13/11/2019 16:37
728 x 90

Nazir şagirdlərin elektron yerdəyişməsi ilə bağlı narazılıqlara görə direktorlara xəbərdarlıq edib

img

Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi sisteminin tətbiqinə başlanmasından sonrakı birinci həftədə sistemlə bağlı bir çox müraciətlərin olduğunu gördük. “Trend”in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, elektron sistem mövcud olmasaydı, şagirdlərin yerdəyişməsi ilə bağlı narazılıqların həcmini müəyyən etmək olmazdı.

C.Bayramov əlavə edib ki, şagirdlərin yerdəyişməsi elektronlaşdırılmamışdan əvvəl meydana çıxan narazılıq yalnız Təhsil Nazirliyinə şikayət daxil olduqda aşkara çıxır: "Bəzən bu problemlərlə üzləşənlər müraciət etmirlər və buna görə də real vəziyyətlə bağlı məlumatımız olmur. Elektronlaşdırılmadan sonra biz insanların problemlərini bilib, həll yollarını müzakirə edə bildik. Statistika bizə göstərdi ki, həll olunmayan və yaxud həlli gecikən məsələlərin sayı ümumi müraciətlərin sayının 2 faizini təşkil edib ki, bu da direktorların səhlənkarlığı ucbatından baş verib. Drektor bu işi nəzarətə götürmədən onu texniki işçisinə həvalə edib, o da vəzifəsini düzgün başa düşməyib və ona görə də ləngimələr olub. Onlara xəbərdarlıq olundu və məsələ öz həllini tapdı.

Elektron sistem bizə imkan verir ki, məsələnin mahiyyətini qısa müddətdə görə bilək. Sistemdə bir sıra təkmilləşdirmələr etdik. Sistem elektron olduğundan burada insan müdaxiləsindən söhbət gedə bilməz".

Son xəbərlər