Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mikrorayondakı 20 Yanvar küçəsi, Mir Cəlal küçəsi, Cavadxan küçəsi ərazilərində yaşayan sakinlərin rayon İH tərəfindən təşkil olunmuş səyyar qəbulunda müraciətlərini dinləyib.
Nəsimi RİH-dən baki-xeber.com-a bildirildiyinə görə, qəbulda sakinlərdən Nağıyeva Minayə, Şükürov Əhməd, Talıbova Natiqə, Dadaşov Orxan, Həsənova Şərafət və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən MTK-ya məxsus binanın zirzəmi sahəsindəki kanalizasiya xəttinin və liftin təmiri, damlardakı su çənlərinin və həyətdəki qanunsuz çəpərlərin yığışdırılması, yolun təmiri, həyətlərin işıqlandırılması və abadlaşdırılması barədə müraciətlər edib, təkliflər irəli sürüblər. Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib. Qəbul zamanı sakinlər, müraciətlərilə yanaşı, Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını bildirib, görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Baki-xeber.com