şənbə günü, 04 iyul 2026
     

AMEA-dan maraqlı təşəbbüs – dilimizi öyrənən əcnəbilər üçün tədris vəsaiti hazırlanır

Image


Son dövlər əcnəbilərin Azərbaycan dilini öyrənməyə maraqları çoxalıb. Dilimizi öyrənmək üçün onlar müxtəlif vasitələrdən istifadə etmək istəyirlər. Lakin çox təəssüf ki, onların Azərbaycan dilini internet vasitəsilə öyrənməsi ciddi problemdir. Çünki ana dilimizin qayda-qanunları, sözləri internet resurslarında tam olaraq yerləşdirilməyib. Bu da dilimizin əcnəbilər tərəfindən öyrənilməsinə

əngəl olur. Halbuki, istənilən əcnəbi dili internet vasitəsilə öyrənmək çox asandır, amma Azərbaycan dilinin hələ də internet resursları yaradılmayıb. Bunun həyata keçirilməsinə Azərbaycan dili haqqında qəbul edilən Dövlət Proqramı da, digər qanunvericilik aktları da imkan verir, sadəcə, əməli iş görülmür.  

Qeyd edək ki, Sovet dövründə, eləcə də ondan sonrakı mərhələlərdə Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün tərtib edilən nəşrlər də onların bu dili öyrənməsinə yetərincə imkan vermirdi.

  • Möhsün Nağısoylu: “Vəsaitin internetdə yerləşdirilməsi də nəzərdə tutulub ki, əcnəbilər internet vasitəsilə də bu vəsaitdən yararlansınlar”

Bu gün isə əcnəbilərin Azərbaycan dilini öyrənməsi üçün yeni tədris vəsaitinin birinci hissəsi hazırlanıb, ikinci hissə isə hazırlıq prosesindədir. Bunu bizimlə söhbətində Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirdi. O qeyd etdi ki, Azərbaycan dilini öyrənən xaricilər üçün tədris vəsaitlərinin hazırlanması prosesi başlanıb, nəşrin birinci hissəsi 2019-cu ildə işıq üzü görüb. M.Nağısoylu vurğuladı ki, Azərbaycan dilini öyrənən xarici vətəndaşlar üçün “Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin tətbiqi ilə tədris vəsaitləri dəstinin hazırlanması” layihəsi çərçivəsində artıq işlər başlanıb. Vəsait institutun şöbə müdiri, dosent Mayıl Əsgərov tərəfindən hazırlanıb və hələlik rus, ingilis dillərini əhatə edib. O qeyd etdi ki, vəsaitlərin hazırlanması 2021-ci ilədək mərhələli şəkildə yerinə yetiriləcək. M.Nağısoylunun sözlərinə görə, bu vəsait Azərbaycan dilini öyrənmək istəyən əcnəbilərin maraqlarını tam olaraq təmin edəcək. “Artıq bu vəsaitin birinci hissəsi hazırlanıb, lakin biz hələ onun təqdimatını keçirməmişik. İkinci hissəsi də hazırlanacaq. Bu olduqca əhəmiyyətli bir vəsaitdir. Bizim institutun müvafiq şöbəsinin müdiri Mayıl Əsgərov tərəfindən hazırlanıb. Vəsaitin internetdə yerləşdirilməsi də nəzərdə tutulub ki, əcnəbilər internet vasitəsilə də bu vəsaitdən yararlansınlar. Biz onu o şəkildə yerləşdirməliyik ki, əcnəbilər ondan istifadə edə bilsinlər” - deyə M.Nağısoylu bildirdi.

  • Mayıl Əsgərov: “Bu tədris vəsaiti imkan verəcək ki, əcnəbilər Azərbaycan dilini sərbəst şəkildə öyrənsinlər”

Vəsaitin müəllifi, AMEA-nın Dilçilik İnstitutunun sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, dosent Mayıl Əsgərov bizimlə söhbətində bildirdi ki, vəsaitin hazırlanması tamamilə yeni qaydalara uyğundur. “Bu vəsaitin birinci hissəsi hazırdır. Hələlik rus və ingilis dillərindədir. Bu tədris vəsaiti imkan verəcək ki, əcnəbilər Azərbaycan dilini sərbəst şəkildə öyrənsinlər. Bu vəsait Sovet dövründə çap olunan vəsaitdən tamamilə fərqlənir. Vəsaitdə hər şəkilçi, hər ədat fərqli rənglərdə işarələnib. Fikirləşirik ki, bu vəsaiti internetdə də yerləşdirək, canlı şəkildə, diktor səsilə təqdim edək ki, əcnəbilər Azərbaycan dilini daha rahat şəkildə öyrənsinlər” - deyə müəllif qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

04.07.2026 / 14:48
Rəqəmsal İnkişaf Şurası bunu da edəcək - vətəndaşlara proaktiv xidmətlərin payı 50 faizə çatacaq...

