Bazar günü günü, 27 sentyabr 2026
     

Azərbaycan otellərində bir Yeni il gecəsinin qiyməti – Dubayı, Türkiyəni az qala 3-5 dəfə üstələyir

Image


2020-ci ilin gəlməsinə sayılı günlər qalıb. Artıq şəhərdə, mağazalarda Yeni il ab-havası hiss edilməyə başlayıb. Eyni zamanda, şou-biznes nümayəndələrinin də bayram gecəsi hansı restoranda, oteldə çıxış edəcəyi bəlli olub.

Ölkədə fəaliyyət göstərən dəbdəbəli otellər arasında araşdırma apardıq. Araşdırma nəticəsində məlum oldu ki, bayramqabağı otellərin qiyməti birə-beş artıb. Hər il olduğu kimi, yenə də turizm sektorunda qiymətlər  Yeni il ərəfəsində “od tutub yanır”. Həm paytaxtda, həm də turistik bölgələrimizdəki istirahət mərkəzləri, otellər qiymətləri fantastik həddə qaldırıblar.

Yeni ilə 1 ay qalmış, bölgələrdəki lüks otellərdə qiymətlər bahalaşıb. Baxmayaraq ki, ildən-ilə otellərin sayı da artır, lakin qiymətlər də hər il, demək olar ki, 10 faiz qalxır. Hazırda ölkəmizdə təklif olunan qiymətlər Türkiyə, Dubay, hətta Avropadakı tariflərdən belə yüksəkdir. Müqayisəli mənzərəni sizə təqdim edirik.

Şəkidə yerləşən beşulduzlu "Marxal Resort & SPA"da qiymətlər ürəkaçan deyil. 3 gün 2 gecə burada standart otaqda qalmaq 1 nəfər üçün 1610, 2 nəfər üçün isə 2035 manatdır.

"Şamaxı palace"da qiymətlər Şəkidən geri qalmır. Burada dekabrın 31-dən yanvarın 2-nə kimi qalmaq 1280 manatdır. Qiymətə qidalanma daxildir.

"Lankaran Springs Resort" dekabrın 31-dən yanvarın 2-nə kimi istirahət paketi təqdim edir. Qiymət səhər yeməyi daxil 830 manatdır. Eyvanlı otağın dəyəri isə 990 manat təşkil edir.

“Qax El Resort” - 850 (2 nəfər), “Qalaaltı” - 1050-3500 (2 nəfər), “Quba Palace” - 1669 (2 nəfər), “Şahdağ Hotel & SPA” - 1139 (2 nəfər), “Park Chalet” - 1529 (2 nəfər), “Pik Palace” - 1799 (2 nəfər) manatdır.

Demək olar ki, bütün otellərin paketlərinə gün ərzində 3 dəfə açıq bufet qidalanma, Yeni il axşamı açıq bufet menyusu (spirtli və spirtsiz içkilər), uşaqlar üçün xüsusi əyləncəli proqramlar (şaxta baba və qar qız), maraqlı oyunlar, 31 dekabr və 1 yanvar canlı musiqi və Yeni il günü müxtəlif müğənnilərin iştirakı ilə əyləncə proqramlarının təşkili, atəşfəşanlıq, DJ/diskoteka və s. daxildir.

Paytaxt Bakıdakı bəzi otellər isə Yeni il gecəsi şənliyi ilə bağlı qiymətlərini açıqlayıblar. Belə ki, "JW Marriott Abşeron Hotel"də yeni il gecəsi yeməyi sizə adambaşı 220 AZN-ə başa gələcək. "Four Seasons Hotel"də isə bu qiymət 250 AZN-dir. Bu otel limitsiz spirtli içki istəyənlərdən isə 500 AZN tələb edəcək.

Yeni ili xaricdə qarşılamaq istəyənlər üçün də qiymətləri araşdıranda maraqlı mənzərə ilə qarşılaşdıq. Dekabrın son gecəsini və Yeni ilin ilk gününü Avropada - Fransa, Belçika və Niderland kimi ölkələrdə keçirmək istəyənlər büdcələrindən 1000-2000 dollar (1700-3400 AZN) ayırmalı olacaqlar.

Türkiyənin məşhur şəhərlərindəki otellərin qiymətləri 500 dollardan (850 AZN) başlayır. 700 dollardan (1200 AZN) başlayan qiymətlərlə isə Yeni ili Dubayda qarşılamaq mümkündür.

