12/11/2019 04:26
728 x 90

Bakı metrosunda halı pisləşən hamilə qadını polislər xilas etdi... - FOTO

img

Metronun “İnşaatçılar” stansiyasında halı qəflətən pisləşən G.Hüseynovanın köməyinə orada xidmət aparan polis serjantları Ümid Müseyibzadə və Mirabid Mustafazadə çatıb. Hamilə qadını vətəndaşların da köməyi ilə qatardan çıxaran polis əməkdaşları təcili tibbi yardım gələnə kimi ona ilkin tibbi yardım göstərib, əşyalarını nəzarətdə saxlayıblar.

Xəstəxanaya vaxtında çatdırılan G.Hüseynovanın səhhətində ciddi bir problem qeydə alınmayıb.

“Mən bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adına yazılacaq təkcə ibratamiz bir xidmət deyil, həm də bir insanlıq nümunəsi kimi qiymətləndirirəm. Polis əməkdaşları yoldaşımı xərəkdə pilləkənlərlə çətin vəziyyətdə metrodan çıxararaq təcili tibbi yardım maşınına çatdırmaqla, mənə və yoldaşıma məxsus əşyaları nəzarətdə saxlamaqla təşəkkürə layiq xidmət göstərdilər. Əslində, nəql etdiklərim əsl fədakarlıq nümunəsidir ki, bir çox ölkələrdə bu nümunələr əsasında əsərlər yazır, filmlər çəkirlər. Mən bu xeyirxahlıqlarına görə asayiş keşikçilərinə öz minnətdarlığımı kiçik bir təşəkkür məktubu ilə yazmağı özümə borc bildim”, - deyə  G.Hüseynovanın həyat yoldaşı V.Alıyev DİN və Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını ifadə edib. 

Son xəbərlər