovuz rayon prokurorluğunun inzibati binasında Tovuz və Gədəbəy rayon sakinlərinin qəbulunu keçirəcək.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Tovuz rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər