Cümə günü, 13 noyabr 2026
     

Ölkədə qənd istehsalçılarının insanlara “kimya” yedizdirməsi təhlükəsindən necə qorunmalı...

Image


Azərbaycanda istehsal edilən bir sıra qida məhsullarının tərkibinə kimyəvi maddələr vurulması dəfələrlə gündəmə gətirilib. Son zamanlar gündəlik qida rasionumuzda əsas yer tutan qənd məhsulunun da tərkibində müəyyən kimyəvi maddələr aşkarlandığı barədə məlumatlar yayılır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qənd istehsal edilən sexlərdə apardığı monitorinq zamanı qənd məhsulunun tərkibində kimyəvi maddə aşkarlandığını qeyd edib.   AQTA və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərin davam etdirildiyi qeyd edilir. 

AQTA və Baş Prokurorluğun mətbuat xidmətlərindən mətbuata verilən birgə məlumata görə, bir sıra qənnadı məmulatlarının istehsalı müəssisələrində kəllə qənd istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edildiyi barədə daxil olmuş məlumatlar əsasında İran İslam Respublikasının vətəndaşı Tayef Davoud Müseyib oğluna məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 53 ünvanında yerləşən anbara baxış keçirilərkən tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən 79 kq toz halında ağardıcı kimyəvi maddə aşkar olunub.

Rəsmi məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, həmin maddə D.Tayef tərəfindən uzun müddət ərzində İrandan ölkəmizə gətirilərək müxtəlif qənd istehsalı sexlərinə satılmaqdadır.

Həyata keçirilən monitorinqlər zamanı müəyyən edilib ki, bir sıra qənd istehsalı sexlərində istifadə olunan maddənin xarici görünüşü tozşəkilli, kəskin, spesifik iyli, tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən və insan orqanizmi üçün təhlükəli olan natrium ditionit (Na2S2O4) maddəsidir. 

Qeyd olunan maddənin əsasən tekstil sənayesində və kağız istehsalı müəssisələrində ağardıcı kimi istifadə olunduğu müəyyən edilib.

Əldə olunmuş məlumatlar əsasında dərhal AQTA-nın Bakı və Sumqayıt regional bölmələrinin əməkdaşları tərəfindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə birgə müvafiq məhkəmə qərarları əsasında müxtəlif ünvanlarda baxışlar keçirilib.

Baxış zamanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 7, Badamdar küçəsi 21 saylı ünvanlarda yerləşən fiziki şəxs Nadirov Teyyub Yaqub oğluna məxsus qənd istehsalı müəssisəsində, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov 11 saylı ünvanda yerləşən, fiziki şəxs İsmayılova Tərlan İsmayıl qızına məxsus qənd istehsalı müəssisəsində, Abşeron rayonu, Xırdalan-Masazır şossesinin şimal hissəsində yerləşən “Aysu Qida Sənaye LTD” MMC-yə məxsus qənd istehsalı müəssisəsində və Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən, fiziki şəxs Əlizadə Maqsud Əli oğluna məxsus qənd istehsalı müəssisəsində natrium ditionit aşkar edilərək maddi sübut kimi götürülüb.

Eyni zamanda, həmin müəssisələrdə istehsal olunan məhsullardan sınaq nümunələri götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks müayinələr laboratoriyasına təqdim edilib. Sınaq nəticələrinə əsasən, götürülmüş nümunələrin tərkibində insan orqanizmi üçün təhlükəli olan  natrium ditionit aşkar edilib və kükürd dioksidin (SO2) kütlə payının qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunub.

Yuxarıda qeyd olunanlarla bağlı agentliyin müvafiq qərarı ilə fiziki şəxs Nadirov Teyyub Yaqub oğlu tərəfindən istehsal olunmuş və tərkibində natrium ditionit aşkar edilmiş 18 ton 299 kq “Qədim dad” və “Bizim aşçı”, fiziki şəxs İsmayılova Tərlan İsmayıl qızı tərəfindən istehsal olunmuş 17 ton 116 kq “Qidam” əmtəə nişanlı, “Aysu Qida Sənaye LTD” MMC tərəfindən istehsal olunmuş 2 ton 215 kq “Kristal” və “Əmin” əmtəə nişanlı və fiziki şəxs Əlizadə Maqsud Əli oğlu tərəfindən istehsal edilmiş 3 ton 247 kq “İran”, “Sevimli” və “Mədinə” əmtəə nişanlı qənd partiyalarının satış üçün dövriyyəyə çıxarılmasının qarşısı alınıb.

