şənbə günü, 14 noyabr 2026
     

Alimlik karyerasında “nailiyyət xatirinə” dilimizin orfoqrafiyasında bu qədər ziyanlı dəyişiklik edənlər...

Image


“Mən indi bu məsələyə münasibət bildirsəm deyəcəklər ki, bizim işimizə maneçilik törədirsən”
“Hesab edirəm ki, bir sıra sözlər bitişik yazıla bilər”

 

Dil hər bir xalqın tarixini yaşatmaqla yanaşı, həm də onun mənəvi pasportudur. Gizlin deyil ki, dili xalq yaşadır, nəsillərdən-nəsillərə ötürür. Xalqın əsrlərdən bəri yaşatdığı, əsrlərin süzgəcindən keçirib cilaladığı ana dilimizin saflığı, işləkliyi ən yüksək formada təsbit olunmalıdır.

Son illər hər beş ildən bir Azərbaycan dilinin orfoqrafiya lüğəti hazırlanaraq çap olunur. Ekspertlər qeyd edirlər ki, orfoqrafiya lüğətinin beş ildən bir yenilənməsi zərurətdən irəli gəlir. Onlar bunu əsasən dilimizə elm, texnika, siyasət, iqtisadiyyat və sair sahələrdən daxil olan yeni sözlərin düzgün yazılış qaydalarının istifadəçilərə çatdırılması üçün gərəkli olduğunu deyirlər. Bu, əslində, doğrudan da vacib məsələdir. Yeni sözlərin düzgün yazılış qaydalarının bu şəkildə təqdim edilməsi müsbət haldır.

Lakin hər dəfə Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti hazırlananda biz burada bəzi sözlərin yazılışlarında ciddi fərqlilik müşahidə edirik. Heş şübhəsiz ki, bu da istifadəçilər tərəfindən elə də yaxşı qarşılanmır. Müxtəlif sözlərin yazılışına edilən dəyişikliklər fikir ayrılığı, mübahisə yaradır. Elə sözlər var ki, onların yazılışının dəyişdirilməsi qaydaları ciddi narahatlıq doğurur.     

  • “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə nə kimi dəyişikliklər var?

Son bir ildə ciddi müzakirə predmetinə çevrilən və bu günlərdə Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə bəzi sözlərin əvvəlki illərdə nəşr olunan lüğətlərdə yer alan yazılışdan fərqli təqdim edilməsi narazılıqla qarşılanır.

69 maddədən ibarət olan  "Azərbaycan dilinin orfoqrafiya lüğəti” təsdiq edilməmişdən əvvəl ictimai müzakirəyə təqdim edilmişdi. Burada bəzi sözlərin yazılışına dəyişiklik ediləcəyi proqnozlaşdırlırdı. Hətta layihədə bəzi nümunələr də əks olunmuşdu. Məsələn, təklif olunurdu ki, cərrahiyyə - cər­ra­hiyə, döv­riy­yə – dövriyə, ədəbiyyat – ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyə, üs­lu­biy­yat – üslubiyat və s. yazılsın. Təsdiqlənən lüğətdə bu sözlər yeni variantda verilib. Yəni mədəniyyət-mədəniyət, maliyyə-maliyə və s. kimi.

2013-cü ildə nəşr edilən "Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə qeyd edilirdi ki,

tərkibində anti, audio, avia, avto, makro, mikro, mini, mono, multi, nano, neo, post, super, ultra hissəcikləri olan mürəkkəb sözlər bitişik yazılır: antivirus, multikulturalizm, superdövlət, supermarket, aviasalon, avtopark, miniavtobus, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, postsovet, postmodernizm və s. sözlərinin də yazılışı belədir. Uzun illərdən bəri bu sözlərin yazılışı mübahisə doğurduğu üçün, 2013-cü ildə nəşr edilən lüğətin mübahisələrə son qoyduğu qeyd edilsə də, yeni orfoqrafiya lüğəti, əksinə, yeni mübahisə cəbhəsi açıb.

  • Bəzi sözlər niyə defislə yazılır?

Yeni orfoqrafiya lüğətinin 5.1 maddəsində qeyd edilir ki, tərkibində a-, anti-, ba-, bi-, na-, pre- ön şəkilçiləri olan sözlər bitişik yazılır: anormal, antivirus, baməzə, bisavad, nalayiq, prepozisiya və s.

Eyni maddəyə əlavə edilən qeyddə isə “anti şəkilçisindən sonra xüsusi isim gəldikdə defis işarəsi qoyulur: Anti-Azərbaycan, Anti-Rusiya və s.” göstərilir. 

Məsələn, siyasi arenada, eləcə də mətbuatda da geniş istifadə edilən transmilli sözü əvvəlki dövlərdə həm ayrı, həm də bitişik yazılıb. Yeni qaydalarda isə bitikik yazılması təsdiqlənib.

