Cümə günü, 06 noyabr 2026
     

Xarici qüvvələr uşaqları “Telegram”da bu yolla ələ keçirir, cinayətə yönəldirlər...

Image


Üzeyir Şəfiyev: “Saxta və real profillərdən belə hallara yol verən, uşaq və yeniyetmələri əyri yollara cəlb edənlər müəyyən edilməlidir”

Sosial şəbəkələr uşaqlar üçün ciddi təhlükəyə çevrilib. Bəzi ölkələrin xüsusi xidmət orqanları, eləcə də terror şəbəkələri başda “Telegram” olmaqla sosial şəbəkələr vasitəsilə uşaqları cinayət əməllərinə cəlb edirlər. Uşaqlar özləri də bilmədən bu cinayətkar qrupların əlində alətə çevrilir. 14, 15, 16 və 17 yaşlı yeniyetmələri öz torlarına salmaq üçün cinayətkar qruplar müxtəlif vasitələrə əl atırlar.

Məsələn, “Telegram” kanallarında fəaliyyət göstərən cinayətkar şəbəkə müxtəlif elanlar verib uşaq və yeniyetmələri yüngül qazanc əldə etməyə yönəldirlər. Onlara əvvəlcə kiçik işlər həvalə edib qarşılığını maddi şəkildə ödəyirlər. Uşaqlar da ödənişə şirnikib onların verdikləri kiçik tapşırıqları icra edirlər. Sifarişə uyğun olaraq nə isə düzəldib təqdim edirlər. Beləliklə, yavaş-yavaş onların toruna düşürlər. Bundan sonra onlara daha böyük işlər “etibar” olunur, artıq sifarişlərin yönü dəyişir, uşaqlar cinayətlərə sövq edilir, cinayət törətməyə yönəlirlər.

Bu gün təkcə “Telegram”da yox, digər sosial şəbəkələrdə də Azərbaycan yeniyetmə və uşaqları üçün belə təhlükə var. Amma bunu daha çox “Telegram” kanallarında edirlər. “Telegram”dan istifadə edə də ölkəmizdə geniş yayılıb və uşaqlar, yeniyetmələr üçün də əlçatandır. Odur ki, bu təhlükə bizim uşaqları da gözləyə bilər. Sosial şəbəkə vasitəsilə uşaqlarımızın da cinayətə cəlb edilməsi halları baş verə bilir.

Məsələn, “Telegram” vasitəsilə Rusiya kəşfiyyat xidmətlərinin ukraynalı uşaqları terrorçuya çevirməsi barədə xarici mediada yazılar gedir. Hətta Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə və ya müdafiəsi üçün vacib olan obyektlərə hücum etməkdə şübhəli bilinən yeniyetmələri saxlanılıb.

Ekspertlərin fikrincə, Azərbaycanda uşaqlarımız üçün mövcud təhlükə var və bu məsələ əlaqədar qurumlar tərəfindən ciddi araşdırılmalıdır. Ekspertlərin sözlərinə görə, “Telegram”da, eləcə də başqa sosial şəbəkələrdə uşaq və yeniyetmələri narkokuryerliyə, başqa cinayət əməllərinə cəlb edən qrupların olması istisna deyil, bütün bunlar müəyyən edilməlidir. Xarici qüvvələrin, xarici xüsusi xidmət oqranlarının uşaqlarımızı öz toruna salmağa heç cür imkan vermək olmaz.

Yeri gəlmişkən, “Telegram”ın təhlükəsizlik səviyyəsi son günlər gündəmə gəlib. Bəzi fikirlərə görə, digər populyar mesencerlərlə, məsələn, “WhatsApp”, “İnstagram” və s. ilə müqayisədə platformada məlumatların qorunması mexanizmləri kifayət qədər etibarlı deyil. Bu da var.

Sosiologiya üzrə fəlsəfə doktoru, sosioloq Üzeyir Şəfiyev baki-xeber.com-a bildirdi ki, bu təhlükə var, özü də çox böyükdür. “Belə hadisələr gözləniləndir. Rəqəmsal inkişaf, İKT texnologiyalarının tərəqqisi praqmatik töhfələrlə yanaşı həm də cəmiyyətə, insanlığa, uşaq və yeniyetmələrin həyatına neqativ təsirlərini göstərir və göstərəcək də. Sosial şəbəkə platformalarından qorunma mexanizmi hələ tam formalaşmayıb. Onun üçün də bir sıra ölkələrində süzgənc mexanizmindən istifadə olunur, davranış pozuntularına səbəb olan paylaşımların qarşısı alınır. Bəzi ölkələrdə bəlli yaş qrupuna aid uşaqların sosial şəbəkələrə girişini yasaqlayan qaydalar. Bu bir daha onu göstərir ki, belə tətbiqlərdən əvvəlcə gərək cəmiyyəti bu tətbiqlərin yan təsirlərindən qoruyan mexanizmlər düşünülsün. Bu gün ailədən və məktəbdən də çox uşaq və yeniyetmələrə sosiallaşma baxımından təsir göstərən sosial şəbəkələr, sosial media platformalardır ki, onlar cəmiyyətdə sosial animiyanı körükləyən vasitələrdir. Bu olmasın deyə nəhayət Azərbaycanda da sosial şəbəkə fəaliyyəti ilə bağlı ayrıca qanun qəbul olunmalıdır. Hərçənd, Azərbaycanda bir sıra qanunvericiliklərə sosial şəbəkə fəaliyyəti, sosial şəbəkə seqmenti ilə əlaqədar əlavə və dəyişikliklər edilib. Cinayət Məcəlləsinə 148.1 maddə əlavə olunub və sair”.

Ü.Şəfiyev hesab edir ki, bu kifayət deyil və Azərbaycanda sosial şəbəkələrə süzgənc mexanizmi tətbiq olunmur. “Bu baxımdan da sosial şəbəkələrdə zərərli, hüquqa və əxlaqa zidd paylaşımlar hələ də geniş yer alıb. Baxmayaraq ki, hüquq-mühafizə orqanları bununla bağlı iş aparır. Ancaq güman edirəm ki, ayrıca qanun da olmalıdır və istifadəçilər başa düşməlidir ki, sosial şəbəkə üzərindən hüquqa zidd əməllər onun üçün hansı məsuliyyət yaradacaq”.

Ü.Şəfiyev hesab edir ki, uşaq və yeniyetmələrimizin sosial şəbəkələrdə kök salan cinayətkar qrupların toruna düşməməsi üçün ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır. “Sosial maarifləndirmə tədbirlərinin aparılması çox vacibdir. Mütamadi olaraq sosial şəbəkələrdə monitorinqlər aparılmalıdır. Saxta və real profillərdən belə hallara yol verən, uşaq və yeniyetmələri əyri yollara cəlb edənlər müəyyən edilməlidir. Bütövlükdə saxta profillərdən tutmuş real profillərə qədər hər biri yoxlanılmalıdır və belələri məsuliyyətə alınmalıdır”-deyə ekspert bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