Bakıda baş vermiş yanğın nəticəsində 3 Şri-Lanka vətəndaşı həlak olub. Mətbuat yazır ki, qızlar Western Caspian Universitetinin tələbələri olub. Qızların 23-25 yaşı olub.
Fövqəladə Hallar Nazirliyindən “İnterfaks-Azərbaycan”a bildiriblər ki, ötən gecə paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsində bir otaqlı mənzildə yanğın baş verib. “Qızlar tüstüdən zəhərlənərək ölüblər. Onlarin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Hazırda yanğın ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”, - FHN-dən vurğulanır.