Gömrükçülər külli miqdarda narkotik vasitәnin gömrük nәzarәtindәn gizlәdilmiş
şәkildә ölkә әrazisinә gәtirilmәsinә cәhdin qarşısını alıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı Xəbər”ə verilən xəbərə görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan
məlumat əsasında Astara gömrük postunda İran İslam Respublikasından ölkəmizə
piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatında
yoxlanarkən monitorda şübhəli cizgilər müşahidə olunub. Nəqliyyat vasitələrinin ehtiyat hissələrindən ibarət olan həmin yük saxlanıb və təkrar yoxlanıb.
Yoxlama zamanı sellofan torbada olan karton qutunun içərisində iki ədəd ehtiyat
hissənin hər birinin daxilindəki boşluqda 2 ədəd bağlama aşkar edilib.
Həmin bağlamalarda isə ümumilikdə 2935 qram narkotik vasitə - tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.