Cümə günü, 06 noyabr 2026
     

96 YAŞLI ELM MƏBƏDİ - FOTO

Image


Azərbaycan UNEC öz uğurları ilə dünya universitetləri reytinqində sürətlə irəliləyir

Bu göstəricilərin qazanılmasında təhsil ocağında çalışan peşəkar müəllim heyətinin və xüsusən də rektor, professor Ədalət Muradovun böyük rolu var

2017-ci ilin unudulmaz yayı. Bir dünya dolu sevincli və ondan da çox həyəcanlı günlər… Böyük övladım Xətai rayonundakı 86 saylı məktəbi uğurla bitirərək II qrup üzrə qəbul imtahanlarından 650 bal toplayıb. İxtisas seçimi təxminən aydındır - iqtisadiyyat sahəsi və ona uyğun fakültələr, qalır ali məktəbin müəyyənləşdirilməsi… Mən özüm 1991-96-cı illərdə təhsil aldığım Bakı Dövlət Universitetini təklif edirəm, fikrimi də Cümhuriyyət dövründə ilk yaranışı, vaxtilə yeganə universitet olması, görkəmli alimlərin, pedaqoqların çalışması, müəllim-tələbə kontingentinin xalq hərəkatına, müstəqilliyə, azadlığa dəstək verməsi və sair ilə əsaslandırmağa çalışıram, hətta dəlil-sübutlarıma yüksək dozada pafos, romantika da qatıram. Amma ailəmin üzvləri razılaşmırlar; onlar daha çox Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) meyilləniblər. Açığı bir az əsəbləşirəm, xatirimdə ötən əsrdə “Narxoz” adlandırılan və “bazar münasibətləri”nə lap tez keçmiş ali məktəb – Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutu canlanır. Səksəninci illərin ortalarında çoxsaylı şikayətlərə görə Moskvadan yekə bir komissiya gəlmişdi, böyük yoxlama aparıldı, (hər halda obyektiv münasibətlə yanaşı, subyektiv səbəblər də olmamış deyildi) tənbeh, cəza məqədilə onu ovaxtkı Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevirdilər.

…Kiçik araşdırmalar və gənclərlə söhbətlərdən aydınlaşdı ki, bir müddət ölkədə olmadığıma, fəaliyyət sahəmin fərqliliyinə, gündəlik qayğılara, dolanışığa baş qarışması üzündən təhsildəki prosesləri yaxından izləyə bilməmişəm. Müasir dünya elminə inteqrasiya yolu tutan, qabaqcıl təcrübələri əxz edən, pedaqoji kollektivi daim təkmilləşdirən, tələbələrə modern biliklər və istehsalatda peşəkarcasına çalışmaq vərdişləri aşılayan novator bir təhsil ocağı yaddaşımda keçmiş “Narxoz”un varisi kimi qalmışdı. Məzunu olduğum BDU isə (akademik Abel Məhərrəmovun rektorluğu dövründə) nəhəng yoldan azacıq sapıbmış, tarixi ənənələrə xilaf çıxıb, oxumaq, öyrənmək istəyənləri narazı salıbmış… Nəhayətdə aramızdakı ixtisas seçimi mübahisələrinə son qoyuldu, qızım Nuriyyə UNEC-də maliyyə işinin bakalavr və magistr mərhələlərini əla qiymətlərlə, həm də ingilis dilində bitirdi, hazırda qurumların birində vergi auditi kimi çalışır. Bir Allah şahiddir ki, onun təhsil aldığı 6 il ərzində nə bir müəllimə qiymət üçün ağız açdıq, nə də başqa bir təklifə, umacağa, təmənnaya ehtiyac yarandı. Xarici dilə vaqifliyi və ixtisas fənlərindən biliklərə ciddi yiyələnməsinin məntiqi nəticəsi isə iş axtarışında özünü büruzə verdi: müstəqil şəkildə CV təqdim edib müsabiqəyə qatılaraq ölkəmizdəki beynəlxalq şirkətlərdən birində fəaliyyətə başladı. Bundan ruhlanan oğlum Xəzər də bacısının yolu ilə gedərək 8 il sonra – 2025-ci ildə Azərbaycan Dövlət İqtisad Universiteti maliyyə fakültəsinin tələbəsi adını qazandı.

