Azərbaycanın Kəlbəcər rayonunda 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 23:11-də, 5,7 km dərinlikdə qeydə alınıb.
Eyni zamanda Azərbaycan-Ermənistan sərhədində - Ermənistan ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun xəbərinə görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 23:29-da, 7 km dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat qeydə alınmayıb.