Cümə günü, 06 noyabr 2026
     

“Medianın dili elmi müzakirə müstəvisində” mövzusunda konfrans keçirildi

Image


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfrans keçirilib.

Tədbirin əsas məqsədi mediada dil normalarına riayət olunması məsələlərini, eləcə də bu sahədə mövcud problemləri və onların aradan qaldırılması yollarını elmi müstəvidə geniş müzakirə etmək olub.

Əvvəlcə konfrans iştirakçıları AMEA-da nəşr olunmuş ana dilinə dair kitabların sərgisi ilə tanış olublar.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbirin Prezident İlham Əliyevin Akademiyanın 80 illik yubiley yığıncağındakı çıxışında və yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dili ilə bağlı irəli sürdüyü vəzifələrin və qarşıya qoyulan tələblərin elmi müstəvidə müzakirəsinə həsr olunduğunu bildirib. Qeyd edib ki, dövlətimizin başçısının bu istiqamətdə çıxışları, səsləndirdiyi fikirlər müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə, milli-mənəvi birliyin gücləndirilməsinə və Azərbaycan dilinin qorunub zənginləşdirilməsinə yönəlib. Ölkəmizdə dövlət dili siyasətinin möhkəm təməllərinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan AMEA rəhbəri qeyd edib ki, Ulu Öndərin təşəbbüsü və qətiyyətli siyasəti nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi uzaqgörənliyin və milli dəyərlərə bağlılığın bariz nümunəsidir.

Müasir dövrdə Prezident İlham Əliyevin Azərbaycan dili siyasətini dövlət siyasətinin aparıcı istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxladığını söyləyən İ.Həbibbəyli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın bu sahədə aparılan elmi tədqiqatlar üçün əsas “yol xəritəsi” rolunu oynadığını vurğulayıb. “Dövlətimizin başçısının AMEA-nın 80 illik yubileyindəki çıxışı, eləcə də cari ilin yanvar ayında yerli televiziya kanallarına verdiyi müsahibələrdə Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər bu sahədə dövlət siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir”, – deyən akademik Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı tələblərinin bir neçə əsas istiqaməti əhatə etdiyini diqqətə çatdırıb.

AMEA rəhbəri texnoloji inkişaf dövründə dilin qorunması yollarının göstərilməsinin bu sahədə çalışanlar üçün də praktik bələdçi rolunu oynadığını vurğulayıb. O, Azərbaycan dilinin zənginləşdirilməsi yollarından bəhs edərək, bu baxımdan dialektoloji xəzinə, söz yaradıcılığı və bədii ədəbiyyata müraciət olunmasının əhəmiyyətini vurğulayıb. Akademik AMEA-da dövlət dil siyasətinin icrası istiqamətində görülən işlərdən də danışıb. Dilçi-alimlər, eləcə də Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirilən tədbirlər, Azərbaycan dili üzrə Olimpiadanın təşkili, orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlanması, şəxs adları ilə bağlı məlumat kitabçalarının tərtibi bu fəaliyyətin əsas istiqamətləri kimi qeyd olunub. Həmçinin Azərbaycan dilinin qrammatikası üzrə sistemli elmi tədqiqatların aparıldığı, fonetika, morfologiya və leksika ilə bağlı nəşrlərin çap olunduğu, sintaksis üzrə əsərin isə hazırlanma mərhələsində olduğu bildirilib.

Mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən bugünkü tədbirin əhəmiyyətinə toxunan akademik İ.Həbibbəyli medianın Azərbaycan dilini ən çox aktivləşdirən və kütləviləşdirən əsas vasitə olduğunu qeyd edib. Akademiyanın rəhbəri media dilinin tənzimlənməsi istiqamətində işlərin aparılmasının zəruriliyini bildirib və AMEA-nın bu sahədə Azərbaycan Mətbuat Şurasına elmi dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid dil məsələsinə həsr olunan tədbirin aktuallığını və əhəmiyyətini önə çəkərək iki qurum arasında formalaşmış əməkdaşlıq münasibətlərindən danışıb, bu tərəfdaşlığın media dilinin inkişafına töhfə verdiyini bildirib. O, Prezident İlham Əliyev tərəfindən AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə, eləcə də yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirilən fikirlərin Azərbaycan dilinin bu günü və gələcəyi ilə bağlı aydın istiqamət müəyyənləşdirən strateji çağırış, dövlətin dil siyasətində yeni mərhələyə keçidin ifadəsi olduğunu vurğulayıb. Şura sədri vurğulayıb ki, jurnalistlər və ümumilikdə media nümayəndələri dilimizin inkişafında, qorunmasında mühüm rol oynayırlar. Buna görə də media nümayəndələrinin Azərbaycan dilini düzgün, səlis və ədəbi normalara uyğun şəkildə istifadə etməsi əsas vəzifələrdən biridir.