04.07.2026 / 14:30
Naxçıvana Avropadan 2 milyard avro yardımın anonsu gəldi - “oxunan Quran olsa”...

04.07.2026 / 14:14
Vaşinqtonda müstəqillik paradı təxirə salındı - istilər üzündən…

04.07.2026 / 14:03
Bazar günü temperatur 36 dərəcəyə yüksələcək...

04.07.2026 / 13:50
İmişlidə zəlzələ oldu

04.07.2026 / 13:36
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi

04.07.2026 / 13:10
MN hərbi qulluqçuların təhlükəsizliyi ilə bağlı vətəndaşlara çağırış etdi...

04.07.2026 / 12:13
Pezeşkian Paşinyana nə demək istədi?..

04.07.2026 / 11:30
Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olundu

04.07.2026 / 11:08
Polis cinayətdə şübhəli bilinən 19 nəfəri saxladı

04.07.2026 / 10:53
Yasamalda evdə partlayış - 16 yaşlı yeniyetmə həlak olub

04.07.2026 / 10:31
"Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur" - Prezident

04.07.2026 / 10:29
Prezident İlham Əliyev Trampı təbrik etdi

04.07.2026 / 10:28
Latviya prezidentindən NATO-ya Rusiya xəbərdarlığı - “…qarşıdurmaya hazır olun”

04.07.2026 / 09:33
Xameneinin dəfn mərasimi ilə əlaqədar ABŞ-İran danışıqlarına birhəftəlik fasilə verildi

04.07.2026 / 09:09
DŞ-2026 - 1/8 final mərhələsinin cütlükləri və oyun cədvəli

03.07.2026 / 22:55
Hikmət Hacıyev ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik etdi

03.07.2026 / 22:42
Ukraynadan Rusiyaya ağır zərbə - Krımda çox sayda qırıcı məhv edildi...

03.07.2026 / 22:15
Novorossiysk benzinsiz qalıb…

03.07.2026 / 20:17
İran prezidenti Xamenei üçün göz yaşı töküb…

03.07.2026 / 20:08
Rusiya Paşinyanın adını "İnnoprom"a dəvət olunmuş natiqlər siyahısından sildi...

03.07.2026 / 19:40
Rusiyada yanacaq böhranı qonşu ölkələri də vurdu - Qırğızıstan Azərbaycandan kömək istədi...

03.07.2026 / 19:33
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib - FOTO

03.07.2026 / 19:03
Apellyasiya Məhkəməsində ermənilərin vəsatətlərinə baxıldı...

03.07.2026 / 18:35
Uşaqların virtual aləmdə fəaliyyəti özbaşına buraxıla bilməz...

03.07.2026 / 18:18
“Rəqəmsal inkişaf dövlət siyasətinin əsas vektorlarındandır” - Əhliman ƏMİRASLANOV yazır...

03.07.2026 / 18:02
Moskvadan İrəvana növbəti xəbərdarlıq – “Aİ-nin siçan tələsində” pendir pulsuz olmayacaq...

03.07.2026 / 17:47
Türk general Azərbaycan HDQ-də...

03.07.2026 / 17:30
Sabunçuda saxlanan şəxslərdən 19 kq-dan artıq marixuana aşkarlandı

03.07.2026 / 17:26
Vüqar Rəhimzadə: Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir

03.07.2026 / 16:53
Qərb bu dəfə Ermənistanı Rusiyaya yem edəcək...

03.07.2026 / 16:39
Makron niyə ABŞ-ı Ukrayna ilə bağlı "neytrallıqdan" məhrum etdi

03.07.2026 / 16:30
Dünya yanır-Azərbaycan indiki sabitliyini yalnız bu şərt daxilində saxlaya bilər...

03.07.2026 / 16:24
Peskov Avropanın silahlanmasından narahatdır - “Avropa… çoxlu pul xərcləyir”

03.07.2026 / 16:09
"Cənubi Qafqazda sülh Avropanın rifahına töhfə verəcək" - Avrokomissar

03.07.2026 / 15:46
Əliyevə ictimai etimadın araşdırılması maraqlı nəticələr verdi...

03.07.2026 / 15:41
Vətənə və xalqa həsr olunmuş ömür

03.07.2026 / 15:30
Zalujnı Zelenskini əvəzləməyə hazırlaşır: “Prezidentliyə namizəd olacağam”

03.07.2026 / 15:14
Netanyahunun ABŞ yardımından imtinasının arxa planları var...

03.07.2026 / 15:05
Avropa "yaşıl enerji" iddialarından çəkilir, yenidən neft və qaza üz tutur...

03.07.2026 / 15:00
İmtahandan kəsilən müəllimlər üçün iş imkanları araşdırılır...

03.07.2026 / 14:54
Rusiyadan yanacaq tədarükü kəsildi, Qırğızıstan Azərbaycana üz tutdu

03.07.2026 / 14:52
Qondarma genosiddən 1 il əvvəl Türkiyədə doğulmuş erməni qadın 112 yaşında öldü - ucuz təbliğat...

