27/01/2020 07:10
728 x 90

Azərbaycanda “20.02.2020 brendli uşaqlar” problemi - hətta bu həddə düşənlər var…

Pərvanə Mustafayeva: “Hansısa əlamətdar gündə uşağın vaxtından tez dünyaya gəlməsi üçün bu qərarı verən ana ilə yanaşı, həkim də məsuliyyət daşıyır”

img

Son illər Azərbaycanda uşaqların “zerkalnı” tarixdə doğulması üçün anaların keysəriyyə əməliyyatına baş vurması populyar hal alıb. Övladının xüsusi tarixdə dünyaya gəlməsini istəyən valideynlər tibbi müdaxilə yolu ilə doğuşu 1-2 gün tezləşdirir, ya da yubadırlar. Məsələn, ötən il xeyli sayda valideyn körpələrini 19.12.2019 tarixində dünyaya gətirmək üçün doğuş tarixini dəyişməyə çalışdı.

Son günlər sosial şəbəkələrdə gedən müzakirələrdə bildirilir ki, həmin günlər xəstəxanalarda digər xəstələri yatırmağa yer tapılmır. 2020-ci ildə də belə “zerkalnı” tarixlər mövcuddur. Bəzi valideynlər 02.02.2020 və ya 20.02.2020 tarixlərində uşağını dünyaya gətirmək üçün indidən həkimlə danışıq aparır ki, bəs həmin gün kesr yolu ilə olsa da, övladı mütləq dünyaya gəlməlidir.

  • “Tibbi müdaxilə yolu ilə tezləşdirmək və ya yubatmaq ananın və dünyaya gələcək körpənin sağlamlığı üçün təhlükəlidir”

Məsələ ilə bağlı fikir bildirən həkim-ginekoloq Pərvanə Mustafayeva bildirdi ki, tibbi müdaxilə yolu ilə tezləşdirmək və ya yubatmaq ananın və dünyaya gələcək körpənin sağlamlığı üçün təhlükəlidir: “Bu qərarı verən ana və onunla razılaşan həkim məsuliyyət daşıyır. Bu heç bir millətdə yoxdur, təkcə bizim millətdə olan bir fikirdir. Doğuşun vaxtıdırsa, sən doğuşa müdaxilə edə bilməzsən. Əgər keysəriyyə əməliyyatına göstəriş olarsa, o zaman keysəriyyə əməliyyatı baş tuta bilər. Düzdür, doğuşu 2-3 gün gec və ya tez etmək olar. Amma məhz uşaq bu tarixdə doğulsun deyə, normal doğuşa imkan ola-ola keysəriyyə əməliyyatı etdirmək istəyənlərin psixologiyasında problem var. Burada həm ana, həm də həkim məsuliyyət daşıyırlar. Belə doğuşun müxtəlif fəsadları ola bilər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, indi bir çox xəstəxanada göstəriş olmadan keysəriyyə əməliyyatına icazə vermirlər. Göstərişlərə isə gözdə zəiflik, uşaqlıq yolunda çapıq və s. aid edə bilərik: “Belə əməliyyatın daha çox anaya fəsadları olur. Məsələn, uşaqlığın yığılma qabiliyyətinin pozulması, embaliya, qanaxma və s. ola bilər”.

Günel CƏLİLOVA

Son xəbərlər