Qeyd olunan qanun pozuntuları ilə bağlı təqsirkar şəxslər barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanıb.

Bundan başqa, agentliyin əməkdaşları tərəfindən digər qənd istehsalı müəssisələrində də yoxlamalar aparılmaqla inzibati və məhdudlaşdırıcı tədbirlər görülüb, bu sahədə bir sıra sağlamlaşdırıcı işlər həyata keçirilərək müəssisələrin fəaliyyətləri ciddi nəzarətə götürülüb. Qeyd edək ki, AQTA və Baş Prokurorluq bir daha bəyan edir ki, qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində bundan sonra da ən sərt tədbirlər görüləcək.

Xatırladaq ki, bir neçə ay əvvəl də kəllə qənd sexlərində həyata keçirilən monitorinq zamanı analoji problem üzə çıxmışdı.

Ölkəmizdə qənd isethsalı ilə məşğul olan bəzi sexlərdə aşkarlanan problemlər digər istehsalçı sexlərdə və şirkətlərdə də ola bilərmi?

  • “Bu maddənin tərkibi kükürdlə zəngindir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda kəllə qənd istehsalı ilə məşğul olan sexlərin əksəriyyətində bu məhsulun hazırlanmasında insan sağlamlığına zərər vuran maddələrdən istifadə edilir. O qeyd etdi ki, Azərbaycanda bəzi istehsal müəssisələrində kəllə qəndin ağardılması prosesində insan sağlamlığı üçün təhlükəli olan “sodium hidrosulfit” maddəsindən istifadə edilir.

E.Hüsenovun sözlərinə görə, istehlakçılara mütəmadi olaraq qəndin ağardılmasında müxtəlif qadağan edilmiş kimyəvi maddələrdən istifadə edildiyi barədə məlumat verirdilər. “Biz ilyarım bundan əvvəl Azərbaycanın əmtəə bazarına qənd istehsal edən 17 sexin istehsal etdiyi qəndləri analiz etdik, laboratoriyada ekspertizasını keçirdik, onların təxminən 90 faizində ağardıcının normadan artıq vurulduğunu və primitiv üsullarla hazırlandığını müəyyən etdik. Ekpertizanın rəyindən məlum oldu ki, şəkər tozundan kəllə qənd istehsal edən kiçik sexlərin əksəriyyəti qəndin ağardılması zamanı insan orqanizmi üçün ciddi fəsad yaradan kimyəvi maddədən istifadə edir. Bəllidir ki, kəllə qənd əldə etmək üçün şəkər tozu qaynadılır. Bu zaman onun rəngi dəyişərək tündləşir. Şəkər tozundan ağ kəllə qənd istehsal etmək üçün texnoloji proses aparılmalıdır. Kəllə qəndi əldə etmək üçün iki yoldan istifadə edilir. Birincisi, mərkəzdənqaçma qüvvəsi ilə “sentrafuqlma” deyilən bir cihazla həyata keçirilir. Bu təbii yolla ağartmadır. Yəni onun sarılığı itir. “Sentrafuqlma” yəni sürətli fırlanma prosesi hesabına qəndin tərkibindən rəngli maddə ayrılır və ağ qənd qalır. Amma bu gün ölkədə fəaliyyət göstərən kiçik qənd sexlərində bu qurğu yoxdur. Bizim akkreditasiya olunmuş laboratoriyada apardığımız ekspertiza zamanı məlum oldu ki, həmin sexlər qəndi ağartmaq üçün, qeyd etdiyim kimi, çox təhlükəli maddədən yararlanırlar. Bu, “sodium hidrosulfit” adlanan maddədir. Bu maddənin tərkibi kükürdlə zəngindir. Ölkədə kəllə qənd istehsal edən sexlərin 80-90 faizində qənd kimyəvi yollarla ağardılır. O vaxt hələ Qida Təhlükəsizliyi Agentliyi yox idi, dövlət qurumları qarşısında məsələ qaldırdıq ki, bu fakt araşdırılsın. Demək olar ki, bu sahədə İqtisadiyyat Nazirliyi heç bir iş görmədi. Bu gün isə Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə toxunub və bu da ölkəmizdə qənd istehsalı ilə məşğul olan sexlərin istehsal etdikləri qəndin tərkibinə kimyəvi maddə vurduğunu rəsmən təsdiqləyir. Hansı müəssisələrdə ki, kəllə qənd hazırlayan avadanlıq - “sentrafuqlma” yoxdur, onlar qəndin ağardılmasında kimyəvi üsullardan istifadə edirlər, bu da qəndi çox təhlükəli maddəyə çevirir” - deyə E.Hüseynov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