03.07.2026 / 14:26
Etibar Pirverdiyevlə əlaqələndirilən şirkətin sabiq rəhbəri həbs edildi

03.07.2026 / 14:13
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin beşinci təlimi

03.07.2026 / 13:50
Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILDI...

03.07.2026 / 13:37
İsrailin Əraqçi və Qalibafa sui-qəsd planı necə pozuldu? – ABŞ-dan İsrailə qarşı İrana kəşfiyyat dəstəyi... ŞOK İDDİA...

03.07.2026 / 13:18
Birinci Qarabağ müharibəsi şəhidi Rauf Əhmədov Goranboyda dəfn olundu

03.07.2026 / 13:06
Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb - FOTO

03.07.2026 / 12:46
İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edildi

03.07.2026 / 12:10
Azərbaycan vasitəsilə Ermənistana 976 ton buğda göndərildi

03.07.2026 / 11:26
Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

03.07.2026 / 11:06
Səfərbərlik Xidməti 88 nəfərin işini Baş Prokurorluğa göndərdi

03.07.2026 / 10:50
Dövlət torpaqlarını zəbt edib satan 11 nəfər məsuliyyətə cəlb edildi...

03.07.2026 / 10:36
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr çıxarmağa başladı...

03.07.2026 / 10:15
Məhkəmə “Arzum 9999” ləqəbli tiktoker bərəsində hökmə aydınlıq gətirdi

03.07.2026 / 09:59
Rusiyadan NATO ölkəsinə nüvə təhdidi - artıq hədəf siyahımızdasınız...

03.07.2026 / 09:41
Yenilənmiş 100 manatlıqlar gəlir - iyulun 15-də...

03.07.2026 / 09:30
Bakıda ölümlə nəticələnən qəza - "Prius” dəmir məhəccərə çırpıldı...

03.07.2026 / 09:06
Netanyahu açılış mərasimində həyat yoldaşından irad “yedi” - “Sənin üzündən…”

03.07.2026 / 06:34
Rusiya İsveçə nota verdi

03.07.2026 / 06:00
İsrail İranla təkbaşına savaşmağa hazırdır - ölkənin müdafiə naziri belə deyir…

03.07.2026 / 05:58
Belarus vətəndaşlarını Rusiya səfərindən çəkinməyə çağırdı

03.07.2026 / 04:40
İranda Xamenei ilə vida mərasimi başlayır

02.07.2026 / 23:12
Sovet tarixşünaslığının səhvləri: Qızıl ordu, yoxsa qırmızı ordu?

02.07.2026 / 22:34
Zəngəzur dəhlizi üçün Rusiyadan yeni şərt - tranzit qaydaları Aİİ reqlamenti əsasında...

02.07.2026 / 22:08
Ursula xanımın Bakı səfərindən xalqın əsas gözləntisi - “fəal dialoq Avropanın qərəzinin kökünü kəsməlidir”...

02.07.2026 / 21:48
“Türkiyənin aparıcı partiyası” yazısı CHP-də niyə yoxa çıxdı?..

02.07.2026 / 21:40
Xoşbulaq yaylağında naməlum siklopik qalanın struktur və memarlıq xüsusiyyətlərinin təhlili - Rizvan Qarabağlı yazır...

02.07.2026 / 20:28
Avropadan böyük etiraf - Qafqaza sülh Əliyevin şəxsi liderliyi ilə gəldi...

02.07.2026 / 20:10
Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

02.07.2026 / 19:47
Avropa Qafqazda ticarətin 70 faizini Azərbaycanla edir - Əliyev hansı perspektivə işarə etdi...

02.07.2026 / 19:30
Bakıda Türk Dünyası Milli Kitabxanaları Birliyinin və Birinci Türkoloji Qurultayla bağlı nəşrlərin təqdimatı keçirilib

02.07.2026 / 19:17
“Türk Dünyası Həftəsi” çərçivəsində Qarabağ Universitetində konfrans keçirilib

02.07.2026 / 18:51
Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ

02.07.2026 / 18:30
Tramp Ankara zirvəsi öncəsi NATO ölkələrini hədəf aldı, dərhal da Berlindən cavab gəldi - itaət etməyəcəyik...

02.07.2026 / 18:17
Paşinyan Türkiyə və Azərbaycanla enerji əməkdaşlığının vacibliyindən danışdı

02.07.2026 / 18:07
Nazir Prezident İlham Əliyevi əmin etdi: "...öz andına həmişə…" - FOTO/VİDEO

02.07.2026 / 18:05
Kapitalist Amerikanın sosializmə keçidi başlandı - sosialistlər hücumda...

02.07.2026 / 18:02
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

02.07.2026 / 17:56
Azərbaycan HHQ komandanı Türkiyədə "Anadolu Qartalı - 2026" təlimində... - FOTO

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