Dekabrın 18-də ədliyyə nazirinin müavini Toğrul Musayev Qəbələ Mədəniyyət Mərkəzində vətəndaş qəbulu keçirib.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən “Bakı-Xəbər”ə bildirildiyinə görə, qəbul zamanı vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılaraq, qaldırılan məsələlərlə bağlı nazirliyin qəbulda iştirak edən məsul işçilərinə və aidiyyəti qurumlarına tapşırıqlar verilib.
Səfər çərçivəsində, həmçinin, Qəbələ “ASAN” xidmət mərkəzində ədliyyə qurumlarının fəaliyyəti və iş şəraiti ilə tanış olunub, vətəndaşlara daim qayğılı münasibət göstərilməsi, məmnunluğun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması vurğulanıb.