Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar başsağlığı mesajı yayımlayıb. Mesaj təşkilata üzv bütün ölkələrin dillərində paylaşılıb.
Mətndə deyilir: “Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il fevralın 25–dən 26-na keçən gecə azərbaycanlı mülki əhaliyə qarşı törədilən Xocalı soyqırımının 34-cü ildönümündə bu faciəvi hadisənin günahsız qurbanlarını dərin ehtiramla yad edir, onların əziz xatirələri qarşısında baş əyir, Azərbaycan Respublikası Hökuməti və qardaş Azərbaycan xalqı ilə sarsılmaz həmrəyliyimizi bir daha ifadə edirik”.
Mesaj #Xocalı #HeçVaxtUnutmayacağıq #TDT #TürkDünyası heşteqləri ilə paylaşılıb.