Cümə günü, 13 noyabr 2026
     

Jurnalistlər Əlincə qaladan ayrılmaq istəmirdilər… - FOTO

Image


Əsrlərin şahidi olan Əlincə qala illər idi ki, necə deyərlər, gözdən uzaq, könüldən iraq qalmışdı. Muxtar respublikada bərpa olunan digər tarixi abidələr kimi Əlincəyə də ikinci həyat verildi, tarixi araşdırıldı. Bir sözlə, Əlincə qala layiq olduğu əzəmətinə, möhtəşəm tarixinə qovuşdu. Bu gün artıq Haçadağ kimi, Əshabi-Kəhf kimi Əlincə qala da Naxçıvanın rəmzinə çevrilib.

Əlincəqalanın tarixinin elmi əsaslarla yenidən yazılması və geniş şəkildə təbliği ona dünya əhəmiyyətli abidələr siyahısına daxil etmə haqqını qazandırmaqla yanaşı, həm də dünyaca məşhur etdi. Naxçıvana gələn çox az sayda turist tapılar ki, Əlincə qalanın əzəmətindən özünü məhrum etmiş olsun. O cümlədən də, Əlincə qala Naxçıvana gələn media nümayəndələrinin həmişə diqqət mərkəzində olub. Bu dəfə də Əlincə qala qapılarını Bakı, Kanada və Türkiyədən gələn media nümayəndələrinin üzünə açdı.

Əlincə qalanı Azərbaycanın Maçi-Piçusu adlandıran kanadalı xanım Karen Edge abidəyə heyranlığını belə ifadə etdi: “Mən səyahət etməyi çox sevirəm. Əvvəl nəinki Naxçıvanda, ümumiyyətlə, Azərbaycanda olmamışam. Burada əyləncəli vaxt keçirdik. Əlincə qalası bizi xüsusilə heyrətləndirdi. Bu abidə qeyri-adi bir mədəniyyət nümunəsidir. Bu gözəl diyarda gözəlliklərlə tanış olmaq bizi heyrətləndirdi. Naxçıvanla bağlı danışacağımız çoxlu xatirələrimiz oldu”.

“Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş Əlincə qalanın əzəmətinə məftun olduğunu bildirdi: “Qala məni xüsusilə heyrətləndirdi. Qalanın elmi əsaslarla, təbiiliyi qorunaraq bərpa edilməsi diqqətimi çəkdi. Zirvədə insan özünü daha fərqli hiss edir. Bu hündürlükdən Naxçıvanın gözəl mənzərəsi açılır. İki gün Naxçıvanda bir çox yeri gəzdik. Artıq 1990-cı illərin Naxçıvanı yoxdur. Naxçıvanda gördüyüm dəyişikliklər, inanın, məni heyrətləndirdi. Naxçıvanın ən ucqar yerinə belə dövlətin bütün imkanları səfərbər edilmiş. İstər məktəbləri, istər yolları, istərsə də digər sahələrdəki inkişaf əhalinin rifahına hesablanıb. Əshabi-Kəhfdə sonuncu dəfə 1992-ci ildə olmuşdum. O zamanlar heç bir şey yox idi. Amma bu səfər gördüyümdə gözlərim qarşısında yeni mənzərə açıldı. Ziyarətə gələnlər üçün lazımi şərait yaradılıb. Naxçıvanda görmüş olduğum dəyişikliklər arasında məni ən çox valeh edən şəhərin təmizliyi oldu. Naxçıvanda heç zibil yox, küçədə yol kənarlarında plastik maddə yox. Küçələrin təmizliyinə nəzarət olunur. Məncə, Naxçıvan bu baxımdan Dünya Ətraf Mühitin Qorunması təşkilatının mükafatına layiq görülməlidir. Mən çox şəhərlərdə olmuşam. Elə yerlər var ki, gördüyün natəmizlikdən dolayı ikinci dəfə ora getmək istəməzsən. Batabatda olarkən siqaret kötüyünü atmaq üçün təmizlik qutusu axtardım. Çünki hər yer o qədər təmiz ki, zibilləmək günah olardı. Yəni bunun adı gerçəkdən mədəniyyət. Təhsil səviyyəsi yüksəlmiş, insanlar çox sürətlə dünyaya inteqrasiya etmişlər. Diqqətimi çəkən digər məsələ yol hərəkəti qaydalarına həm sürücülərin, həm piyadaların riayət etməsi oldu. Avropada bu məsələ necə tənzimlənibsə, Naxçıvanda da eynidir. Mənim yaşadığım şəhərdə nəqliyyat bu qədər nizamlı deyil. Sanıram ki, bu cəza qorxusu deyil,  bu bir mədəniyyətdir. Ölkəniz əmin əllərdədir,  müşahidə etdiklərim onu deməyə əsas verdi  ki,  xalq bu inkişafın qiymətini bilir”. 

  • Dünya Əlincə qalanı tanımalıdır...

