10/04/2020 06:12
728 x 90

Daxili Qoşunların əməliyyat müşavirəsində nazir Vilayət Eyvazov tapşırıqlar verdi - FOTO

img

Yanvarın 16-da Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.

Müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov dövlət başçısının ümumən daxili işlər orqanlarına, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatının, kazarma-məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.

Nazir Qoşunların daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıraraq, şəxsi heyətin ictimai asayişin və təhlükəsizliyin təminində, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla bildirib.

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin yekunları barədə geniş məruzə ilə çıxış edib.

Komandan ötən il normativ-hüquqi bazanın təkmilləşdirilməsinin, təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılmasının, şəxsi heyətin nəzəri biliklərinin artırılmasının, onlara peşəkar praktiki vərdişlərin aşılanmasının, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinin döyüş təliminin əsas  vəzifələri olaraq həyata keçirildiyini diqqətə çatdırıb.

Müşavirəyə yekun vuran daxili işlər naziri V.Eyvazov şəxsi heyətin xidməti fəaliyyətinin yekunlarını yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib.

Hərbi hissələrdə idarəçilik fəaliyyətinin, döyüş xidmətinin təşkili və aparılmasının, hərbi qulluqçuların Vətənə və xalqa sədaqət ruhunda tərbiyə edilmələrinin, fiziki və döyüş hazırlığının daha da yüksəldilməsinin, ekstremal hallar da daxil olmaqla, onların istənilən əmr və göstərişlərin icrasına hər zaman hazır olmalarını tələb edən nazir əmin olduğunu bildirib ki, DQ-nın hərbi qulluqçuları qanunvericiliklə müəyyən edilmiş vəzifələrin və verilən tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək.

Son xəbərlər