Cümə günü, 13 noyabr 2026
     

Bir gündə 12 mənzil alan deputat da var imiş...

Image


Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllənin sakinləri sabiq deputat, general Əliağa Hüseynovun onlara məxsus 12 mənzilə göz dikdiyini iddia edirlər. Sosial şəbəkələrdə ictimailəşən bu mövzu ilə bağlı bildirilir ki, söhbət sözügedən ünvanda “İdeal -V” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binadan gedir. Hələ bina inşa edilən zaman şirkətin təsisçisi İsa Məmmədov və direktoru Çingiz Məmmədov eyni mənzili bir neçə nəfərə satıblar.

İyirmiyə yaxın mənzil sahibinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayətlərindən sonra onların hər ikisi həbs olunub. İsa və Çingiz Məmmədovların eyni mənzilləri ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min manat məbləği ələ keçirmələri müəyyən edilib. Törətdikləri cinayət əməlinə görə İ.Məmmədov 11 il, Ç.Məmmədov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Şirkətin təsisçisi və direktoru həbs olunduqdan sonra bina sakinləri tərəfindən “Nəsimi 19” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıb. Sakinlər özləri şəxsi vəsaitləri hesabına binaya su, qaz, elektrik xətti çəkiblər, yarımçıq binanın təmirini başa çatdırıblar.

Sakinlər bildirirlər ki, təzəcə hər şey qaydasına düşübmüş, amma bu dəfə də iki yeni sakin “ortaya çıxıb” və həmin binadan birdən-birə 12 mənzilə sahib olduqlarını iddia edib. Yeni sakinlər mülkiyyət hüquqlarının tanınması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər.

Sakinlərin dediyinə görə, onların mənzillərinə iddialı olanlar keçmiş baş hərbi komissar, ehtiyatda olan general-leytenant, Milli Məclisin 4-cü və 5-ci çağırış deputatı Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyevadır. E.Hüseynova və E.Əliyeva bu binada üç ayrı mərtəbədə yerləşən 12 mənzilin sahibi kimi binanın texniki-tikinti ekspertizası bəhanəsi ilə Nəsimi Rayon Məhkəməsində mülki iddia qaldırıblar. Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, həmin mənzillərdə məhkəmənin hökmü ilə təsdiq olunmuş sakinlər yaşayır.

Ötən il sentyabrın 17-də Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə hər iki şəxsin mülkiyyət hüququnun tanınması ilə bağlı iddiaya baxılıb. Məhkəmə iddianı rədd edib və 12 nəfər sakinin xeyrinə qətnamə qəbul olunub: “12 nəfərin evinə göz dikən millət vəkili, general Əliağa Hüseynov haqqında mətbuatda narazılıqlarımızı bildirmişdik. General bu məsələ ilə bağlı açıqlama verib dedi ki, mənzilləri “halal pulla” alıblar və hər şey məhkəmədə həll olunacaq. Necə olur ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi istintaq işi açır, bu istintaq işində bütün saxta sənədlər yoxlanılır, “İdeal –V” və “Alyans-Z” arasında üzləşmələr olur. Amma binanın həqiqi sakinləri və zərərçəkənlər istintaq, ekspertiza və məhkəmə əsasında aşkar olunduğu halda, 12 ildən sonra bu deputat hardansa saxta sənədlərlə üzə çıxır və sadə xalqı yaşadıgı evdən köçürmək istəyir? Yəni bu generalın Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq işinin nəticələrinə şübhəsi var? Niyə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq zamanı onun müqavilələri həqiqi çıxmayıb, əgər bu müqavilələr düzgündürsə, niyə ona istintaq və məhkəmə tərəfindən həqiqi sakin kimi təsdiqləyici sənəd verilməyib? Niyə ikili mənzilinin həlli üçün yenidən istintaq işinin aparılmasını tələb etmir, binanın texniki-tikinti ekspertizası bəhanəsi ilə Nəsimi Rayon Məhkəməsinə mülki məsələ ilə bağlı müraciət edir? Guya binanın suyu, işığı barəsində məlumatlar əldə edir?” - sakinlər sual ediblər.

