24/02/2020 12:11
728 x 90

Narkoloji Dispanserdə dərman qıtlığı - nə baş verir…

Lənkəran Rayonlararası Narkoloji Dispanseri - Vüqar Balayev: “Qısa müddətə dispanserə xəstə qəbulu dayandırılıb”

img

Lənkəran Rayonlararası Narkoloji Dispanserində xəstə qəbulu ilə bağlı problem yaşanması haqqında məlumatlar yayılır. Bildirilir ki, dispanserdə dərman yoxdur deyərək, narkomaniyadan əziyyət çəkən şəxsləri qəbul etmirlər.

Narkomaniyadan əziyyət çəkən Masallı rayonu Ərkivan kənd sakini Adisey Camalov Lənkəran Rayonlararası Narkoloji Dispanserinə qəbul olunmur. Bu barədə Adisey Camalovun yaxınları sosial şəbəkədə  məlumat yayıblar: “Əvvəlcə dedilər ki, yerimiz yoxdur. Biz də bildirdik ki, Adiseyin vəziyyəti çox ağırdır, o mütləq dispanserə yerləşdirilməlidir. Sonra dedilər ki, dərman yoxdur”.

Onların sözlərinə görə, Səhiyyə Nazirliyinin “qaynar xətt”inə müraciət etsələr də, heç bir nəticəsi olmayıb: “Bir neçə saat dispanserin qarşısında gözlədik, xahiş etdik, Səhiyyə Nazirliyinin “qaynar xətt”inə zəng vurduq, amma xeyri olmadı. Məcbur qalıb evə qayıtdıq”.

  • “Bir həftə və ya 10 günə dispanserə xəstə qəbulu yenidən bərpa olunacaq və onu da deyim ki, dərmanın olmaması ilə bağlı yayılan informasiya həqiqət deyil”

Məsələ ilə bağlı Lənkəran Rayonlararası Narkoloji Dispanserilə əlaqə saxladıq. Dispanserin gözətçisi Vüqar  Balayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qısa müddətə dispanserə xəstə qəbulu dayandırılıb: “Bunun məlum səbəbləri var. Məlumat üçün bildirim ki, biz Bakıya tabeyik. Onlar nə deyirsə, bizdə onu edirik. Ancaq bu hal çox uzun çəkməyəcək. Ancaq dispanserdə dərmanın olmaması ilə bağlı yayılan informasiya həqiqət deyil”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bir həftə və ya 10 günə dispanserə xəstə qəbulu yenidən bərpa olunacaq.

Günel CƏLİLOVA

Son xəbərlər