02/07/2020 17:21
728 x 90

Azərbaycan nələrin hesabına ilin ən yaxşı ölkələrindən biri oldu…

Azər Allahverənov: “Azərbaycanın güclü ölkələr siyahısında yer alması sevindiricidir”

img

Azərbaycan 2019-cu ilin “Ən yaxşı ölkələri”nin siyahısında yer alıb. Baş ofisi ABŞ-da yerləşən "U.S. News & World Report" adlı media şirkəti "BAV Group" və "The Wharton School of the University of Pennsylvania" ilə birlikdə 2019-cu ilin "Ən yaxşı ölkələri"nin siyahısını açıqlayıb.

Siyahıda yer almış dünyanın 80 ölkəsi arasında Azərbaycan da yer alır. Siyahı dünya üzrə 20.000-dən çox müxtəlif ölkə vətəndaşı ilə aparılmış sorğu əsasında ayrı-ayrı kriteriyalar üzrə, o cümlədən, vətəndaşlıq, mədəni təsir, sahibkarlıq, biznes üçün açıqlıq, güc, həyat səviyyəsi kimi meyarlar əsasında hazırlanıb. Təqdirəlayiq haldır ki, ölkə gücünün qiymətləndirilməsində Azərbaycan bir çox aparıcı ölkəni geridə qoyaraq 45-ci yeri tutub.

  • “…ölkəmiz dünyada öz sözünü demiş ölkələrlə rəqabət aparmağa hazırdır”

2019-cu ilin “Ən yaxşı ölkələri”nin siyahısında Azərbaycanın yer almasına münasibət bildirən sosial sahə üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki,  Azərbaycanın güclü ölkələr siyahısında yer alması sevindiricidir: “Zamanla ölkəmiz bir sıra sahələr üzrə əksər xarici ölkəni qabaqlayıb. Ən yaxşı ölkələr siyahısında yer alan 80 ölkə birinci qrupa aid olan ölkələrdir. 80 ölkə yaxşıların yaxşısı sayılır. 80 ölkə arasında Azərbaycanın 45-ci yer tutması sevindirici haldır.

Biznesə açıqlıq kateqoriyası üzrə Azərbaycan beynəlxalq təşkilatların keçirdiyi sorğularda ön sıralarda yer alıb. Azərbaycanda biznesə açıqlıq, bu sahəyə xüsusi həssaslıqla yanaşılması tək yerli ekspertlərin deyil, beynəlxalq ekspertlərin də diqqətini cəlb edir.

Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəlməsi son illər açıqlanan statistik rəqəmlərdə də özünü göstərir. Bu sahədə aparılan işlər sayəsində qarşıdakı illərdə də ölkə əhalisinin həyat səviyyəsi daha da artacaq”.

Həmsöhbətimiz hesab edir ki, Azərbaycanın güclü ölkələr arasında yer alması onu göstərir ki, ölkəmiz dünyada öz sözünü demiş ölkələrlə rəqabət aparmağa hazırdır.

Günel CƏLİLOVA

Son xəbərlər