Cümə günü, 06 noyabr 2026
     

Ehsan, yoxsa ziyafət?...

Image


Yaxud...Bu həyatın meyarı qəbirüstü abidələr deyil, ürəklərdə yaşayan xatirələrdir.

Yas mərasimlərinin keçirilməsi mətbuatın, televiziya və radionun həssas mövzularından, ictimaiyyəti dərindən düşündürən, narahat edən problemlərdəndir. Bu məsələ ilə bağlı ortaya çıxan söhbətlər, diskussiyalar sadəcə olaraq bir təmas nöqtəsində birləşir-necə etmək, problemi hansı üsullarla yoluna qoymaq lazımdır ki, bu mərsasimlər islami və mənəvi-etik dəyərlər çərçivəsində keçirilməklə, vəfat etmiş insanların qohum-əqrabası, yaxınları üçün əzablı bir prosesə, ağrılı yaşantıya çevrilməsin.

Son günlər paytaxtda və regionlarda keçirilən ehsan məclislərində ara-sıra rast gəlinən zəhərlənmə halları, digər xoşagəlməz əhvalatlar vaxtilə “Azərbaycan” qəzetində dərc etdirdiyim qeydlərimə yeni rakursda, günün aktuallığı pirizmasından yanaşmaq ehtiyacı yaratdı.

Xeyir işdən, toy-nişandan fərqli olaraq ölüm-itim qəfil gəlir. Bu cür “qapıdöymələrdən” isə heç kim hansısa müddətə sığorta olunmayıb. Qəfil gələn sarsıntılı xəbər əsl zəlzələ sindromu yaradır. Dünyasını dəyişmiş insanın qohum-əqrabası, oğul-uşağı həmin andanca bir çox çətinlikləri eyni vaxtda yoluna qoymaq zorunda qalır. Molla tapmaq, qəbir qazdırmaq, çadır qurmaq, ərzaq almaq, bu ağır xəbəri yaxın adamlara çatdırmaq və.s və i.a.

Müşahidələr göstərir ki, yas mərasimlərinin keçirilməsi getdikcə sadələşməkdənsə, ölü yiyəsinin sosial vəziyyətinə, müasir dəyərlərə hesablanmaqdansa, kimin varlı, kimin kasıb, kimin ortabab olmasını ortaya qoyur, imkansızın el arasında “nə edim, necə edim” dilemması ilə üzbəüz qalmasına rəvac verən acınacaqlı bir prosesə çevrilir. Vəzifəli, imkanlı insanlar, qohum-əqrəbalılar toylarda, bayramlarda olduğu kimi, yas mərasimlərində də özlərini göstərir, əsl “şah süfrəsi” açdırırlar. Stolun üstünə düzülən təamlar, növbənöv xörəklər, sərinləşdirici içkilər əsil dəbdəbədən xəbər verir. Dəfn mərasiminə gələnlər üçün elə bir məclis (bəlkə ziyafət?) verirlər ki, sonralar dillər əzbəri olur. Amma belələri unudurlar ki, bir stəkan limonlu çay da ehsan hesab olunur və bu cür sadəlik dünyadan köçənin ruhunu şad edir, yas yiyəsinin də yaşayış tərzinə, ovqatına tam uyğun gəlir.

İndi yas mərasimləri əsasən baha qiymətə kirayəyə götürülmüş salonda və yaxşıca bəzədilmiş, yayda gələsi qonaqların sayına uyğun tərzdə qurulur. Təqribi hesablama aparaq. Yüz nəfərlik məclis indi yas yiyəsinə 1500-2500 manata başa gəlir. Menyuda süfrə suyu, çay, limon, konfet, marmelad, xurma, pomidor, xiyar, plov, dovğa və.s nəzərdə tutulur. Təbii ki, bununla iş bitmir. Mərhumun üçü, yeddisi, qırxı və səkkiz-doqquz cümə axşamları məclisləri də verilməlidir. Beləliklə, standarta görə, qırxdan sonrakı hesablamalar 15-20 min manat civarında rəqəmin üzərində dayanacaq. Xatırladıram ki, söhbət 100 qonaqdan gedir. Bu rəqəmin 2-3 dəfə artmaq ehtimalını da nəzərdən qaçırmaq olmaz. Bəzi hallarda dar həyətlərdə mümkün olmadıqda lap magistralda, maşınların sıx hərəkət etdiyi küçələrdə yas çadırlarına da rast gəlmək mümkündür. Qonşu Türkiyədən paytaxtımızda çalışan tanınmış iş adamlarından biri təəssüflə bildirirdi: “Bizim azəri qardaşlarımız toylarda olduğu kimi, hüznlü günlərdə də israfçılıqlarından qalmırlar. Görəsən, limonlu çayla, halva ilə verilən ehsan Allah tərəfindən qəbul olunmurmu? Hansı ki bircə telefon zəngi, başsağlığı teleqramı da əzizini itirən insanı ovundurmaq, təsəlli vermək üçün məqbuldur və ulu Yaradanın dərgahında keçərlidir?.

