Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan iddialar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nəzarətinə götürülüb. Bu barədə Səhiyyə Nazirliyi KİV-in sorğusuna cavab olaraq məlumat verib.
Bildirilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları da məlumatlandırılıb.
“Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkələrdə “Vital Hospital”da ölü doğulan körpənin zirzəmiyə atıldığına dair iddialar yayılıb.
ZÜMRÜD