21/11/2019 00:25
728 x 90

Şəmkirdə uşaqların məişət zorakılıqlarından qorunmasına dair maarifçi tədbir keçirildi - FOTO

img

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqları və gəncləri məişət zorakılığından qorumaq üçün cəmiyyətin maarifləndirilməsi” adlı 4 aylıq layihənin yekun tədbiri 22 oktyabr tarixində Şəmkir rayonunda Gənclər Mərkəzində keçirildi.

Təşkilatın sədri Lamiyə İsazadə çıxışında məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğundan danışdı. O qeyd etdi  ki, ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. QHT sədri onu da qeyd etdi ki, uşaqlıqda psixoloji, fiziki zorakılığa məruz qalan uşaqlar böyüyəndə bunu özləri də bilmədən şüuraltı öz qurduğu ailədə tətbiq edirlər. Uşaqlara qarşı zorakılıq onların özügüvənini sarsıdır, gələcək həyatında böyük problemlərə səbəb olur.
Tədbirdə çıxış edən Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyinin sədri Fuad Bədəlov, Kəlbəcər rayon 74 saylı ümumi orta məktəbin direktoru Elməddin Əsədov, Şəmkir Gənclər Mərkəzinin direktoru Kənan İbrahimov da çıxış edərək, məişət zorakılığının fəsadları haqqında tədbir iştirakçılarını geniş maarifləndirdilər. Tədbirdə, həmçinin, təhsil işçiləri də çıxış edərək bu mövzu haqqında geniş müzakirələr apardılar.

Son xəbərlər