Qeyd edək ki, yeni orfoqrafiya lüğətinin hazırlandığı dövrdə bildirilirdi ki, rus dilindən alınma və sonu rus dilində olduğu kimi, "a" ilə bitən bır sıra sözlərdə "a" hərfi götürüləcək. Məsələn, "metafora" sözü metafor, "morfema" sözü morfem kimi yazılacaq. Yeni lüğətə görə, artıq kompüter sözü bir çoxlarının yazdığı və əvvəlki lüğətdə göstərildiyi kimi, "kompyuter" kimi deyil, "kompüter" kimi yazılır.

Yeni təsdiqlənən Azərbaycan dilinin Orfoqrafiya Normalarına görə, hüsnxətt-hüsnxət, rəsmxətt-rəsmxət kimi yazılır.

Bir sıra sözlər də yeni qayda ilə yazılır. Qeydə görə, bu morfemlərin bəziləri xüsusi isimlərə qoşulduqda defislə yazılır. Məsələn, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, paleo-Azərbaycan, proto-Azərbaycan, ümum-Azərbaycan, ümum-Avropa və s.

  • Orfoqrafiya lüğətində sözlərin yazılışına edilən dəyişikliklərin fəsadları

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə baş verən dəyişikliklərlə bağlı məsələni gündəmə gətirməyimiz təsadüfi deyil. Hər dəfə orfoqrafiya lüğəti yenilənəndə biz burada sözlərin yazılışında əvvəlki yazılışlardan fərqlilik görürük. Bu da, istər-istəməz, xeyli sual doğurur. Bir sözün başqa dövrlərdə nəşr edilən orfoqrafiya lüğətlərində yazılandan fərqli yazılması cəmiyyətdə, yazı-pozu ilə məşğul olan adamlarda, müəllimlərdə, şagirdlərdə, abituriyentlərdə, yazıçı və şairlərdə müəyyən narazılıqlar yaradır. Onlar hesab edirlər ki, sözlərin fərqli yazılışda təqdim edilməsi illərdən bəri mənimsədikləri yazı vərdişlərinə zərər vurur. Sözün yazılışında istənilən dəyişiklik sonrakı zamanlarda problemlər yaradır. Məsələn, vaxtaşırı olaraq müəllimlərin sertifikasiyası keçirilir, onlar müxtəlif imtahanlarda iştirak edirlər, dövlət qulluqçuları da həmçinin. Abituriyentlər də eyni qaydada. Bu insanlar uzun illərdən bəri düzgün yazı qaydası kimi qəbul etdikləri bir sözün fərqli qaydada yazıldığını gördükdə, istər-ietəməz, çaşqın vəziyyətə düşəcəklər. Bu da onlarda ciddi psixoloji narahatlıq yaradacaq. Sözlərin yazılışında bu dərəcədə fərqliliyin baş verməsi yazı əlaqələrinin itməsinə gətirib çıxaracaq.

Yuxarıda bildirdiyimiz kimi, 69 maddədən ibarət “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin layihəsi bir neçə ay əvvəl ictimai müzakirəyə çıxarıldığı zaman da bəzi mütəxəssislər təklif edilən dəyişiklikləri məqbul hesab etmirdilər. Onlar belə zənn edirlər ki, hansısa alim, dilçi öz yüksək elmi  titulunu təsdiqləmək, yaxud özünü tarixə salmaq üçün Azərbaycan dilinin başına oyunlar açır. Əlbəttə, bu cür mürəkkəbliyə varmaq, əllaməçilik açmaq yersizdir.

  • “Bu geniş şəkildə müzakirə edilməli idi”

Filologiya elmləri doktoru, professor, AMEA-nın Dilçilik İnstitutunun keçmiş direktoru Fəxrəddin Veysəlli “Bakı-Xəbər”ə bildirdi ki, o hazırda təsdiqlənən orfoqrafiya lüğəti ilə tanış deyil, lakin lüğətin layihəsi ilə tanışdır və onunla bağlı fikirlərini bildirib. “Mən hələ “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin layihəsi ilə bağlı tənqidi fikirlərimi mətbuata bildirmişəm. Hətta o zaman bu çoxlarının xoşuna gəlmədi, dedilər ki, o bizim zəhmətimizi yerə vurur. Demişdim ki, bu bir-iki günlük məsələ deyil, zaman tələb edən işdir və böyük bir kollektivin zəhmətidir. Ona görə də bu geniş şəkildə müzakirə edilməli idi. Mən indi bu məsələyə münasibət bildirsəm deyəcəklər ki, bizim işimizə maneçilik törədirsən. Bu gün yeni qaydalar haqqında fikir bildirmək üçün gərək mən onunla yenidən tanış olam, görəm yeni nə dəyişikliklər edilib. Ancaq hesab edirəm ki, bir sıra sözlər, eləcə də anti-Azərbayan sözü bitişik yazıla bilər. Razıyam ki, bir sıra sözlərin yazılışında mübahisə doğuran məqamlar var” - deyə bildirdi. 