O, həmçinin Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının fəaliyyəti barədə məlumat verərək bildirib ki, Şuranın İdarə Heyətinin 2025-ci ildə keçirilən iclasında Prezident İlham Əliyevin dil siyasəti ilə bağlı fikirlərindən irəli gələn məsələlər müzakirə olunub və Komissiyanın tərkibi yenidən formalaşdırılıb. Şura sədri Komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması üçün AMEA-nın institutları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib, tədbirin bu baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra çıxış edən “APA Media Group”un baş direktoru, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının sədri Vüsalə Mahirqızı Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli düşüncə modeli olduğunu deyib. Bildirib ki, təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxış və müsahibələrində Azərbaycan dilini milli kimliyimizin və dövlətçiliyimizin əsas atributu kimi dəyərləndirib, dilin saflığının qorunmasının vacibliyini qeyd edib. Bu istiqamətdə əsas məsuliyyətin dilçi-alimlərin üzərinə düşdüyünü söyləyən Vüsalə Mahirqızı əlavə edib ki, yeni sözlərin yaradılması, terminologiyanın formalaşdırılması və müzakirəyə çıxarılması birbaşa mütəxəssislərin işidir. Eyni zamanda, media nümayəndələri dilin qorunması və inkişafı naminə dilçi-alimlərlə davamlı və sistemli əməkdaşlıq etməli, birgə fəaliyyət göstərməlidirlər.

AMEA tərəfindən Azərbaycan dilinin orfoqrafik, orfoepik, leksik və terminoloji lüğətlərinin hazırlandığını söyləyən məruzəçi bu lüğətlərin həm media, həm də geniş ictimaiyyət üçün elektronlaşdırılmasının, bu prosesdə rəqəmsal, eyni zamanda, süni intellekt texnologiyalarından istifadənin vacibliyini önə çəkib. O, xüsusilə orfoepik lüğətlərin, yəni sözlərin düzgün tələffüzünün elektronlaşdırılmasının önəmli olduğunu vurğulayıb. Mətbuat Şurasının Dil Komissiyasının sədri bildirib ki, Azərbaycan dili üzrə vahid məlumat bazasının yaradılması mürəkkəb və maliyyə tələb edən bir iş olsa da, bu istiqamətdə kompleks, ardıcıl tədbirlərin həyata keçirilməsi müasir dövrün tələbidir və son dərəcə aktualdır.

Konfransda Mətbuat Şurasının Dil Komissiyasının üzvlərindən – “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, tanınmış teleaparıcı, Əməkdar artist Nərgiz Cəlilova, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu, eləcə də Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova çıxış ediblər.

Çıxışlarda media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsinin təşviqi, dil mədəniyyətinin inkişafı, sosial media dili və televiziya və radio məkanında nitq mədəniyyəti məsələləri müzakirə olunub. Vurğulanıb ki, media Azərbaycan ədəbi dilinin qorunması və cəmiyyətdə fəal şəkildə işlədilməsində strateji rol oynayır. Yeni terminlərin dilimizə gətirilməsi prosesində, dilin zənginliyinin və orijinallığının qorunmasında medianın və jurnalistlərin üzərinə böyük məsuliyyət düşür.

Bildirilib ki, efir məkanında, çap və rəqəmsal media platformalarında ədəbi dil normalarına riayət olunması milli-mədəni dəyərlərin qorunması və dilin saflığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