Paytaxtda və bölgələrdə fəaliyyət göstərən otellər daha çox qazanc əldə etmək üçün xarici ölkələrlə müqayisədə qiyməti bir neçə dəfə qaldırıblar. Təbii ki, bu hal turizmin inkişafına mənfi təsir göstərir. Ekspertlər hesab edirlər ki, otellərin qiyməti qonşu ölkələrlə müqayisədə daha ucuz olarsa, o zaman ölkəyə gələn turistlərin sayı daha çox olar.

  • Elgün Babayev: “…əsas səbəb bölgələrdə ekonom otellərin sayının az olması…”

Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, bölgələrdə fəaliyyət göstərən otellərin çox az hissəsi gündə 3 dəfə qidalanma təklif edir. Göstərilən qiymətlərə isə yalnız səhər yeməyi daxildir. Halbuki, 1000 manatdan başlayan qiymətlərlə qarşılama, yola salma və 3 dəfə qidalanma da daxil olmaqla, 5 gün ərzində Yeni ili Türkiyədə keçirmək mümkündür: “Qiymətlərin baha olmasına əsas səbəb bölgələrdə ekonom otellərin sayının az olması və hər dəfə bayram ərəfəsində ölkəyə daha çox turistin gəlməsidir. Qiymətlərin bahalılığına baxmayaraq, hazırda bölgələrdə əksər oteldə yerlərin çoxu satılıb”.

  • Müzəffər Ağakərimov : “Bahalığın əsas səbəbi isə rəqabətin düzgün aparılmamasıdır”

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, əslində, bu, tələbatın çox olması deyil, Yeni ili keçirmək üçün otellərin və nömrələrin sayının az olmasından doğur: “Orada fərqli büdcələrə malik olan otellər inşa olunsaydı, tələbat tam ödənilərdi. Çünki imkanı olmayanlar heç müraciət də etmirlər. Səbəb isə qiymətlərin baha olmasıdır. Bahalığın əsas səbəbi isə rəqabətin düzgün aparılmamasıdır. Otellərin sayı çox olarsa, qiymətlər avtomatik düşər. Ootellərin sayının çox olması üçün isə sahibkarlar üçün güzəştli şərtlər ortaya qoyulmalıdır. Əgər sahibkarlara güzəştli şərtlərlə otel inşa etməyə şərait yaradılarsa, həmin otellər tez zamanda tikilər. Çünki sahibkarlar üçün indi yaşayış evi tikmək daha sərfəlidir, çünki pulunu öncədən alırlar. Bunun üçün də sahibkarları otel tikməyə, həm də aşağı büdcəli otellər tikməyə təşviq etmək lazımdır. Hazırkı qiymətlər reallığa uyğun deyil. Çünki həmin yerlərdə göstərilən xidmət ödənilən qiymətə müvafiq deyil. Yüksək səviyyəli xidmət göstərilməlidir ki, müştəri ödədiyi pula uyğun xidmət alsın və etiraz etməsin. Qiymət yüksək, xidmət isə aşağı səviyyədədirsə, o zaman bu, hər bir müştəridə narazılıq doğurur. Bu məsələ çox önəmlidir”.

  • “Fly” turizm agentliyinin rəhbəri Mamed Əliyev: “Ölkə daxilində otel və istirahət mərkəzlərində qiymətlərin baha olması səbəbindən vətəndaşlarımız daha çox xaricdə Yeni il şənliyini keçirməyə üstünlük verirlər”

“Fly” turizm agentliyinin rəhbəri Mamed Əliyev isə qeyd etdi ki, ölkə daxilində otel və istirahət mərkəzlərində qiymətlərin baha olması səbəbindən vətəndaşlarımız daha çox xaricdə Yeni il şənliyini keçirməyə üstünlük verirlər: “Hazırda Yeni il şənliyi üçün ən populyar istiqamət Dubay və İstanbuldur. Dubayda 2 nəfər üçün 31 dekabr da daxil olmaqla, 4 gecəlik istirahət 1000 dollara başa gəlir. Azərbaycanın bölgələrində isə bundan daha bahadır. Bu qiymətə ancaq səhər yeməyi və qalan bütün şərtlər, geniş-dönüş bileti də daxildir. İstanbula da Azərbaycandan turpaket var, iki nəfərin 4 gecə 5 günlük səfəri 900 dollara başa gəlir. Yemək menyusuna, sadəcə, səhər yeməyi daxildir”.  

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