Mənim yaxın keçmişə - 9-10 il öncəyə qayıtmağımın əsas səbəbi adıçəkilən təhsil ocağının müsbət imicinin heç də təsadüfi olmadığı, ötən müddət ərzində nüfuzunu, nailiyyətlərini daha da artırması, dünyanın aparıcı universitetləri arasında yüksək mövqeyi və ən başlıcası isə qazandıqlarına arxayınlaşmadan reytinq cədvəllərində sürətlə irəliləməsidir.

Hazırda Azərbaycan UNEC nəinki ölkəmizin, Cənubi Qafqazın ən böyük ali təhsil ocaqlarından biridir. Universitetdə13 fakültə fəaliyyət göstərir. 25 bakalavr, 94 magistr, 14 doktorantura proqramı üzrə 4 dildə tədris aparılır. Təcrübəli akademik heyət yerli, eləcə də dünyanın müxtəlif ölkələrindən olan əcnəbi tələbələrə keyfiyyətli təhsil verir.

Bir neçə gün əvvəl yayılan xoş xəbərə isə həm bir azərbaycanlı, həm də valideyn kimi çox sevindim: 2026 il üçün açıqlanan Times Higher Education İmpact Rankings-ə görə Azərbaycan Dövlət İqtisad Universiteti beynəlxalq reytinqdə öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq dünyada 301-400-cü ən yaxşı universitet oldu. Keçən il bu göstərici 801-1000-ci yeri əhatələyirdi. Bütövlükdə 17 Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) 16-sı üzrə nəticələri dünya üzrə median göstəricilərdən yüksəkdir.

UNEC dünyada DİM 10 (Bərabərsizliyin azaldılması) üzrə 19-cu, DİM 7 (Sərfəli və təmiz enerji) üzrə 46-cı, DİM 4 (Keyfiyyətli təhsil) üzrə 64-cü yerə yüksəldi. Eləcə də, 1-ci (Yoxsulluğa son), 2-ci (Aclığa son), 6-cı (Təmiz su və sanitariya), 12-ci (Məsuliyyətli istehlak və istehsal), 15-ci (Torpaq ekosisteminin mühafizəsi) DİM üzrə dünyada 101-200-ci oldu. Xatırladım ki, Times Higher Education Impact Rankings universitetləri Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) üzrə qiymətləndirən yeganə qlobal reytinqdir. Burada ali məktəblərin fəaliyyəti dörd əsas istiqamət –

tədqiqat, idarəetmə, ictimai fəaliyyət və tədris üzrə araşdırılır.

QS Dünya Universitetləri Reytinqi 2027 (QS World University Rankings 2027) üzrə nailiyyətlər də ürəkaçandır. Təhsil ocağımız son göstəricilərlə müqayisədə 193 pillə irəliləyərək dünyada 634-cü yerə yüksəlib. Bu reytinqlə UNEC İşəgötürənlərin Reputasiyasına (Employer Reputation) əsasən dünyada 253-cü, Məzunların Məşğulluq Nəticələri (Employment Outcomes) indikatoruna görə 308-ci, Beynəlxalq müəllim heyəti (International Faculty) məqamında 392-ci yerdə qərar tutub.

Sadalanan uğurların qazanılmasında şübhəsiz ki, mütərəqqi məqsədlərə çatmaq naminə yeni yollar axtaran, keyfiyyətli təhsil strategiyası seçən, proseslərin doğru və şəffaf yönləndirilməsinə çalışan, müxtəlif stimullarla öyrətmən-öyrənci kontingentini tədrisə həvəsləndirən rəhbərliyin rolu şəksizdir. Burada işlər cənab Prezidentin tövsiyə və tapşırıqlarına uyğun, maraqlıdır ki, həm də onun dövlət, ölkə idarəçiliyi modelindən örnək, nümunə götürülərək aparılır. Yəni UNEC-in plan-proqramı yüksək təhsil və təcrübə, gənc nəsillərin tələbkar gələcəyə hazırlanması zəminində beynəlxalq təhsil sisteminə inteqrasiya istiqamətində müəyyənləşib.

