21/11/2019 18:07
728 x 90

Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə tədbir keçirilib

img

Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi gününə həsr edilmiş silsilə tədbirlər davam edir.

Həmin tədbirlər çərçivəsində Nəsimi rayonu 1 saylı tam orta məktəbdə Dövlət müstəqilliyi gününə həsr olunmuş bayram tədbiri keçirilib. Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət rəngarəng sərgi təşkil olunmuşdu. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait nəticəsində Azərbaycan xalqı XX əsrdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Müstəqilliyin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və mökəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindəndən uğurla davam etdirilir.

Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Aydın Heydərov müstəqilliyimizin tarixi əhəmiyyətindən danışdı. Tədbir boyu iştirakçılar 1 saylı tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnıları dinləyib, rəqslərə tamaşa edərək, videoçarxları izlədilər.

Son xəbərlər