19/01/2020 08:43
728 x 90

DİN polisin yeni geyim formasına keçməsinin hansı zərurətdən irəli gəlməsinə aydınlıq gətirdi

img

Daxili İşlər Nazirliyi polisin yeni geyim formasına keçməsinin hansı zərurətdən irəli gəlməsinə aydınlıq gətirib

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov baki-xeber.com-a açıqlamasında qeyd edib ki, yeni formanın tətbiqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür: “Bu yenilik dövlət başçısının Daxili İşlər Nazirliyinin rəhbərliyinə verdiyi göstərişin icrası ilə əlaqədar oldu. Belə ki, göstərişdə bayır xidmətində olan polis əməkdaşlarının daha müasir və rahat, həmçinin, daha keyfiyyətli materialdan olan yeni geyim forması ilə təmin olunması tələb olunurdu. Bununla əlaqədar DİN tərəfindən müvafiq tədbirlər görüldü və artıq bildiyiniz kimi, Yol Patrul Xidməti əməkdaşları bu müasir xüsusi geyim formasından istifadə edirlər. Yaxın vaxtlarda bayır xidmətində olan digər polis əməkdaşları da bu forma ilə təmin ediləcəklər. Yeni formalar müasirliyindən və yüksək keyfiyyətindən əlavə, həm də bayır xidmətində olan əməkdaşlarımızın təhlükəsizliyi baxımından da önəmlidir. Belə ki, gecə vaxtı bu formalar həm də işıq əksetdirmə qabiliyyətinə malikdir”.

Son xəbərlər