Fikrimi əsaslandırmaq üçün əlahəzrət faktlara nəzər salmaq istəyirəm. Əvvəla, universitetdaxili demokratik mühitin yüksək səviyyəsi maksimum şəffaflığa və elmi-mədəni qarşılıqlı anlaşma şəraitində tələbə özünüidarəsinə imkan yaradır. Bunu təhsil ocağındakı ictimai təşkilatların mənzərəsi və əhatə dairəsi təsdiqləyir.

UNEC-də xeyli vaxtdır ki, tələbə-rektor və 24 tələbə təşkilatı fəaliyyət göstərir. Ötən ayda isə fakültələr üzrə tələbə-dekan seçkilərinin qalibləri ilə görüş keçirilib. Rəhbərlik həmin seçkiləri tələbə idarəetmə institutlarının formalaşması, təkmilləşməsi kimi qiymətləndirib. Həmin strukturun tələbələrin idarəetmədə iştirak imkanlarını genişləndirəcəyinə, onların səsinin yaxşı eşidilməsinə, təşəbbüslərinin dəstəklənməsinə və universitet həyatının inkişafında fəal rol oynamalarına şərait yaradacağına əminliyini bildirib. Tələbə-dekan institute, eyni zamanda gənclərdə liderlik, məsuliyyət, komanda işi və qərarvermə bacarıqlarının formalaşmasına xidmət göstərəcək. Görüş zamanı tələbə-dekanların fəaliyyət istiqamətləri, gözləntilər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Bəyan olunub ki, tələbələrin ideyalarının dəyər gördüyü və idarəetmədə iştirak etdiyi universitet modelinin daha da inkişafında qərarlıdırlar.

Məlumdur ki, DİM-in qəbul imtahanlarından sonra ali məktəb və ixtisasların seçimi ilə bağlı çoxlu suallar açıq qalır. Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı sorğulara aydınlıq gətirmək və lazımi məlumat əldə etmək üçün "SİZİN UNEC" platforması hazırlanıb. Eləcə də ölkəmizdə yaşayan və təhsil almaq istəyən xarici ölkə vətəndaşları (abituriyentlər və onların valideynləri) üçün 10 iyulda "Açıq Qapı Günü" təşkil olunub. 200 nəfərdən çox iştirakçının qatıldığı tədbirdə UNEC-də təhsil imkanları, bakalavriat, magistratura (Ms və MBA) və doktorantura proqramları, xarici vətəndaşlar üçün qəbul qaydaları və sənəd tələbləri və s. haqqında məlumat verilib, suallar cavablandırılıb.

Elmi yolun 96-cı dolayında təsislənən Məzunlar Assosiasiyası UNEC-in həyatında yeni səhifə - müxtəlif nəsilləri, minlərlə məzunu vahid dəyər ətrafında birləşdirən mənəvi körpü; keçmişə ehtiramın, bu günə məsuliyyətin və gələcəyə inamın rəmzidir. Bu birliyin UNEC ailəsini daha da gücləndirəcəyi, inkişafa yeni töhfələr verəcəyi və gələcək nəsillər üçün böyük imkanlar yaradacağı şübhəsizdir. Xatırladaq ki, Milli Məclisin üzvü, dosent Tahir Mirkişili Məzunlar Assosiasiyasının ilk sədri, İCMA (İş adamları Cəmiyyəti Milli Assosiasiyasi) İdarə Heyətinin sədri Tural Mustafayev sədrin müavini seçiliblər.

İqtisad Universiteti rəhbərliyinin istər Azərbaycanın rəsmi dövlət qurumları, müəssisə və təşkilatlar, özəl sektor təmsilçiləri, istərsə də ölkədə qeydiyyatdan keçmiş xarici şirkət nümayəndələri ilə görüş və müzakirələrində əsas məram yüksəkixtisaslı kadrlar yetişdirməklə yanaşı, onların istehsalat təcrübəsini təkmilləşdirmək, müvafiq işlə təminatlarına dəstək göstərməkdir. Çünki müasir elmi biliklərə malik dünya, daim inkişafdakı texnoloji proseslər, istehsal vasitələri üzərində yeni münasibətlərin formalaşması gənclərdən nəzəri-təcrübi hazırlıqlar tələb edir.