Yas çadırlarından danışarkən xeyir-şər evləri ilə bağlı problemi çoxdan həll etmiş Sumqayıt yada düşür. Ötən əsrin 80-ci illərində bu şəhərin bütün məhəllələrində hər cür avadanlıqla, qab-qacaqla təchiz edilmiş xeyir-şər evləri tikilmişdi. Bu obyektlər indi də camaatın karına gəlir, əhalinin problemlərinin həllinə kömək edir. Xeyir-şər evlərinin şəriksiz müəllifləri isə bu gün böyük ehtiramla yad olunur, ruhlarına duallar oxunur.

Yas mərasimləri əslində mərhumun ruhunu şad etmək, haqq dərgahına qovuşan insanın həyatı, bu dünyadakı əməlləri barədə xoş xatirələri dinləmək, yada salmaq üçün yaradılan vaxt imkanı kimi başa düşülməlidir. Lakin son vaxtlarda belə məclislərdə rəhmətə gedən insan az qala yada düşümür. Məclisdəkilər əsasən özlərinin gündəlik qayğıları, işgüzar fəaliyyətləri, perspektivdə görəcəkləri işlər barədə diskussiya açır, uca səslə mübahisəyə girişir, bəzən bərkdən əl telefonu ilə danışırlar. Molla da bir əlində təsbe, birində mobil telefon, vaxt tapan kimi mikrafonla uzun illər əzbərlədiyi hadisələri, heç kimin inanmadığı əhvalatları oturanlara sırımağa çalışır. Bu mollalar hələ də bilmirlər ki, əsa ilə yerə zərbə vurmaqla su fontan vurmaz və buna heç uşaqlar da inanmır. Bəziləri də özlərini bilikli, dünyagörüşlü göstərmək üçün Nyutondan, Faradeydən, Dostayevskiden və Balzakdan dəm vururlar. Bütün bunların isə nə mərhumun ruhuna, xatirəsinə, nə də ölü sahibinin ovqatına zərrəcə dəxli var. Müasir dövrün adamları, sivilizasiyaların qovuşuğunda yaşayanlar, təbii ki, Allahını, peyğəmbərini tanımamış, bizi yaradanın ucalığına inanmamış deyillər. Amma islami dəyərlərdən tamamilə uzaq, vaxtilə min cür hoqqadan çıxan birisinin məclisin yuxarı başına keçib moizə oxuması, dindən, müqəddəslərin həyatından, xoş amallarından danışması əslində dinimizin qayda-qanunları ilə bir araya sığmır, sırf mövhumatçılıq ab-havası yaradır. Doğrudur, ölkənin məscidlərində, ruhani təşkilatlarında, pir və ocaqlarda savadlı, geniş dünyagörüşlü, islamın qabaqcıl ənənələrinə və dərinliyinə bələd din xadimləri çoxdur. Məhz buna görə görünür, yaxın vaxtlarda yas mərasimlərinin aparılması hüququnu qazanan din xadimlərinin, mollaların testdən keçirilməsi, attestasiya olunması zəruriyyəti yaranacaq. Bu fikir bəlkə də bəzilərinə təəccüblü görünəcək. Ancaq balalarımızı böyük gələcəyə hazırlayan müəllimlərin, sağlamlığımızın keşiyində dayanan həkimlərin işi müəyyən etiketlər, çərçivələr mühitində formalaşırsa, niyə ruhani dünyamızın bələdçiləri üçün fəaliyyət normaları mövcud olmasın?!

Zənnimcə, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı ortaq bir qərara gələcəklər.

