Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda korrupsiya ilə mübarizədə ictimai nəzarətin payı nə qədərdir...

Image


Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində davamlı olaraq tədbirlər həyata keçirilir. Amma bununla belə, hələ də bu sahədə mövcud olan problemlər var ki, Prezident İlham Əliyevin yanında oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə ölkə başçısı bu məsələyə də toxunub.

Prezident İlham Əliyev çıxışında korrupsiyaya qarşı mübarizədə ictimaiyyətin də fəal olmalı olduğunu deyib: “...Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir. Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyl göstəririk, bu islahatları aparırıq. Ancaq buna baxmayaraq, əlbəttə, bir daha demək istəyirəm ki, istifadə olunmayan kifayət qədər ehtiyatlar var və biz bu ehtiyatları aşkar etməliyik. Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni bu bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da, öz növbəsində, məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə vətəndaş aktivliyi qənaətbəxşdirmi?

  • “Vətəndaş cəmiyyətinin ictimai nəzarəti və şəffaflığı təmin etməsi üçün...”

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısının vurğuladığı bu məsələ cəmiyyətdə çox aktualdır və daim müzakirə predmetidir. R.Zeyni hesab edir ki, ictimaiyyətlə yanaşı, QHT-lər, ictimai təşkilatlar, bütövlükdə isə cəmiyyət korrupsiya və rüşvətxorluqla mübarizədə dövlətə dəstək verməlidir. Dəfələrlə rəhbərlik etdiyi forumun xətti ilə keçirilən tədbirlərdə dövlət və cəmiyyət üçün zərərli olan korrupsiya və rüşvətxorluqla bağlı tənqidi fikirlər səsləndirdiyini deyən R.Zeyninin sözlərinə görə, cəmiyyətin bu problemdən xilas olması üçün həm Azərbaycan xalqı, həm də qeyri-hökumət təşkilatları ölkə başçısının və dövlətin yanındadır. “Mən özüm dəfələrlə çıxışlarımda bildirmişəm ki, ölkə başçısının apardığı islahatlara, təəssüflər olsun, bu gün onun komandasında olan məmurlar tərəfindən sobataj hallarına yol verilir. Cənab Prezident də bunu öz çıxışında qeyd etdi. Çünki bu çox önəmli məsələdir. Biz bunu deyəndə bəziləri bu fikirləri qeyri-hökumət təşkilatlarının fikri, mövqeyi kimi qəbul edirdilər ki, bu qərəzlidir. Amma ölkə başçısı öz çıxışında bildirdi ki, bu gün hökumətdə təmsil olunan bəzi qüvvələr hətta Prezident tərəfindən aparılan çoxşaxəli və vacib islahatları da sobataj etməkdən çəkinmirlər. Bu çox ciddi məsələdir və dövlətimizin müstəqilliyinə, təhlükəsizliyinə çox böyük bir təhlükədir. Biz qeyri-hökumət təşklatları olaraq ölkə başçısının apardığı islahatları dəstəkləyirik və Prezidentin yanındayıq. İnanırıq ki, bu islahatlar nəticəsində Azərbaycan daha da inkişaf edəcək və bu islahatlar ölkəmizi işıqlı gələcəyə aparacaq, torpaqlarımızın da işğaldan azad edilməsinə çox böyük təkan olacaq. Bu baxımdan da daim şəffaflığın və ictimai nəzarətin aktual olduğunu cəmiyyətin diqqətinə çatdırmışıq, cəmiyyəti bu mənfi halla mübarizədə aktivlik göstərməyə çağırmışıq. Biz mütəmadi olaraq korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmışıq, səsimizi cəmiyyətə çatdırmışıq və ictimaiyyəti də bu sahədə maarifləndirmişik. Korrupsiya və rüşvətxorluq halları ilə mübarizədə cəmiyyət, ictimaiyyət də aktivlik göstərir. Qeyri-şəffaflıq, korrupsiya kimi mənfi hallar nə qədər vurğulanmayacaq və diqqətdən kənar qalacaqsa, bir o qədər də cəmiyyətdə bu hallar tüğyan edəcək, bu da bizim dövlətimizə zərbə vuracaq. Dəfələrlə bu fikri vurğulamışıq. Ulu öndər də vaxtilə deyirdi ki, rüşvətxorluq cəmiyyət, dövlət üçün çox böyük təhlükədir. Ona görə də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə vətəndaş aktivliyi daha da artmalıdır və qeyri-hökumət təşkilatları olaraq davamlı şəkildə bu istiqamətdə ictimaiyyət arasında maarifçilik işləri həyata keçiririk.

Cəmiyyət korrupsiya və rüşvətxorluq məsələsində çox həssasdır. İctimaiyyət bu kimi hallara qarşı öz aktivliyini və həssaslığını ifadə edib. Hesab edirəm ki, ictimaiyyət rüşvətxorluq və korrupsiya ilə mübarizədə dövlətin yanındadır. Bəzi tədbirlərdə biz korrupsiya və rüşvətxorluqla bağlı mübarizə haqqında danışarkən burada ictimaiyyətin də tələblərini eşidirik. İctimaiyyət bizdən korrupsiya və rüşvətxorluq, dövlətimizin, cəmiyyətimizin inkişafına zərbə vuran bu kimi neqativ hallarla daha kəskin mübarizə aparmağımızı tələb edir”.

R.Zeyni qeyd etdi ki, Prezident öz çıxışında cəmiyyətdə korrupsiya, rüşvətxorluqla mübarizə sahəsində ictimaiyyətin aktiv, fəal olmalı olduğunu qeyd etməklə, ictimaiyyətin qarşısında yeni vəzifə qoydu. Onun sözlərinə görə, ölkə başçısının rüşvətxorluq və korrupsiya hallarının mövcudluğunun kökünün kəsilməsi istiqamətində irəli sürdüyü fikirlərə ictimaiyyət dəstək verir. “Vətəndaş cəmiyyətinin ictimai nəzarəti və şəffaflığı təmin etməsi üçün dövlət səviyyəsində vətəndaş cəmiyyətinə diqqət və qayğı artırılmalı, layihələrin həyata keçirilməsi üçün dövlət tərəfindən vətəndaş cəmiyyəti təşkilatlarına fəaliyyət təminatı verilməlidir. Hansı qurumun ofisi yoxdursa, ofislə, kimin maliyyəsi yoxdursa, maliyyə ilə təmin olunmalıdır ki, qeyri-hökumət təşkilatları özlərinin kadr potensialını ətrafında saxlaya, bu istiqamətdə ölkə başçısının həyata keçirdiyi işlərə dəstək verməyi həyata keçirə bilsinlər” - deyə R.Zeyni qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