21/11/2019 17:20
728 x 90

Saxta şprislərin tibbi bazarımızda doğurduğu narahatlıqlar artır

Eyyub Hüseynov: “Saxta şprislər insan sağlamlığı üçün çox təhlükəlidir və vətəndaşlar buna görə çox narahatdırlar”

img

Azərbaycanda standartlara uyğun olmayan, Çin istehsalı saxta şprislərin satışa buraxılması barədə xəbərlər yayılıb. Bu barədə sosial şəbəkə istifadəçikləri saxta şprislərin satışda olması haqqında məlumat paylaşırlar.

Qeyd olunur ki, adıçəkilən şprislərin ucları standartlara uyğun olmadığından istifadə zamanı insanlarda, xüsusən uşaqlarda sinirlərin zədələnməsinə səbəb olur. Bu da müəyyən müddətdən sonra insanlarda sinir xəstəliklərinə yol açır.

  • “Satışda saxta şprislər də satılır, onların iki və üç hissəli olduğu üzə çıxıb, üç hissəli olan şprislər təhlükəlidir”

Məsələ ilə bağlı fikir bildirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, son zamanlar saxta şprislərlə bağlı vətəndaşlardan çoxlu sayda şikayətlər daxil olur: "Vətəndaşlar bizə zəng edərək, apteklərdə Çin istehsalı olan saxta şprislərin olduğunu bildiriblər. Sözügedən şprislər insan sağlamlığı üçün çox təhlükəlidir və vətəndaşlar buna görə çox narahatdırlar. Biz hazırda sözügedən məsələni araşdırmağa çalışırıq”.

Birlik sədri onu da vurğuladı ki, bazarın bütün seqmentlərində saxta mallar var: “Daxili İşlər Nazirliyinin içkilərlə bağlı işini yüksək qiymətləndirirəm. Hər kəs bu işə dəstək olmalıdır ki, proses davam etsin. Eyni zamanda, saxta şprislər də satılır. Onların iki və üç hissəli olduğu üzə çıxıb. Belə ki, üç hissəli olan şprislər təhlükəlidir. Hazırda onların satış şəbəkəsini müəyyənləşdirmək üçün araşdırma aparılır. Dövlət qarşısında bu məsələni qaldıracağıq. Hazırda təhlükəli şprislər bazarın böyük bir hissəsini əhatə edib. Hazırda saxta şprislərin satış yerlərini öyrənməyə çalışılır. Əlimizdə məlumatlar olandan sonra lazımi orqanlara məlumat veriləcək”.

Günel CƏLİLOVA

Son xəbərlər