  • Görkəmli dilçi-alim sözügedən sənədin layihəsi ilə bağlı hansı iradlarını bildiribmiş?

Qeyd edək ki, Fəxrəddin Veysəlli keçən il yeni orfoqrafiya lüğətinin layihəsi ilə bağlı mətbuata bildirirdi ki, Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi dağınıqdır, pərakəndə haldadır. O, həçminin, vurğulayırdı ki, ümumiyyətlə, dünya praktikasında orfoqrafiyanın üç -fonetik, morfoloji və ənənəvi prinsipi var. “Bunlara mütləq əməl olunmalıdır. Geniş ictimaiyyətə təqdim olunan layihəyə nəzər saldıqda bu prinsiplərin bölgüsünü görə bilmədim. Həm də 69 maddə çoxdur. Bunu heç yadda saxlamaq mümkün deyil. Qaydalar həddindən artıq yığcam olmalı idi.

Digər tərəfdən, layihədə "Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində metafor, profilaktori, sanatori şəklində verilmiş sözlərin metafora, profilaktoriya, sanatoriya kimi yazılması tövsiyə olunur. Əslində, nə ingilis dilində, nə də alman dilində metafor sözünün sonunda "a” hərfi yazılır. A hərfi rus dilinin elementidir. Bunu birdəfəlik həll etmək lazım idi. Mən əvvəl də demişəm, indi də bu fikirdəyəm ki, "y" hərfini atıb profilaktoria, sanatoria yazmalıyıq. Bu sözləri belə yazsaq, dünya dağılar?! Burada da "y" samiti rus dilinin elementidir. Ona görə də yüzlərlə bu cür sözün yazılışında axırıncı hecada "y" samitini buraxmaq lazımdır, buna ehtiyac yoxdur. Ola bilsin tələffüzdə "y" işlənsin, amma astronomiya, biologiya, ensiklopediya sözlərində "y" hərfinə ehtiyac yoxdur.

Yaxud da layihədə Motsart, Vorontsov yazılıb. Mən Azərbaycan dilində bu cür adların ancaq "s" hərfi ilə yazılmasının tərəfdarıyam. Voronsov, Mosart yazılsa, nə olar? Motsart alman dilinin, rus dilinin elementidir. Belə halları sadələşdirmək lazımdır. Məsələn, Vereşşaginin qoşa "şş" ilə yazılması təklif olunur. Mənə elə gəlir ki, burada qondarmalıq var. Vereşagin yazılsa, nə dəyişəcək ki?!

Xarici mənşəli sözlərin yazılışına toxunaq. Layihədə Hayneni Heyne, Göteni Höte kimi yazırlar. Bu da rus dilinin təsiridir. Ya layihəni tərtib edən adamların alman dilindən xəbərləri yoxdur, ya da onun transliterasiyasını başa düşmürlər ki, Göteni Höte kimi yazırlar. Bu biabırçılıqdır, guya Göte yazanda pis başa düşülür. Elə deyil axı. Mən alman dili mütəxəssisiyəm. Almanlarla söhbətdə bu vəziyyəti onlara danışıram, almanlar deyirlər ki, bizim Höte adında şairimiz yoxdur. İsveçin Göteborq şəhərini Höteborq kimi yazırlar, düz deyil axı” - deyə bildirirdi.

O, həmçinin, qeyd edirdi ki, eyni zamanda, layihənin 45-ci bəndində qoşmalarla bağlı xeyli dolaşıqlıq var. Bununla yanaşı, qoşa "yy" samiti olan sözlərin bir "y" ilə yazılmasının məqsədəuyğun sayılmasını müsbət, ssenari sözünün də bir "s" ilə yazılmasını təqdir edib.

Məlumat üçün bildirək ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu qeyd edib ki, lüğətə 4000 yeni söz əlavə olunub. “Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" may ayının sonuna qədər hazır olacaq” - deyə vurğulayan akademik bildirdi ki,  "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə Nazirlər Kabineti tərəfindən baxılıb və yeni lüğətə Ədliyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən müsbət rəy verilib. “Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" may ayının sonuna qədər hazır olacaq və nəşrə göndəriləcək”.

Akademik, həmçinin, vurğulayıb ki,  yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 113 min sözü əhatə edir: “Köhnə lüğətdən 1000-dən çox qondarma söz çıxarılaraq yeni lüğətə salınmayıb, çünki elə sözlər var idi ki, eyni mənanı daşıyırdı. Misal üçün: nəqqaş və naqqaş. Eyni zamanda, daha 4000 yeni söz lüğətə əlavə olunub. Yeni əlavə olunan sözlər müasir informasiya texnologiyası və qloballaşma ilə bağlı olan sözlərdir. Məsələn, 2013-cü ildə nəşr olunan lüğətdə multikulturalizm, tolerantlıq və s. sözlər yox idi”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