12/11/2019 04:51
728 x 90

Ceyhun Bayramov ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmləri barədə danışdı

img

Hazırda ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır. “Trend”in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, təhsil kreditlərinin verilməsi əlavə dəstək mexanizmlərindən yalnız biridir: "Amma bu, ödənişli təhsil alan tələbələr üçün yeganə dəstək mexanizmi deyil. Hazırda əlavə dəstək mexanizmləri üzərində iş gedir. Konkret olaraq hansı formada dəstək mexanizmlərinin olacağı barədə növbəti aylarda daha geniş məlumat veriləcək".

C.Bayramov qeyd edib ki, Təhsil Nazirliyi ali məktəblərə təhsil haqqı ödənişlərini dərs ili başlayan zaman birdəfəyə deyil, hissə-hissə ödənilməsinə baxmağı tövsiyə edib: "Əminəm ki, əksər ali məktəblər məhz bu formada iş qurublar. Ödənişli təhsil alan tələbələrin təhsil haqqı ali məktəblərin gəlirlərinin böyük hissəsini təşkil edir. Buna görə də ali məktəblər təhsil haqlarından asılı vəziyyətdədirlər".

Son xəbərlər