Tanınmış tədqiqatçı, jurnalist Aytən Rəhimli Sumqayıt Dövlət Universitetinin (SDU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdir təyin edilib. Aytən Rəhimli uzun illər media sahəsində fəaliyyət göstərib. O, Yeni Azərbaycan qəzetində və Yeni Azərbaycan internet televiziyasında çalışıb. Eyni zamanda AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda çalışıb. Qeyd edək ki, Şərq Ölkələri, xüsüsən də İran üzrə mütəxəssis A. Rəhimli "Bakı-Xəbər" qəzetinin daimi ekspertlərindən biridir.
Yeni vəzifəyə təyin olunması münasibətilə A.Rəhimlini təbrik edir, ona uğurlar arzu edirik.
İradə SARIYEVA