Bina sakinləri deyiblər ki, istintaq və məhkəmə araşdırmaları zamanı zərərçəkən və həqiqi sakinlər müəyyən edilib. Bu qadınlar onlara məxsus müqavilə ilə üzə çıxmayıb, sakinlərin heç biri onları tanımayıb: “Bu 12 ildə harada olublar? İndi iddia edirlər ki, guya 2007-ci ildən bu binadan mənzil alıblar. Görəsən deputat bu 12 ildə 12 mənzilini niyə “unudubmuş?” Bəs Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq aparılan zaman harada idilər? Deməli, bu mənzillərlə bağlı yetərincə sübutu olmadığından, mülki məsələni qaldıra bilməyiblər. Bəlkə general Əliağa Hüseynov tutduğu vəzifəyə arxalanıb məhkəməyə təzyiq etmək istəyir? Axı hansı pullarla, hansı maaşla deputat bir gündə 12 mənzili alıb?”.

Sakinlərin şikayətində maraqlı olan detal ondan ibarətdir ki, Əliağa Hüseynovun mənzilləri alması ilə bağlı iddia onun Milli Məclisin deputatı olduğu zamanı əhatə edir. Millət vəkilinin bir gündə, şəhərin mərkəzində 12 mənzil alması və sonra mübahisəli olan mənzillərə açıq iddia etməsi doğrudan da təəccüblüdür. Hər halda, bu cür halların ortaya çıxması və ictimai müzakirəyə buraxılması millət vəkili adına hörmət gətirmir. Xatırladaq ki, buraxılan parlamentin üzvü olan millət vəkillərindən biri buna bənzər olan mülki mübahisədə öz mandatını pul götürdüyü adamların yanında girov saxlamışdı. Bu cür neqativ hallar millət vəkili kimi müqəddəs bir missiyanın adına hansı formada xələl gətirir?

  • Rauf  Zeyni: “Ümid edirəm ki, yeni formalaşacaq parlamentdə biz bu kimi insanlara rast gəlməyəcəyik”

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə halların baş verməsi cəmiyyətdə millət vəkili adına heç də xoş olmayan bir münasibət yaradır: “Ölkə Prezidenti dəfələrlə öz çıxışlarında məmurları şəffaflığa dəvət edib. Bundan millət vəkillərinə də pay düşür. Onlar cəmiyyətin ən həssas zümrəsi sayılır. Onların bütün davranışları cəmiyyət üçün örnək sayılmalıdır. Çünki xalq tərəfindən seçilirlər. İctimai nəzarətin belə məsələləri aşkar etməsi çox təqdirəlayiqdir. Prezident də dəfələrlə bunun vacibliyini vurğulayıb. Belə olan təqdirdə istənilən adamda sual yaranır: millət vəkili 12 evi necə ala bilib. Lap bir gündə yox, bir ildə alıb. Axı heç bir məllət vəkilinin aylıq məvacibi buna imkan vermir. Belə hallar, ümumilikdə, deputat adına qarşı bir ikrah hissi yaradır. Görün vəziyyət nə həddə çatıb ki, həmin kateqoriyaya aid insanlar bununla bağlı məhkəmə iddiası belə açırlar. Bizdə elə potensial məmurlar və ya millət vəkilləri var ki, buraxsan bir gündə gedib böyük şəhəri alarlar. Təbii ki, əllərində olan pul leqal deyil. Ona görə bir qədər çəkinirlər. Bunun üçün də, mütləq mənada, şəffaflıq, ictimai nəzarət təmin olunmalıdır. Jurnalistlər belə faktları ictimailəşdirdikcə, həmin adamların bir qədər ictimai rəydən çəkinəcəyi olacaq. Belə halların olmasını qınayıram. Ümid edirəm ki, yeni formalaşacaq parlamentdə biz bu kimi insanlara rast gəlməyəcəyik”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