Prezident İlham Əliyevin vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdığı məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanır.
Rayon İH-dən baki-xeber.com-a bildirildiyinə görə, rayonda 2019-cu ilin oktyabr ayı ərzində RİH Başçısı tərəfindən 4 səyyar qəbul keçirilib, 600 nəfərdən çox sakinin iştirak etdiyi qəbullarda 27 müraciət dinlənib. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilməklə yanaşı, qaldırılan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri və s. məsələlərlə bağlı olub.
Səyyar qəbullarda iştirak edən sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.