Cümə günü, 13 noyabr 2026
     

Bakı Mühəndislik Universiteti elmi məqalələrə istinad sayına görə üçüncü yerdədir

Image


Dünyada elmi tədqiqatların ən əhəmiyyətli hissəsinin əsasən “Web of Science” və “Scopus” bazasında indekslənən nəşrlər olduğu artıq birmənalı olaraq elm ictimaiyyəti tərəfindən qəbul edilir.

Keçən əsrin 70-ci illərindən artıq 60 ilə yaxındır ki, elmi tədqiqatların istinadları elmmetrik olaraq hesablanır və bu göstəricilər ölkə elminin inkişafının komponentlərindən sayılır. 2014-cü ildə dünyanın ən məşhur elmi jurnalı olan “Natura” jurnalında elmi nəşrlərə istinadın hesablanması sisteminin 50 illiyi münasibətilə hazırlanan hesabatda qeyd edilirdi ki, indiyə kimi dünyada 50 milyondan artıq elmi tədqiqat işi nəşr olunsa da, onlardan yarısı heç bir istinad almayıb və heç bir təsir əmsalına sahib olmayıb. Ciddi qəbul edilərək ən az 10 istinad alan tədqiqat işləri isə dünyadakı ümumi nəşrlərin sadəcə 2 faizini təşkil etməkdədir. Bu nəşrlərin 80 faizinin “Web of Science” və “Scopus” bazasında indekslənən nəşrlər olması bu bazalardakı nəşrlərin əhəmiyyətini bir daha sübut etməkdədir. Yeri gəlmişkən, bu tədqiqatda indiyə qədər ən çox istinad alan 100 elmi nəşr siyahısında yeganə müsəlman elm adamının həmyerlimiz mərhum Lütfi-Zadə olması qürurverici bir nüansdır.

Müstəqillik sonrası Azərbaycanda elmi tədqiqatların keyfiyyətinin artırılması ilə əlaqəli bir sıra işlər görülsə də, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Clarivate Analytics” (“Thomson Reuters” şirkəti) arasında 22 dekabr 2015-ci ildə imzalanan əməkdaşlıq müqaviləsi, zənnimizcə, bu istiqamətdə atılan ən əhəmiyyətli addımlardandır.Azərbaycanın elmi tədqiqat və ali təhsil müəssisələrinin dünyanın aparıcı elmmetrik bazası olan “Web of Science”ə çıxışı azərbaycanlı alim və tədqiqatçıların elmi məhsuldarlığını nəzərəçarpacaq dərəcədə artırıb, elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib. 2019-cu ildə də artıq ikinci dəfədir ki, “Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son illərdəki artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir. Belə ki, 2019-cu ildə “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1450 elmi-tədqiqat işi qeydə alınıb. Analoji rəqəm Ermənistan üçün 1250, Gürcüstan üçün isə 1024 təşkil edir. Bu aktivliyə müsbət təsir göstərən başqa bir addım isə bir neçə universitetdə bu cür nəşrlərə görə mükafatlandırma sisteminin olmasıdır. Eyni zamanda, elmi ad və dərəcə alarkən və akademik vəzifələrə seçkilər zamanı bu nəşrlərin diqqətə alınması bu istiqamətdə nəşrlərə marağı daha da artırmaqdadır.

Bakı Mühəndislik Universitetində (BMU) də əməkdaşların elmi məhsuldarlığı hər zaman diqqət mərkəzindədir. Universitetdə tədris prosesi ilə elmi fəaliyyət vəhdət təşkil edir, fakültələr, kafedralar, laboratoriyalar və digər elmi strukturların bazasında elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi tədqiqatlar aparılır. Aparılan elmi tədqiqat işlərinin nəticələrinin istehsalata və tədris prosesinə  tətbiqi, monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər şəklində dərc olunması, elmi konfrans və seminarlarda məruzə edilməklə yayılması diqqət mərkəzində saxlanır. Elmi tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, universitetin vəsaitləri, qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və digər  mənbələr hesabına həyata keçirilir. İşlərin nəticələri professor-müəllim heyətinin vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınır. Eyni zamanda, hər il dekabr ayında il ərzində beynəlxalq istinad bazalarında indekslənən jurnallardakı nəşrlər universitet tərəfindən mükafatlandırılır.

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə mart ayının 27-si “Elm günü” kimi qeyd edilir. BMU hər il ənənəvi olaraq sərəncamda nəzərdə tutulan elmin populyarlaşması və inkişafı üçün bir sıra tədbirlər həyata keçirir. Hər il fevral ayının ilk həftəsi universitetin professor-müəllim heyətinə “Elmi resurs bazalarından effektiv istifadə” təlimi keçilir.

