Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Şahin Heydər oğlu Kərimov Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Şəhidin nəşinin qalıqları bu gün yaşadığı Mingəçevir şəhərinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, dualar oxunub.
Sonra şəhidin nəşinin qalıqları Mingəçevir şəhərindəki Şəhidlər xiyabanına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, deputat Aydın Mirzəzadə, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidin Vətən qarşısında xidmətlərindən danışılıb, onun xatirəsinin daim əziz tutulacağı bildirilib.
Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərinə örtülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin anasına verilib.
ZÜMRÜD