“Əlincə qala kimi dünya əhəmiyyətli əzəmətli abidəni  bütün dünya görməlidir”,- deyən Femida.az xəbər saytının redaktoru, Azərbaycan Televiziyasının kinoproqramlar və dublyaj redaksiyasının redaktoru Günay Arda  Naxçıvanı dünya turizmi üçün hələ tam kəşf olunmayan bir yer adlandırdı: “Necə ki, Naxçıvan Azərbaycanın alınmaz qalasıdır, Əlincə də eləcə Naxçıvanın üzük qaşıdır. Bu pilləkənlərin sayının çoxluğu o deməkdir ki, Naxçıvanı pillə-pillə öyrənmək lazımdır. Hazırda Naxçıvan inkişafının elə bir dövrünü yaşayır ki, infrastrukturunun ən pik nöqtəsindədir. Nizaminin əsərlərindəki utopik cəmiyyət necə təsvir olunubsa, mən Naxçıvanda onu gördüm. Naxçıvanda hər şey o qədər yerli-yerində, qaydasındadır ki, düşünürəm artıq söz deməyə ehtiyac yoxdur. Şəhərləşmə mədəniyyətinin ən ideal formasını Naxçıvan hazırda özündə yaşadır. Naxçıvan strateji bir nöqtədə yerləşir, həmişə təhlükə ilə üzbəüz qalıb. Adət-ənənələrimizi yaşatmaq, Naxçıvanın müstəqilliyini qorumaq elə də asan bir şey deyil. Bunların hamısı naxçıvanlıların, Naxçıvan rəhbərliyinin səyi nəticəsində başa gəlib. Mənim üçün ideal cəmiyyət, hər şeyin qayda-qanunla idarə olunduğu cəmiyyət məhz Naxçıvandadır.

Naxçıvanda tariximiz, adət-ənənələrimiz olduğu kimi saxlanırsa, o saflıq olduğu kimi qoruna bilirsə, bu bizim üçün xəzinədir. Mən çox ümid edirəm ki, çox yaxın vaxtlarda Naxçıvan dünya turizmi üçün ən başlıca yerlərdən biri olacaq.

Düşünün ki, Quranda adı keçmiş, analogiyası müxtəlif ölkələrdə olan Əshabi-Kəhf artıq neçə illərdir, insanların inanc qapısıdır. Bunun tarixini, etimologiyasını bilməyən bir insan üçün ora sadəcə daşlardan, qayalardan ibarət ola bilər. Amma biz bilirik ki, necə müqəddəs, toxunulmaz bir yer kimi insanlar əsrlərlə, illərlə onu qoruyub saxlayıblar.  Deməli, bunun bir mistikası, bir dəyəri var. Bura Şərq ölkələri üçün geniş şəkildə tanınmalıdır. Çox istərdim ki, Naxçıvanda adətlərin qorunması, təbii, canlı saxlanması Azərbaycanın digər şəhərlərinə də təsirini göstərsin. Mən bu gün Cəmşid Naxçıvanski muzeyində də oldum. Ora muzey kimi yanaşa bilmirəm. Sanki sərkərdənin ruhu o muzeydədir. Hər şey o qədər təbii halı ilə,  o qədər saf şəkildə ora ötürülüb ki, bunu tək biz yox, dünya görməlidir. Ən böyük arzum budur ki, Naxçıvanı dünya turizm mərkəzi kimi tanısın. Naxçıvan hələ bu mövzuda tam kəşf olunmayıb. Dünya bunu görməlidir. Dünya bu gözəlliyi görməlidir. Necə ki,  Əlincəni biz pillə-pillə qalxırıq,  oradan Naxçıvanı görürüksə, dünya turizmi gəlib pillə-pillə Naxçıvanı tanımalıdır”.

  • İnsanlar burada özünü tapır...

“Siyasal Birikim” qəzetinin İctimaiyyətlə əlaqələr və reklam meneceri, “Balkan Birikim” qəzetinin reklam müdiri Aytən Alkaşı: “Mən Naxçıvanı heç görməmişdim. İlk dəfə görürəm. Naxçıvandan çox təsirləndim. Şəhərin təmizliyi, yol hərəkəti qaydaları diqqətimi çəkdi. İnsanlar qaydalara əməl edir. Soruşdum ki, bu şəhər niyə bu qədər təmizdir? Dedilər ki, insanlar özləri də bəzən şəhərin təmizliyində iştirak edirlər. Muzeyləri gəzdik, Möminə xatın türbəsində oldum. Qadına verilən dəyəri gördüm. Əshabi-Kəhfə getdik. Eyni adlı yer Türkiyədə də var. Fəqət, buradakı daha dəyişik və təsirlidir. Duzdağına getdik. İnsanlara şəfa verən bir ocaq olduğunu eşitmişdim. Gözlərimlə şahidi oldum.  

Əlincə qalası isə o qədər gözəl və əzəmətli ki, pilləkənləri çıxıb o gözəlliyi və əzəməti görməyin hər kəsə nəsib olmasını istəyirəm. Turistlər gəlsin-görsün. Nə qədər şahanə bir yer olduğunu görəcəklər. İnsan burada özünü özəl hiss edir, qürur duyur”.

Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının baş redaktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