Tərkibində 555 şirkəti birləşdirən “İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş də bu qəbildəndir. Qonaqlar laboratoriyalarla tanış edilib, universitetin mövcud vəziyyəti, gələcək planları və hədəfləri haqqında məlumat verilib. Əmək bazarının təhsil ocaqlarından gözləntiləri, onların reallaşdırılması istiqamətində birgə fəaliyyət istiqamətləri müzakirə ounub və yekunda Anlaşma Memorandumu imzalanıb.

Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə nümayəndə heyətinin UNEC-i ziyarəti zamanı müasir ali təhsil sistemi, universitet modelinin üzləşdiyi ciddi çağırışlar və həmin çağırışları adekvat cavablandırmaq məqsədilə universitet-sənaye işbirliyinin əhəmiyyəti, mümkün formaları haqqında maraqlı fikir mübadiləsi aparılıb. Eləcə də əməkdaşlıq imkanları çözülüb və sonda müvafiq memorandum imzalanıb.

“Atəşgah” Sığorta Şirkəti İdarə Heyətinin sədri Elçin Əhmədov və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov arasında görüşdə sığorta bazarı üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq müzakirə olunub. Tərəflər təhsil və biznes arasında əməkdaşlığın genişləndirilməsinin, tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinin və onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasının əhəmiyyəti vurğulanıb. Əməkdaşlıq çərçivəsində UNEC tələbələri sığorta sahəsində beynəlxalq nüfuza malik CII Certificate in Insurance (IF1) sertifikat imtahanına hazırlıq proqramında ödənişsiz iştirak imkanı qazanacaqlar.

“Atəşgah” Böyük Britaniyanın Chartered Insurance Institute (CII) təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda International Professional Partner Firm (IPPF) statusuna malik ilk sığorta şirkətidir. Bu status beynəlxalq peşəkar standartların tətbiqi və sığorta sahəsində ixtisaslı kadr hazırlığına töhfənin göstəricisidir. Layihə çərçivəsində hazırlıq proqramını uğurla başa vuran tələbələr “Atəşgah” Sığorta Şirkətində təcrübə proqramına cəlb olunmaq, həmçinin sığorta sektorunda peşəkar karyeraya başlamaq fürsəti qazanacaqlar.

Yuxarıda qeyd olunduğu kimi, tələbələrin nəzəri və təcrübi hazırlığını artırmaqla bərabər, beynəlxalq elmi potensiala inteqrasiya, modern dünya təhsilinin nailiyyətlərindən bəhrələnmək imkanları UNEC məramının təməlində dayanır. Bundan ötrüsə xarici dil bilgilərinin təkmilləşdirilməsinə, qabaqcıl universitetlərlə tələbə, müəllim, elmi layihələr mübadiləsinə böyük ehtiyac var. Bu il UNEC-də ilk dəfə ingilis dili üzrə yekun imtahan British Council (BC) tərəfindən APTİS formasında keçirilib. Qərara əsasən məzun olmaq üçün ingilis dili üzrə minimum B1 nəticə tələb olunur. Nəticələr gözləniləndən qat-qat yaxşıdır. İmtahan vermiş 316 tələbədən 308 tələbə və yaxud 97,5% uğur əldə etmişdir. O cümlədən 32 tələbə maksimum nəticə - "C", 163 tələbə -"B2", 113 tələbə -"B1" nəticə göstərmişdir. Məqsəd tələbələrin minimum orta səviyyədə ingilis dilini bilməsinə nail olmaqdır. Nəticədə, xarici ali məktəblərdə mübadilə proqramında iştirak edə, tanınmış universitetlərdə magistraturada təhsil ala biləcəklər. Eləcə də bu göstərici ilə ingilisdilli əcnəbi professorların UNEC-də tədrisə cəlbi daha da asanlaşacaq və məzunlarla işəgötürənlər qarşısında üstünlük əldə ediləcək. Beləliklə, dövlət dilində keyfiyyətli tədris və bütün tələbələrin ingilis dilini öyrənmələri adıçəkilən universiteti quruculuq hədəfinə xeyli yaxınlaşdırır.

