Polşalı üzgüçü Bartłomiej Kubkovski tarixdə Baltik dənizini İsveçdən Polşaya sudan çıxmadan və ya dəstək gəmisinə toxunmadan üzən ilk şəxs olub. O, təxminən 160 km (100 mil) məsafəni 55 saata qət edib. Komandası bildirib ki, bu, Kubkowskinin beşinci cəhdi idi.
31 yaşlı idmançı 31 iyulda İsveçin Kaseberga kəndindən yola düşüb və 2 avqust axşamı Polşanın Dzivnov şəhəri yaxınlığındakı çimərliyə çatıb. Kubkovski iki gündən çox istirahət etməyib və güclü dalğalara, küləyə və soyuq suya baxmayaraq, bir dəfə də olsun dəstək gəmisinə toxunmayıb.
Qayıqdan ona uzun dirəklər vasitəsilə yemək və içki ötürülüb. Üzgüçünün komandasının məlumatına görə, o, ikinci gecə həddindən artıq yorğunluq səbəbindən halüsinasiyalar yaşayıb, lakin üzgüçülüyü başa çatdıra bilib və burada çoxsaylı azarkeşlər onu qarşılayıb.
"Ultra Baltic Swim" adlandırılan ekstremal üzgüçülük yalnız idman nailiyyətləri üçün deyil, həm də xeyriyyəçilik məqsədi ilə təşkil olunub. Tədbir nəticəsində Xərçənglə Mübarizə Təşkilatı üçün təxminən 185.000 avro toplanıb.
SAMİRƏ