Hələ sovet dövründə Ümumittifaq ekranında yayılan məşhur bir gürcü filmini orta və yaşlı nəslin nümayəndələri yəqin ki, yaxşı xatırlayırlar. Varlı-hallı, knyaz nəslindən olan yaşlı gürcü kişisi canının ağrılarından sıyrılıb, özünə diri ikən yas mərasimi keçirir. Qonşularını, qohumlarını, badə dostlarını bir yerə cəmləyən knyaz məclisin lap başında oturur və toplaşanları kövrəldən uzun bir tost söyləyir. Sonra deyir ki, indi növbə sizindir, məni necə tanıyırsınız, qiymətləndirirsiniz, durun bir-bir söyləyin, mən də diri ikən eşidim , sevinim, qürrələnim. Aparıb torpağa tapşırandan sonra dediklərinizin mənə qətiyyən dəxli yoxdur. Qoy sizi dinləyim, o dünyaya rahat köçüm, bilim ki məni də istəyən, xətrimi əziz tutanlar var.

Gürcü filimini niyə xatırladım? Bizim yas mərasimlərində mərhum barədə söylənilən rabitəsiz söhbətlər, sadəcə “nə vaxt xəstələnmişdi” , “neçə yaşı vardı” sualları ilə kifayətlənmək və sonrakı xaotik mənzərə, plov nimçələrinə döyəclənən qaşıqların qarışıq cingiltisi əsrlər boyu yaxın-uzaq ellərdə, bütün Şərqdə özünün adət-ənənələri, bir çox millətlərə görk olası həyat tərzi ilə seçilən azərbaycanlılar və Azərbaycan haqqında formalaşmış qənaətlərə kölgə salmamalıdır. Çox təəssüf ki, hələlik bu barədə ayrı-ayrılıqda özümüzün sağlamlığımızla, normal yaşayışımızla bağlı düşündüyümüz qədər fikirləşmirik. Milləti yaşadan ən mühüm amillərdən birinin isə məhz mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması olduğunu qətiyyən yaddan çıxarmamalıyıq.

Hələ orta məktəbdə oxuyarkən kənd ağsaqqallarından birinin tez-tez işlətdiyi bir fikiri indi də xatırlayıram: “Allah adamın yerini heç qəbir evində də dar eləməsin”. Son mənzilin vəfat edənin boyuna, çəkisinə görə hazırlandığı absurddur. Nəhəng insan üçün, təbii ki, uşaq qəbri qazmazlar. Lakin əbədi ünvanların bərqarar olduğu məskəndə-qəbirstanlıqda suni şəkildə yaradılan sıxlıq yerin altında uyuyanların deyil, torpağın üstündə rahat gəzən insaflı və vicdanlı insanların ürəyini sıxmalı, narahat etməlidir. Dünyadan vaxtsız getmiş tələbə dostumuzun cənazəsini paytaxtın Əhmədli qəbirstanlığında yolun darlığı ucbatından səksən-yüz metr məsafədə birtərəfli, daş hasarın üstü ilə sürüşdürə-sürüşdürə apardığımız dəqiqələri xəcalət hissi ilə xatırlayıram. Nədənsə ömür boyu bir-birimizə problem yaratmağı xoşladığımızdan bu qisməti ölülərimizə də ötürür, hətta qəbirstanlıqda da beş-on qarış torpağın qamarlanmasını qənimət bilirik. Yerli icra strukturlarının, bələdiyyələrin, hətta qəbirstanlığın “kurator” mollalarının, yaxud kiminsə “vizası” ilə artıq qiymətə üç-dörd nəsli yola salmağa kifayət edən qəbir yerlərinin alınmasına da rast gəlinir. Xatırlatmaq yerinə düşər ki, mərasim xidmətlərinin preyskurant cədvəlində müəyyənləşdirilən qiymətlərə görə Əhaliyə Vətəndaşlıq Xidməti Trestində ölçüsündən, işlənilən materialın növündən və keyfiyyətindən aslı olaraq, illər əvvəl 30 manatdan tutmuş 123 manat 22 qəpiyə qədər vəsait ödəmək lazım gəlirdi. Bir qəbir yeri alıb yanında beş-on qəbir üçün torpağı hasarlamaq istər dini, istərsə də dünyəvi qanunlara sığan, milli-mənəvi dəyərlərimizə uyğun hərəkət deyil. Müvafiq strukturların başçıları unutmamalıdırlar ki, qəbirstanlıq sadəcə ölülərin dəfn olunduqları ərazi deyil, insanın ötüb-keçənlər, bu gün və gələcək haqqında bircə saatlıq da olsa saf duyğularla yanaşmasına, düşünməsinə və özü üçün nəticə çıxarmasına şans verən bir müqəddəs ünvan statusundadır. Burada hər şey səliqəli, təmiz, yaraşıqlı olmalı, əbədiyaşarlıq ab-havası yaratmalıdır.