İqtisad Universitetimiz zamanın mütərəqqi çağırışlarına layiqli cavab vermək, sürətlə yenilənən texnoloji proseslərlə ayaqlaşmaq üçün rəqəmsal innovasiyalar sahəsində də öz sözünü deməyi bacarır. Ötən ayın10-da UNEC-in təşəbbüsü ilə Qazaxıstanın Almatı şəhərində reallaşan XII EMI Konqresi (Entrepreneurship and Management Inquiries) çərçivəsində “Rəqəmsal sahibkarlıq: dayanıqlı inkişaf üçün yeni imkanlar” mövzusunda beynəlxalq dəyirmi masa baş tutub. Tədbir rəqəmsallaşma, sahibkarlıq və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Təhsil ocağında "Süni intellekt və data elmi" (Artifical Intelligence and Data Science) ixtisası üzrə Cənubi Koreyanın Sejong Universiteti ilə magistraturada ikili diplom proqramına start verilib. Tələbələr birinci ili UNEC-də, ikinci ili isə Cənubi Koreyada Sejonq Universitetində təhsil alacaqlar. “Data elmləri” ixtisasının “Verilənlərin təhlili” ixtisaslaşmasında 120 kreditlik proqram üzrə təhsil alan tələbələr proqramda iştirak edə bilərlər. İkili diplom proqramı ingilisdili tələblərini (IELTS 5.5, TOEFL IBT 71) ödəyən tələbələrə təqaüd, həmçinin yataqxana ödənişindən tam azadolma imtiyazı təklif edir.

Hörmətli professor Ədalət Muradov digər rektor həmkarlarilə birgə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən təşkil edilmiş IV Milli Kibertəhlükəsizlik Forumuna qatılıblar. UNEC və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin forumunda iştirak, Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında bankın 14-cü Gənclərin İnkişaf Forumunun açılış mərasimindəki çıxışlar əməkdaşlıq, regional və uluslararası fəallıq xəritəsinin kiçik bir hissəsidir.

UNEC rəhbərliyinin İndoneziyanın Cakarta şəhərində start götürən Times Higher Education (THE) Qlobal Dayanıqlı İnkişaf Konqresində (Global Sustainable Development Congress – GSDC) iştirak edərək səsini dünya ölkələrinin təhsil, iqtisadiyyat, maliyyə mütəxəssislərinə çatdırması da xeyli təqdirəlayiqdir. Xatırladaq ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) reallaşdırılmasında ali təhsilin rolunu gücləndirməyi hədəfləyən ən nüfuzlu tribunalardan biri sayılan bu tədbirə dünyanın 100-ə yaxın ölkəsindən 5 mindən çox iştirakçı qatılıb və yüzlərlə məruzəçi dayanıqlı inkişaf, iqlim dəyişikliyi, yaşıl iqtisadiyyat, sosial inklüzivlik, təhsil və innovasiya mövzularından danışıb. Konqres universitetlər, hökumətlər və biznes sektoru arasında yeni tərəfdaşlıqların qurulması üçün qlobal platformadır. Rektor Ədalət Muradov "Bacarıqlar valyuta kimi: Dayanıqlı dünya üçün istedad siyasətləri" ("Skills as currency: Talent policies for a sustainable world") panelində mövzu ilə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, “Bacarıqlar valyuta kimi” anlayışı müasir dünyada ənənəvi diplomlardan daha çox, insanların malik olduğu bacarıqların iqtisadi və sosial dəyər yaratdığını vurğulayır. Dayanıqlı inkişafın təmin edilməsi üçün dövlətlərin və universitetlərin istedadların inkişafı, bacarıq əsaslı təhsil, əmək bazarına uyğun kompetensiyaların formalaşdırılması və insan kapitalının gücləndirilməsi məsələləri çox vacibdir.

