Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə KİV-lər məlumat yayıb.
Onların saxlanılmasının səbəbi açıqlanmır.
Nizaməddin Quliyev 2019-cu il aprelin 5-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu.