Cümə günü, 06 noyabr 2026
     

Orta məktəblərdə vakant yerləri gizlədənlər peşə məktəblərdən nümunə götürsünlər...

Image


Məzahir Məmmədli: “Orada işin təşkili ümumi təhsil məktəblərində olduğundan fərqli qurulub”

Orta ümumtəhsil məktəblərində vakant müəllim yerlərinin gizlədilməsinə baxmayaraq, peşə təhsili müəssisələrində vakant müəllim yerləri gizlədilmir, açıq şəkildə elan olunur.

Belə ki, 2026/2027-ci tədris ili üçün dövlət peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqəyə başlanılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, müsabiqə çərçivəsində Bakı, Naxçıvan və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə ümumilikdə 316 ixtisas fənn müəllimi, 925 istehsalat təlimi ustası və yüksək texniki peşə təhsili səviyyəsi üzrə 98 müəllim vakansiyası elan olunub.

Peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi fəaliyyət göstərmək istəyən şəxslər iyulun 17-dən 30-dək portal.edu.az elektron müraciət sistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Müsabiqə elektron ərizələrin qəbulu, təqdim olunan məlumatların müsabiqə şərtlərinə uyğunluğunun yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərindən ibarətdir.

Ərizələri təsdiqlənən namizədlər avqustun 11-də keçiriləcək test imtahanı mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Namizədlər vakansiyaların siyahısı, həmçinin ixtisas istiqamətləri və aidiyyəti ixtisaslar üzrə məzmunun əhatə dairəsi ilə bağlı məlumatları elektron qaydada əldə edə bilərlər.

Müsabiqə Elm və Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına uyğun olaraq həyata keçirilir.

Məktəblərdə vakant yerlərin gizlədilməsi hallarının olduğu faktdır və orta məktəblərdə vakant müəllim yerlərini gizli saxlayırlar. Bu da əlavə suallar yaradır. Necə olur ki, orta məktəblərdə vakant müəllim yerlərini gizli saxlayırlar, amma texniki-peşə məktəblərində vakant müəllim yerləri, təlim ustaları yerlərini gizlətmirlər, açıq şəkildə bəyan edirlər? Nəticəd də heç bir problem də yaranmır. Necə olur ki, texniki-peşə məktəblərində vakant yerlərinin tam açıqlanması problem yaratmır, amma orta məktəblərdə problem yaradır? Bunu niyə şəffaf etmirlər? Peşə məktəblərində vakant yerləri necə açıq elan edirlərsə orta məktəblərdə də etsinlər.

Yəni eyni nazirliyin tabeliyində olan orta məktəblərdə vakant müəllim yerlərini gizli saxlanılsa da, amma texniki-peşə məktəblərində vakant yerləri açıq elan edirlər, heç bir problem də olmur. Demək, vakant müəllim yerləri açıq elan edilərsə orta məktəblərdə də problem olmayacaq.

Təhsil eksperti Məzahir Məmmədli baki-xeber.com-a bildirdi ki, hər il müəllimlərin işə qəbul imtahanı ərəfəsində müəllimliyə namizədlər tərəfindən həm sosial şəbəkələrdə, həm mediada bir məsələnin xüsusi qabardılması təşəbbüsü başlayır. “Bu, müəllimliyə namizədləri ən çox narahat edən məsələdir ki, vakansiyalar gizlədilir. Bu bilirsiniz necədir? Təxminən 60 min üzərində müraciət daxil olur, amma cəmi 3-4, ən yaxşı halda 5 min vakansiya çıxarılır. Vakansiyaların gizlədilməsi ilə bağlı bunun da müəyyən qədər haqlı tərəfləri var”.

M.Məmmədli qeyd etdi ki, ən çox yüksək bal toplamış müəllimlər artıq müəyyən qeydiyyatda olurlar və o zamanla boşalan yerlərə onlar təyin olunurlar. “Məsələn, müəllimlərin işə qəbul imtahanlarını keçirilməsinə qədər yaşı 65-ə çatmayan müəllimlər var ki, 3-5 ay sonra təqaüdə gedirlər. O təqaüdə gedən müəllimlərin yeri sonradan vakansiya çıxarlanda bir xüsusi gərginlik, narahatlıq yaradır. Amma ümumilikdə, təəssüflər olsun ki, bu halda müəyyən pozuntu halları var. Məsələn, məktəb direktorlarının yaşı bir neçə aydan sonra 65-ə çatacaq müəllimlərin, yaxud da müddətli müqavilə ilə işləyən müəllimlərin yerlərinin qorunub saxlanması bu kimi hallar müəyyən problemlər yaradır. Ona görə də o müəllimliyə namizədlər arasında müəllimlərin işə qəbul imtahanını verib qutaran kimi bu müzakirələrə bir imkan yaranır.

Hər dəfə də Elm vəTəhsil Nazirliyi, yəni rəsmi qurumlar, icra orqanları bu məsələlərlə bağlı açıqlama vermək məcburiyyətində qalırlar. Amma bilirsiniz, bu artıq vahid sistemə oturuşmalıdır. O halda artıq bu müzakirələrin qarşısını almaq imkanları olacaq ki, qabaqcadan müəyyən olunacaq hansı məktəbdə, hansı vaxtda 65 yaşa çatmış müəllimlər və yaxud da ki, hansı səbəbdən işini dayandırmış müəllimlər var və onların yerləri əvvəlcədən vakansiya çıxarılması yaxşı olardı. Çünki o yerlər artıq vakansiya çıxarılandan sonra müəllimliyə namizədin hər biri biləcək ki, tutaq ki, filan ərazidə filan yer boşdur və o artıq o həmin yeri tutmaq üçün müəyyən hədəflər müəyyən edəcək. Tutaq ki, Bakı və Bakıətrafı yerlər üçün maksimum nəticə göstərən müəllimlər o vakansiyanı təmin edə bilirlər. Yəni bütün bunların hamısı öncədən elan olunması həm şəffaflığın təminatı üçün müəyyən bir rol oynayır, həm də bu müzakirələrin qarşısını almaq üçün bir əsas olar”.

Texniki-peşə məktəblərinə gəlincə, M.Məmmədli bildirdi ki, ümumiyyətlə, bu gün yüksək peşə təhsil mərkəzlərinə çox böyük diqqət, qayğı var. “Bu dövlət səviyyəsindədir. Ancaq orada işin təşkili ümumi təhsil məktəblərində olduğundan fərqli qurulub. Artıq Elm və Təhsil Nazirliyi tabirində ayrı-ayrı idarəçi qurumlar var. Məsələn, ümumi təhsil məktəblərini Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, peşə təhsil mərkəzləri Peşə Təhsili üzrə Dövlət Agentliyi idarə edir. Yəni artıq görünür burada müəyyən mənada idarəçilikdən də irəli gələn məsələlər var. Bir də xüsusi fərqləndirən tərəf də odur ki, təxminən 1500 vakansiya yeri elan olunub ki, burada həm ustalar, həm müəllimlər, həm texniki işçilər üçün vakansiyalardır. Onu peşə təhsil mərkəzləri elan edir. Amma ümumilikdə həm məktəbəqədər, həm də ümumtəhsil məktəbləri üçün 5-6 min vakansiya müddət elan eləyir. Ona görə də burada bütün hallarda neqativlər qaçılmaz olur. Çünki say var burada”.

M.Məmmədli hesab edir ki, belə görünür, vakansiyanın gizlənməsi məsələsində bəzi istifadəçi, kəmsürüşət adamlar rol oynayır və onlar bundan istifadə edirlər. “Amma ümumi götürəndə peşə təhsil mərkəzlərində həm tədris işinin keyfiyyəti yaxşı səviyyədə qurulub, həm orada maddi-texniki bazaya artıq yüksək fikir verilir. O baxımdan artıq düşünürəm ki, bu peşə təhsil mərkəzlərinə diqqətin çox artması ilə bağlıdır ki, orada artıq belə neqativlərə biz rast gəlmirik”-deyə M.Məmmədli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