Ölkəmizin ən qədim ali məktəblərindən birinin məzunları müstəqil dövlətimizin möhkəmlənməsinə və tərəqqisinə öz layiqli töhfələrini verirlər. Ümumilli lider Heydər Əliyevin adı Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları siyahısına qızıl hərflərlə yazılıb. Ulu Öndər bu nüfuzlu təhsil müəssisəsindən 1957-ci ildə məzun olub. Hazırda Prezident Administrasiyasında, hökümət üzvləri arasında, icra orqanlarında, parlamentdə və digər strateji müəssisə və təşkilatlarda UNEC-in çoxlu sayda məzunu var. Baş nazirin müavini Şahin Mustafayev, Prezidentin köməkçiləri Kərəm Həsənov və ⁠Natiq Əmirov, Prezidentin İşlər müdiri ⁠Ramin Quluzadə, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi ⁠Muxtar Babayev, İqtisadiyyat naziri ⁠Mikayıl Cabbarov, Xarici işlər naziri ⁠⁠Ceyhun Bayramov, Kənd təsərüffatı naziri ⁠Məcnun Məmmədov, Gənclər və idman naziri ⁠Fərid Qayıbov, Dövlət Neft Şirkətinin prezidenti ⁠⁠Rövşən Nəcəf, Dövlət Miqrasiya Xidmətinin rəisi ⁠Vüsal Hüseynov, ⁠“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədri Əfqan Cəlilov, Hesablama Palatasının sədri ⁠Vüqar Gülməmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır. Milli Məclisin 10-a yaxın deputatı, 2 icra başçısı, 3 rektor, bir neçə bank müdiri və şirkət direktorunun timsalında bu siyahını genişləndirmək mümkündür.

Sadalanan uğurların qazanılmasında təhsil ocağında çalışan, daim peşəkarlığını artıran akademik heyətin rolu danılmazdır. Amma gəlin unutmayaq ki, çoxsaylı kollektivdə əmək intizamını təmin edən, istər müəllimlərə, istərsə də tələbələrə öz üzərində işləmək, tədris prosesindən faydalanmaq, gələcəyin layiqli qurucuları sırasına yüksəlmək üçün münbit şərait yaradan, bundan ötrü dəyərli məsləhətlər verən, ən mükəmməl elmi metodlara, layihələrə “yaşıl işıq” yandıran məhz təcrübəli idarəçi, qayğıkeş pedaqoq və rəhbər Ədalət Muradovdur. Mən UNEC rektorunun rəsmi dövri mətbuatdakı maraqlı yazılarını mütəmadi oxusam və efirlərdəki çıxışlarını dinləsəm də, yalnız bircə dəfə ünsiyyətimiz olub. Ömrünün 65 ilini bu dogma divarlar arasında təlim-tərbiyəyə həsr etmiş tarixçi professor Məmmədəli Paşayevin 2017-ci ildə nəşr olunan və önəmli hissəsində UNEC-in keçdiyi yoldan söhbət açılan “Ömür döngələri” memuar kitabının redaktoru idim. Həmin ilin mayında universitetin akt zalında alimin 90 illik yubileyinə də həm jurnalist, həm də bacısı nəvəsi kimi dəvət olunmuşdum. Ədalət məllimin moderatorluğu ilə reallaşan tədbirdə mənə də söz verildi və onun necə sadə, səmimi, inellektli, geniş erudisiyaya, natiqlik qabiliyyətinə, yaxşı alimliklə yanaşı, əsl insanlıq keyfiyyətlərinə malik şəxsiyyətini müşahidə etdim. Onun sosial şəbəkədəki səhifələri, az qala hər tələbənin, valideynin sualını cavablandırması, problemlərin, narazılıqların köklü həlli barədə tapşırıqları, cəmiyyətə, ictimai sferaya açıqlığı, UNEC-in fəaliyyətindəki şəffaflığı yüksəkranqlı məmuriyyət təkəbbüründən uzaqlığı, Ümummilli lider Heydər Əliyevin təbirincə desək, vəzifəni xalqa xidmət üçün vasitə bilməsi anlamındadır və bütün sadalananları bir daha təsdiqləyir. Və məhz belə məqamlı kadr Azərbaycan Dövlət İqtisad Universiteti kimi nəhəng təhsil qurumunu yönəldə, Ulu Öndərin, cənab Prezidentin, xanınm Birinci vitse-prezidentin ali məktəb rektorları, ümumiyyətlə idarə, müəssisə, təşkilat rəhbərləri qarşısında qoyduqları tövsiyə və tapşırıqları yüksək səviyyədə yerinə yetirə bilər.

Dəyərli Ə.Muradovun simasında UNEC-in bütün kollektivini təbrik edir, cansağlığı, daha böyük nailiyyətlər arzulayıram!

Qurban Məmmədov
“Mədəniyyət” jurnalının redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