BMU-da 2018-ci ilin oktyabr ayında “Azərbaycan Beynəlxalq nəqliyyat sistemində: hədəflər və perspektivlər” və “İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: problemlər və perspektivlər”, noyabr ayında I Beynəlxalq Elm və Texnologiya konfransı keçirilib. 27-28 aprel 2019-cu il tarixlərində keçirilən “Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı”nda 10-dan çox ölkədən universitet, akademiya və elmi tədqiqat institutlarında fəaliyyət göstərən 800-dən çox gənc tədqiqatçı bir araya gəlib, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşıb, problemlər təhlil edilib, onların həll yolları üçün təkliflər irəli sürülüb və gənclərin elmə olan marağını artırmasına töhfə verilib. Eyni zamanda, 3-4 may 2019-cu il tarixində “Turizm və Rekreasiya XXI əsrdə. Problem və perspektivlər” konfransı Azərbaycan Turizm və Menecment Universiteti ilə birlikdə yüksək səviyyədə keçirilib. Ötən ilin 29-30 noyabr tarixində “Azərbaycanın innovativ inkişafında mühəndisliyin rolu: hədəflər və perspektivlər” beynəlxalq konfransı da təşkil olunub. Ümumiyyətlə, son illərdə universitetdə 7 beynəlxalq konfrans keçirilib və onların nəşrləri universitetin saytına yerləşdirilib. Xüsusi vurğulamaq istərdik ki,“Scopus” və “Web of Science” platformasına daxil edilən  International Conference on Thermal Engineering konfransının 13-cüsü Kanadanın Ryerson Universiteti ilə birgə 10-12 iyun 2020-ci il tarixində BMU-da (https://www.ictea.ca/) keçiriləcək. Konfransda 50-dən çox ölkədən 200-ə yaxın tədqiqatçının iştirakı gözlənir. BMU-da hər biri ildə 2 dəfə nəşr olunan 6 istiqamətdə “Journal of Baku Engineering University” elmi jurnalları işıq üzü görür. Jurnalların hamısı AAK tərəfindən tövsiyə edilən nəşrlər siyahısına daxil edilib.

Eyni zamanda, Elmi işlər üzrə prorektorluğun təşkilatçılığı, fakültə elmi heyətləri və universitetin Tələbə Elmi Cəmiyyətinin (TEC)əməkdaşlığı ilə hər il ənənəvi olaraq aprel ayının son həftəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan Gənc Tədqiqatçıların Beynəlxalq Konfransı (http://yric.az/), dekabr ayının son həftəsində universitet tələbələri və orta məktəb şagirdləri arasında layihə yarışması “Qış Elm Festivalı” və may ayının ilk həftəsində tələbələrin elmi fəaliyyətlərinin sərgiləndiyi “Bahar elm sərgisi” keçirilir. Bununla yanaşı, müntəzəm olaraq bütün fakültələrdə aylıq elmi seminarlar və elmi müzakirələr keçirilir. 2017/2019-cu illərdə 50-dən çox bu cür elmi tədbir keçirilib.

Yarandığı 3 il ərzində universitetdə Web of Science platformasında 2017-ci ildə 8, 2018-ci ildə 18 və 2019-cu ilin ilk 6 ayında 30 olmaqla cəmi 56 nəşr və onlara 57 istinad qeyd edilib. BMU əməkdaşlarının Thomson Reuters-Web Of Science impakt faktorlu nəşrlərinin ümumi sayına görə Azərbaycan ali təhsil müəssisələri  üzrə ilk onluqda, ictimai elmlər üzrə isə ilk üçlükdə yer almaqdadır. Eyni zamanda, BMU son üç ildə nəşr olunan məqalələrə istinad sayına görə Azərbaycan üzrə 3-cü yerdədir. Universitetdə mütəmadi olaraq əməkdaşlara elmmetrik bazalardan effektiv istifadə təlimləri verilir. Son üç ildə əməkdaşlarımızın ən mötəbər elmi nəşrlərdən Renewable and Sustainable Energy Reviews (Web Of Science  İmpakt faktoru 11.239),Journal Of Molecular Liquids İF 4.561, Environmental Science And Pollution Research İF 3.208, Applied Mathematical Modelling  3.112 kimi sahəsi üzrə ən məşhur jurnallarda 10-a yaxın məqalə nəşr etdirməsi böyük uğurdur. Başqa müsbət məqam isə odur ki, 2017-ci ildə elmi nəşrlərə görə mükafat alan əməkdaşlarımızın sayı 7 nəfər idisə, 2019-cu ildə bu göstərici 30 nəfərə qədər artıb və onların əksəriyyəti gənc tədqiqatçılardır. Xüsusilə bu il ciddi elmi jurnallarda 8 məqaləsi ilə fərqlənən iqtisadiyyat kafedrasının müdiri dos.Şəhriyar Muxtarovu, çap olunmasından bir il keçməməsinə rəğmən qısa müddət ərzində artıq Web Of Science  bazasındakı 10 ən sürətli istinad alan nəşr siyahısına daxil edilən məqalə müəllifi olaraq Sənaye mühəndisliyi kafedrasının müdiri dos.Pərviz Həsənovu, Azərbaycandan azsaylı nəşr olan dilçilik sahəsində bir ildə iki nəşr çap etdirən Tərcümə və ingilis dili kafedrasının dosenti Şəfəq Dadaşovanı, kafedra əməkdaşları və tələbələri ilə bir neçə yüksək impakt faktorlu jurnalda məqalələri nəşr olunan Kimya mühəndisliyi kafedrasının müdiri dos. Yusif Abdullayev və kafedranın dosenti Rəvan Rəhimovu xüsusi qeyd etmək lazımdır.

Artıq universitetin 10-a yaxın əməkdaşı impakt faktoru kifayət qədər yüksək olan 20-dən artıq elmi  jurnalların redaksiya heyətinə daxildir və bu jurnallarda nəşr olunan məqalələrin rəyçiləridir.

2020-ci ildə BMU-nun tədqiqatçı alimləri daha yeni uğurlara imza atmaq əzmindədir. Hədəf olaraq ötən ildən iki dəfə çox elmi nəşrin elmi ictimaiyyətə təqdim edilməsi seçilib və bu istiqamətdə mühüm addımlar atılacaq.Tədqiqatçılarımız bu istiqamətdə Azərbaycan elminin inkişafına öz töhfələrini verməyi hər zaman prioritet olaraq seçiblər.

Elçin SÜLEYMANOV
Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, dosent



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