28/09/2020 12:07
728 x 90

Müqavilə öhdəliklərini yerinə yetirməyən şirkətlər turistlərə kompensasiya verməlidir

img

Azərbaycanda turizm prosesi iştirakçılarının vəzifələri müəyyən edilib. “Trend”-in məlumatına görə, bu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan, tövsiyə xarakterli “Turizm sənayesi nümayəndələrinin etik kodeksi”ndə öz əksini tapıb.

Sənədə əsasən, turizm sahəsinin peşəkarları turistlərə təyinat yerləri və səfər, qəbul və qalma şərtləri haqqında obyektiv düzgün məlumatlar təqdim etməlidir. Onlar müştərilərə təklif etdikləri müqavilələrin müddəalarının istər təqdim etməyi öhdələrinə götürdükləri xidmətlərin xarakteri, qiyməti və keyfiyyəti baxımından, istərsə də müqavilə öhdəliklərinin onlar tərəfindən birtərəfli şəkildə pozulduğu təqdirdə, maliyyə öhdəlikləri baxımından aydınlığını təmin etməlidirlər.

Kodeksdə qeyd edilir ki, turizm sahəsinin peşəkarları dövlət hakimiyyəti orqanları ilə birlikdə, onlardan asılı olan həddə, turistlər üçün təhlükəsizik, bədbəxt hadisələrinin qarşısının alınmasının, sağlamlığının mühafizəsinin və qida gigiyenasının qayğısına qalmalıdırlar. Turizm şirkətləri lazımi sığorta və yardım sistemlərini təmin etməli, milli qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə müvafiq olaraq hesabat vermək öhdəliyi götürməli, onlar tərəfindən müqavilə öhdəliklərini yerinə yetirilmədiyi halda ədalətli kompensasiya təqdim etməlidirlər.

Sənədə əsasən, turizm sahəsinin peşəkarları onlardan asılı olan həddə turistlərin mədəni və mənəvi təkmilləşdirilməsinə yardım etməli və səfərlər zamanı onlara öz dini ehtiyaclarını ödəməyə imkan verməlidirlər.

Mətbuat, xüsusilə də ixtisaslaşdırılmış turizm mətbuatı və müasir elektron rabitə vasitələri də daxil olmaqla, digər kütləvi informasiya vasitələri turistlərin səfər etmə sayına təsir göstərə biləcək hadisə və vəziyyətlər haqqında düzgün və balanslaşdırılmış informasiyanın verilməsini təmin etməlidirlər. Onlar həmçinin turizm xidmətləri istehlakçılarını dəqiq və etibarlı məlumatlarla təmin etməlidirlər. Mətbuat və digər kütləvi informasiya vasitələri heç bir şəkildə seks-turizmə yardım etməməlidirlər.

Son xəbərlər