Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə hadisəsi olub. Hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində baş verib.
Məlumata görə, dünən dərs vaxtı məktəbin aşağı siniflərində təhsil alan təxminən 10 şagirdin səhhətində narahatlıq yaranıb və onlar özlərini pis hiss ediblər.
10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət olunub. Şagirdlərə “dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit” diaqnozu qoyulub. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıblar.
Qida Təhlükəsizliyi Agentliyindən faktla bağlı araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub.
ZÜMRÜD