Fəxri xiyabanda uyuyan, xalqımızın, millətimizin başını uca edən, bütün dünyada tanıdan elm, sənət, dövlət xadimlərinin, korifey insanların məzarı üstündə ucalan abidələr həm də görkəmli memarların, tişə ustalarının gözoxşayan, könül sevindirən şah əsərləridir desək, yanılmarıq. Belə abidələr Azərbaycanın şöhrətini dünya meridianlarında tanıtdıran adamlar haqqında bu xiyabana yolu düşənlərdə, ölkəmizin qonaqlarında əyani təsəvvür yaradır. Bu insanların daşlaşmış obrazları ürəklərdə əbədi qərar tutur.Lakin ucdantutma, kimin imkanı varsa, öz əzizinin qəbri üstündə heç bir ölçüyə-biçiyə, əndazəyə sığmayan, milli memarlıq elementlərindən uzaq heykəllər, baralyef, qorolyef və büstlər ucaltması dini və mənəvi-etik dəyərlərimizlə qətiyyən uzlaşmır. Bəzən başdaşlarında ölümün səbəblərini əks etdirən avtomobil, təyyarə, tapança və.s şəkillərin, vəfat edən şəxsin işlədiyi quruma işarə əlaməti olaraq uniformaların əksinin həkk olunması anlaşılmır. Bakıda, Gəncədə, ölkənin digər şəhər və rayonlarında bəzi qəbirstanlıqlar sadəcə olaraq heykəllər, abidələr sərgisinə bənzəyir. İllərlə baş çəkmədiyi, dərd-sərindən xəbər tutmadığı valideyninin adına abidə ucaldan imkanlı adamlar yaddan çıxarırlar ki, əslində Allahın dərgahında günah, kasıb-kusubun yanında hörmətsizlik qazanırlar. Dünyanın ən inkişaf etmiş ölkələrində bu cür mənzərələrin şahidi olmaq mümkün deyil-istər xristian, istərsə də müsəlman dövləti olsun. Sadəcə başdaşı basdırılır, heç sinədaşı da qoymurlar, qəbrin üstünə gül-çiçək əkirlər, vəssalam. Heç kəsin qəbri digərlərinkindən fərqlənmir. Əsl parkı xatırladan qəbirstanlıq həyatın bir atributuna çevrilir, insanın qəlbində xofdan, o dünyanın əzablarından uzaq müsbət bir emosiya yaradır. Sivil dünyaya, Avropaya inteqrasiya edən Azərbaycanda biznes maraqlarından uzaq, lakin olduqca zəruri hesab edilən dünyəvi dəyərlərə də yiyələnməyin vaxtı deyilmi?! Qaldı bəzi fəndgirlərin hərəkətlərinə, onlar bu dünyadan heç nə apara bilməyəcəklərinin fərqində olmalıdırlar, Xatırlatmaq yerinə düşər ki, kimin harada, hansı torpağa, hansı biçimdə qismət olacağını bircə ulu Yaradan bilir.

Çalışdığım Azərbaycan Kinematoqrafçılar İttifaqının əməkdaşı Səidə Əsgərova bu yazını kompüterde yığarkən Xalq şairi Cabir Novruzun dillər əzbəri olan misralarını xatırlatdı və bu mətnə əlavə etməyimi arzuladı.

Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə…
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.

Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm…
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,

Dünyanın beş günlük olması, faniliyi barədə illərlə min cür söhbətlər, rəvayətlər eşitmişik. Bütün bunlara rəğmən həyatın çox rəngli, geniş spektrli yaşamaq, yaratmaq imkanı verdiyini də unutmaq olmaz. Bizə bu dünyada ayrılan qısa zaman kəsiyində elə yaşamalıyıq ki, elə diri ikən ölümdən sonrakı həyatımızı qura bilək. Bu həyatın meyarı, nişanəsi isə qəbirüstü qranit abidələr deyil, ürəklərdə kök atan, çiçək açan xoş və həmişəyaşar xatirələrdir.

Akif Cabbarlı

Yazıçı-publisist ,

Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