28/09/2020 11:55
728 x 90

Bakı Mühəndislik Universitetinin elektron kitabxanasının bazası gücləndirildi...

img

Müasir standartlara cavab verən zəngin bazaya malik olan Bakı Mühəndislik Universitetinin (BMU) elektron kitabxanasına gün ərzində 400-dən  artıq müraciət daxil olur.

Belə ki, müəllimlər və tələbələr kitabları onlayn sifariş verərək əldə etmək imkanına malikdirlər. BMU-nun saytındakı (www.beu.edu.az) Tələbə Məlumat Sistemi və Personal Məlumat Sisteminə daxil olduqdan sonra daha əlçatan formada sifarişlər vermək mümkündür. Sistemdə oxucunun axtardığı kitabın bütün detalları qeyd olunur. Bununla yanaşı, kitabın rəfdə və ya əldə olması haqqında məlumat da oxucunun diqqətinə çatdırılır. Əgər hər hansı kitab sifariş olunubsa, dərhal növbəyə durmaq təklifi bildirilir. Sifarişlər maksimum 15 dəqiqə ərzində hazır olur.

Onlayn sistem əsasında fəaliyyət göstərən kitabxananın əsas üstünlüklərindən biri də uzaq məsafədən, universitetdən kənarda öz oxucularına xidmət göstərmək imkanına malik olmasıdır. Bu vaxta qənaət etmək və istənilən məkandan sistemə daxil olmaq baxımından olduqca önəmlidir.

BMU-nun kitabxana fondunda hazırda 1 milyona yaxın elektron resurs, həmçinin 106 minə yaxın kitab və jurnal mövcuddur. Bu kitabların əksəriyyəti ingilis və türk dillərindədir. Bununla yanaşı, alman, ərəb, rus, fransız və s. dillərdə olan kitablar da var. Fakültələrdə tədris olunan fənləri əhatə edən kitabxana fondunda bütün kitabların Pdf forması da mövcuddur.

BMU-nun kitabxanası, eyni zamanda dünyada ən məşhur - Web of Science və EBSCOhost kimi elektron portalların üzvüdür. 

Son xəbərlər