Özəl məktəbəqədər təhsil müəssisələrinin təqdim etdiyi xidmət haqqının 70 faizini dövlət maliyyələşdirəcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu “Məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası”nın təsdiq edilməsi ilə bağlı mediaya açıqlamasında məlumat verib.
Agentliyin direktor müavinin qeyd edib ki, təsdiq olunmuş qaydaya əsasən, maliyyə dəstəyi Bakı şəhərində 350 manatdan, regionlarda isə 250 manatdan çox olmamaq şərti ilə veriləcək.
Vəfa Yaqublu bildirib ki, tətbiq olunan mexanizm dövlət məktəbəqədər təhsil müəssisələrində növbədə gözləyən uşaqların sayının azalmasına və daha çox uşağın məktəbəqədər təhsilə cəlb edilməsinə şərait yaradacaq.
Direktor müavini qeyd edib ki, yeni maliyyələşmə modeli, eyni zamanda, özəl məktəbəqədər təhsil müəssisələrinin inkişafına, onların potensialından daha səmərəli istifadə olunmasına və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.
ZÜMRÜD