23/11/2019 01:10
728 x 90

Gömrük Komitəsi "Samur" gömrük postunda yaranmış sıxlığa aydınlıq gətirdi

Nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin müntəzəmliyi bərpa olundu

img

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhədində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığının

 aradan qaldırılması məqsədilə  Dövlət Gömrük Komitəsinin rəhbərliyi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyi ilə danışıqlar aparıb.  Danışıqların nəticəsi olaraq Federal Gömrük Xidmətinin həyata keçirdiyi tədbirlər çərçivəsində yük nəqliyyat vastələrinin sərhədkeçmə prosesinin müntəzəmliyi bərpa olunub. 

Xəbərə görə, ilk növbədə kənd təsərrüfatı və tez xarab olan məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi təmin edilir.

Xatırladaq ki, problemin yaranmasına səbəb Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsində inşaat işlərinin aparılması, mövsümlə əlaqədar yükdaşımaların həcminin artması, hava şəraiti ilə bağlı Gürcüstanla Rusiya arasındakı gömrük-keçid məntəqəsindən yük nəqliyyat vasitələrinin buraxılmaması və bu marşrutdan istifadə edən nəqliyyat vasitələrinin alternativ yol kimi Azərbaycan ərazisindən istifadə etməsi idi.

Baki-xeber.com

Son xəbərlər